Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-737/2024 26.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, Ərizəçi iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qeyd edilməklə şəxsin ölmüş elan edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qeyd edilməklə ərizə ilə məhkəməyə müraciət edərək (dəqiqləşdirilmiş tələblə) xx.xx.1963-cü ildə Beyləqan rayonunda doğulmuş X2 ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, onun atası X4 xx.xx.1963-cü il tarixdə Beyləqan rayonu Dünyamalılar kəndində doğulmuş və itkin düşənə qədər bu kənddə yaşamışdır. (Təxminən 2013-cü ilə qədər). Atasıyla anası ailə həyatı qurduqdan bir neçə il sonra boşanmış, onların birgə nikahından iki uşaqları olmuşdur (özü və qardaşı). Atası içkiyə qurşandığından boşandıqdan sonra səfil həyat tərzi keçirmiş, daimi bir yerdə yaşamamış, olduğu yeri tez-tez dəyişdirmişdir. O, boşandıqdan sonra onlarla əlaqəni tamamilə kəsmiş, ailəsi və uşaqları ilə maraqlanmamışdır. Onları anaları saxlamışdır. Atasını 2013-cü ildən etibarən hər hansı bir yerdə görən olmamışdır. 2014-cü ildən 2017-ci ilədək bütün qohumlar onu mümkün olan (ehtimal edilən) yerlərdən soruşub axtarmış, lakin həmin tarixədək tapılmadığı üçün 2017-ci ildə onun rəsmi qurumlar tərəfindən axtarılıb tapılması məqsədilə aidiyyatı orqanlara - Dünyamalılar kənd nümayəndəliyinə və X8 rəsmi ərizə ilə müraciət etmiş, lakin təəssüf ki, onun axtarışları bu günə kimi heç bir nəticə verməmişdir. Beyləqan Rayon Polis Şöbəsinin ona ünvanladığı xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd edilir ki, atasının xəbərsiz itkin düşməsi faktı ilə bağlı Beyləqan rayon Polis Şöbəsində xx.xx.2017-ci il tarixdə 310126 №-li axtarış işi açılmış, zəruri tədbirlərin həyata keçirilməsinə baxmayaraq müsbət nəticə əldə olunmamışdır. Beyləqan Rayon İcra Hakimiyyəti Başçısının Dünyamalılar kənd inzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışında qeyd edilir ki, X4 hal-hazırda Dünyamalılar kəndində qeydiyyatda olsa da bizə məlum olmayan ünvanda yaşamışdır. Uzun müddətdir ki, onun özü və harada yaşaması barədə kənd icra nümayəndəliyi heç bir məlumat əldə edə bilməmişdir. AR DİN BPQMİ-nin Maps üzrə Məlumat şöbəsinin xx.xx.2022-ci il tarixli arayışında atası barədə məlumatın olmadığı qeyd edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)- 1938/2023 №-li qətnaməsi ilə xx.xx.1963-cü il təvəllüdlü X4 2014-cü ilin yanvar ayının 01-dən xəbərsiz itkin düşmüş hesab edilmişdir. Məhkəmə qətnaməsi çıxdıqdan sonra da, atasından hər hansı xəbər ala, onu tapa bilməmişdilər. Məhz bu səbəbdən atasının ölmüş elan edilməsi barədə qətnamə qət edilməsi zəruridir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi Məhkəmə ərizəçinin izahatını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). Ərizəçi Məmmədova (Əmrahova) Bəyim Nurəddin qızı xx.xx.1984-cü il tarixdə Jdanov rayonu, Dünyamallar kəndində doğulmuşdur, atası X4, anası X7r (X-JQ seriyalı 286163 №-li doğum haqqında şəhadətnamə, AA******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, AZ-İ seriyalı 268146 №-li nikah haqqında şəhadətnamə). Ərizəçinin valideynləri X4 və X6 nikahları xx.xx.1999-cu il tarixdə ləğv edilmişdir (İ- JQ seriyalı 449640 №-li başanma haqqında şəhadətnamə). Ərizəçinin atası X4 xx.xx.1963-cü il tarixdə Beyləqan rayonunun Dünyamallar kəndində doğulmuş, bu barədə xx.xx.1963-cü il tarixdə Beyləqan rayon Əhmədli KİN tərəfindən 181 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur, atası X3, anası X5r (Maraqlı şəxs tərəfindən verilmiş 05/69-484 №-li, xx.xx.2022-ci il tarixli arayış). Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS üzrə məlumat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışına əsasən X2 qeydiyyatı barədə məlumat yoxdur. Beyləqan Rayon İcra Hakimiyyəti Başçısının Dünyamalılar kənd İƏD üzrə nümayəndəsi M.M.Cəfərov tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1345 №-li arayışından görünür ki, X4 hal-hazırda Dünyamalılar kəndində qeydiyyatda olsa da, onlara məlum olmayan ünvanda yaşamış, uzun müddətdir ki, onun özü və harada yaşaması barədə kənd icra nümayəndəliyi heç bir məlumat əldə edə bilməmişdir. Beyləqan Rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X2 xəbərsiz itkin düşməsi faktı ilə bağlı Beyləqan rayon Polis Şöbəsində xx.xx.2017-ci il tarixdə 310126 №-li axtarış işi açılmış, zəruri tədbirimin həyata keçirilməsinə baxmayaraq müsbət nəticə əldə olunmamışdır, hazırda axtanş tədbirləri davam etdirilir. Maraqlı şəxs tərəfindən verilmiş 05/69-557 №-li, xx.xx.2022- ci il tarixli arayışdan görünür ki, xx.xx.1963-cü ildə Beyləqan rayonu, Dünyamallar kəndində doğulmuş X2 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2022-ci ilədək daxil edilmiş bütün vtəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Sabunçu rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qanuni qüvvəsini almış qətnaməsi ilə X4 itkin düşmüş hesab edilmişdir. Hazırda ərizəçi atasının ölmüş elan edilməsini istəyir. Məhkəmə tərəfindən göndərilmiş sorğular əsasında aşağıdakı məlumatlar əldə edlimişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X2 hüquqi şəəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan qismində uçotda olması və ya hüquqi şəxsin icra orqanının rəhbəri olması barədə məlumat mövcud deyil. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X4 xx.xx.2017-ci il tarixdə Beyləqan rayon Polis Şöbəsi tərəfindən itkin düşmüş şəxs qismində axtarışa elan edilmiş, ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatı və sənədləşdirilməsi barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərpəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X2 xx.xx.2001-ci il tarixdən xx.xx.2024-cü il tarixədək dövlət sərhədinin hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə ərizənin əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. 42.1-ci maddəsinə əsasən ölmüş elan edilmiş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun ölmüş elan edilməsi barədə qərarı ləğv edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.2-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir; Azərbaycan Respublikası MPM-nin 315.2-ci maddəsinə əsasən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlar əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1963cü ildə Beyləqan rayonunda doğulmuş X4 ölmüş elan edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. xx.xx.1963-cü ildə Beyləqan rayonunda doğulmuş X2 ölmüş elan edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-737/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-737/2024
26.02.2024 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver