Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-7368/2024 23.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Cəfərli Nilufər Arif qızı, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsızlığı” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsızlığı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən edilmişdir ki, iddia ərizə üzrə qanunla nəzərdə tutulmuş qaydada adiyyat qaydalarına uyğun verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə əsasən iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumatdan görünür ki, Cavabdeh Xocalı rayonu ünvanıdır. Belə olan halda məhkəmə hesab edir ki, nikahın etibarsızlığı tələbinə dair iddialar ümumi aidiyyət qaydalarına uyğun olaraq verilməli olduğundan, iddiaçı hazırki iddia ərizəsi ilə iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Bu səbəbdən də iddia ərizəsi ilə Xocalı Rayon Məhkəməsinə müraciət etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsızlığı” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. 29662 nömrəli, xx.xx.2024-cü il tarixli qəbzə əsasən iddiaçı tərəfindən ödənilmiş 50 manat rüsum İddiaçı geri ödənilsin. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində Bakı şəhər Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-7368/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-7368/2024
23.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver