Məhkəmə qərarları › İş №2(008)-7389/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-7389/2021

24.09.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-7389/2021 24.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Sabunçu Rayon Məhkəməsinin hakimi Əsədova Tahirə Əlif qızı, İddiaçınun cavabdeh AR Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq icarə müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh AR Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 və İstismaprı Birliyi arasında bağlanmış 09.01.1996-cı il tarixli torpaq icarə müqaviləsinin həmin torpağın əvvəlki icarədarı X2 məxsus 0,25 ha ölçüdə bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi ərazi aidiyyəti pozulmaqla verilmişdir. Belə ki, cavabdehin ünvanı Nərimanov rayonuna təsadlüf etməsinə baxmayaraq iddia Sabunçu Məhkəməsinə verilmişdir. İddia ərizəsində ərazi aidiyyəti əsaslandırılmış olmasa da, məhkəmə hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsi Sabunçu rayonunda yerləşdiyindən iddiaçı müstəsna aidiyytlə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsin 39.1-ci maddəsinə əsasən Sabunçu rayonuna müracitə etmişdir. Lakin məhkəmə hesab edir ki, hazırki iddia adıçəkilən maddənin təsiri altına düşmür. Adıçəkilən maddəyə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintiyə, qurğuya, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüquququndan məhrumetmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Göründüyü kimi, iddia tələbində adları çəkilən elementlər mövcud deyil. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; Odur ki, məhkəmə hesab edir ki, hazırki iddia Nərimanov rayon Məhkəməsinə verilməlidir. Azərbaycan Respublikası MPM-nin: 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.3-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddia ərizəsi icraata qəbul edilmədən geri qaytarılsın. Şikayət qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar