Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-7354/2023 06.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hesab koduna yazılmış 1188 manat məbləğin hesab kodundan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə iclasına gəlməmişdilər. Məhkəmə, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin: 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanır; 263.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. 268.2-ci maddəsinə əsasən qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Neftçilər küçəsi, bina 0360, mənzil 0000 ünvanı üzrə **********00000 abonent kodu ilə Cavabdeh İB-də qeydiyyata «Cırtdan» uşaq baxçası alınmış, tərtib edilmiş akt və tələbnamə «Cırtdan» uşaq baxçası barədə olmuşdur. İddiaçı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının mülkiyyətçisidir. Məhkəmə hesab edir ki, «ünvan 2 ünvanı ilə qeyri-yaşayış binasının ünvanı eyni olsa belə, abonent «Cırtdan» uşaq baxçası olduğuna görə 1188 manat məbləği mübahisələndirmək hüququ «Cırtdan» uşaq baxçasına məxsusdur. Odur ki, hazırki iddia ilə «Cırtdan» uşaq baxçası Bakı Kommersiya Məhkəməsində iddia qaldıra bilər. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçınin Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-7354/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-7354/2023
06.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver