Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-736/2025 12.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı qızının Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evə istifadə hüququnun tanınması və həmin yaşayış evinə köçürülməsi tələbinə dair ilk iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş bağları fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1956-cı ildə Ermənistan Respublikası Ağkilsə kəndinə anadan olmuşam. Mən ailəmlə övladlarım və yoldaşım ilə birlikə Qazax rayonunda məskunlaşmışıq. Daha sonra 2012-cil tarixdə yoldaşım X2 vəfat etmişdir. Daha sonra yoldaşımın ölümündən sonra evi öz adıma keçirtmişəm. Cavabdeh evləndirdim o Saatlı rayonuna gəlin getmişdir. Daha sonra qızım öz ailəsi ilə birlikdə Bakıya köçmək qərarı aldılar. Bir müddət sonra mənimlə əlaqə saxlayıb mənim yanıma gəlmək qərarını aldığını bildirdilər. Məndə əlbəttə ki, övladım olduğu üçün qəbul etdim. Onlar mənim yanıma gəldilər müvəqqəti lakin öz övladları olduqdan sonra isə mənimlə birgə daimi yaşadılar. Oğlum Elxan mənimlə birgə qalırdılar məndə eyni həyətdən oğluma pay çıxardıb verdim ki, o özü orda ailəsi ilə birgə ayrı yaşasın. Daha sonra qızım Gülnarə evdə daima söz söhbətlər salaraq ki, mən eyni həyətdə qardaşımla birgə qala bilmirəm və mən ayrı qalmaq istəyirəm hər dəfəsində eyni söz söhbətlər olduğu üçün məndə artıq söz söhbət bitsin deyə öz evimi satmaq qərarına gəlib 36.000 (otuz altı min) manata satdım. Mən daha sonra Beynəlxalq Banka müraciət edib 5000 (beş min) manat əlavə pul götürdüm ki, daha yaxşı bir ev alıb içinə məskunlaşaq. Daha sonra mən pulu aldıqdan sonra qızımla birgə Sumqayıt şəhərinə gəldim. Evlər axtarmağa başladıq daha sonra biz Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş Bağlarında evi tapdıq və bəyənib həmin evi 8 (səkkiz) sot torpaq və həmin torpağın içində olan ev ilə birgə 23.000 (iyirmi üç) min manata aldıq. Daha sonra biz evə xərc çəkib evi təmir etdirdik. O evin təmirinə mənim övladlarım Eldar və Elxan köməkləşib evi təmir etdirdik, amma ki, qızımın orda heç bir xərci olmamışdır. Övladlarım evin təmiri bitdikdən sonra evi mənə tam verdiklərini dedi və içində rahat yaşayım deyə bildirdilər. Qızım Gülnarə o evə köçmək istəmədilər evin uzaq olduğunu qızımın orda məktəbə gedib gələ bilməyəcəyini dedi. Daha sonra mən pulu aldıqdan sonra qızımla birgə Sumqayıt şəhərinə gəldim. Evlər axtarmağa başladıq daha sonra biz Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş Bağlarında evi tapdıq və bəyənib həmin evi 8 (səkkiz) sot torpaq və həmin torpağın içində olan ev ilə birgə 23.000 (iyirmi üç) min manata aldıq. Daha sonra biz evə xərc çəkib evi təmir etdirdik. O evin təmirinə mənim övladlarım Eldar və Elxan köməkləşib evi təmir etdirdik, amma ki, qızımın orda heç bir xərci olmamışdır. Övladlarım evin təmiri bitdikdən sonra evi mənə tam verdiklərini dedi və içində rahat yaşayım deyə bildirdilər. Qızım Gülnarə o evə köçmək istəmədilər evin uzaq olduğunu qızımın orda məktəbə gedib gələ bilməyəcəyini dedi. Mənim Bakı şəhərində başqa ərazidə yaşamağa yerim yoxdur. Ona görə də, mən küçələrdə gündəlik olan pansionatlarda qalıram. Cavabdehlə evimizin özəlləşdirərək satılmasına və ailə üzvləri arasında pulun bölünməsinə razılaşa bilmirik. Cavabdehlə danışıqlarımız özü müsbət həllini tapmadığından mən yaşadığım və ailə üzvü kimi istifadə hüququna malik olduğum evdə orda yaşamaq istəyirəm. İddiaçı ərizə verərək ərizənin və əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Cavabdeh ərizəyə mahiyyəti üzrə baxılmasını tələb etmədi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, İddiaçı ərizəsini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalı və ərizə baxılmamış saxlanılmalı, sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin: 259.0.11-ci maddəsinə müvafiq olaraq, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır; 263.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. İş materiallarında olan 66784088 №-li qəbzdən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə 50 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, həmin rüsum dövlət büdcəsindən ona qaytarılmalıdır. Belə ki, həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanıldıqda ödənilmiş dövlət rüsumu geri qaytarılır. Eyni zamanda, məhkəmə qeyd edir ki, qarşılıqlı iddianın araşdırılması davam etdirilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizə təmin edilsin. İddiaçı ərizəsi baxılmamış saxlanılsın, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. xx.xx.2024-cü il tarixli 66784088 №-li qəbz əsasında ödənilmiş 50 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-736/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-736/2025
12.02.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver