Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7396/2025 10.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Nuranə Rafiq qızının katibliyi, Ərizəçi və onun nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X10 ilə anası X27 arasında 1929-cu il tarixdə Bakı şəhəri, Bilgəh qəsəbəsində bağlanmış nikah akt qeydinin bərpa edilməsi, xx.xx.1987-ci ildə vəfat etmiş anası X17 XX.XX.1912-ci ildə Bakı şəhəri, Bilgəh qəsəbəsində doğulmasının qeyd edilməsi, xx.xx.2018-ci il tarixdə vəfat etmiş mərhum qardaşı X1 xx.xx.1943-cü il tarixdə Bakı şəhəri, Bilgəh qəsəbəsində doğulmasının qeyd edilməsi, xx.xx.1976-cı il tarixdə vəfat etmiş mərhum qardaşı X15 XX.XX.1935-ci il tarixdə doğulmasının qeyd edilməsi, xx.xx.2004-cü ildə vəfat etmiş mərhumə bacısı X5 xx.xx.1930-cu ildə doğulmasının qeyd edilməsi, xx.xx.2014-cü il tarixdə vəfat etmiş mərhumə bacısı X18 xx.xx.1933-cü ildə anadan doğulmasının qeyd edilməsi faktlarının müəyyən edilməsi və onların doğum haqqında akt qeydlərinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, o, Ərizəçi xx.xx.1951-ci ildə Bakı şəhəri, Bilgəh qəsəbəsində anadan olmuşdur. Mərhum atası X10 xx.xx.1896-cı il tarixində Bakı şəhəri, Bilgəh qəsəbəsində anadan olmuş, xx.xx.1987-ci ildə vəfat etmişdir. Mərhumə anası X27 XX.XX.1912-ci il tarixində anadan olmuş xx.xx.1987-ci il tarixində vəfat etmişdir. Mərhum qardaşı X6 xx.xx.1943-cü il tarixdə Bakı şəhəri, Bilgəh qəsəbəsində anadan olmuş, xx.xx.2018-ci ildə vəfat etmişdir. Mərhum qardaşı X23 XX.XX.1935-ci ildə anadan olmuş, xx.xx.1976-cı il tarixdə vəfat etmişdir. Mərhumə bacısı X9 xx.xx.1930-cu ildə anadan olmuş, xx.xx.2004-cü ildə vəfat etmişdir. Mərhumə bacısı X28 xx.xx.1933-cü ildə anadan olmuş, xx.xx.2014-cü ildə vəfat etmişdir. Onlar nikah və doğum haqqında şəhadətnamələrini müəyyən səbəblərdən itirmişdirlər. Belə ki, Bakı şəhəri, Bilgəh qəsəbəsində atası Məmməd İbrahim oğluna məxsus bağ sahəsinə vərəsəlik işinin açılmasına görə şəhadətnamələrin bərpası ilə əlaqədar Maraqlı şəxsnə müraciət etmişdir, Şöbənin xx.xx.2025-ci il tarixli cavab məktubunda 1929-cu ilə dair Bakı şəhəri Lenin (Sabunçu) rayonu və Maştağa qəsəbəsi üzrə nikah haqqında qeydiyyat kitablarında X10 ilə X17 nikahı haqqında heç bir məlumatın aşkarlanmamasını qeyd etmişdir. Həmçinin, mərhumə anası X17 və bacı qardaşlarının doğum haqqında şəhadətnamələrinin arxiv arayışlarının da olmaması barədə məlumat verilərək məhkəməyə müraciət etməyi qeyd edilmişdir. Ərizəçinin nümayəndəsi (vəkili) Vəkil daha sonra məhkəməyə ərizə verərək iddia tələbində iddiaçının mərhum atası X7 məxsus digər sənədlərdə qeyd edilən X10, X13 və X32 ilə eyni şəxs olması faktının müəyyən edilməsi və ərizənin xahiş etdi hissəsində aktın bərpası kimi deyil faktın müəyyən edilməsi kimi qəbul edilib qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi və onun nümayəndəsi (vəkili) Vəkil ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçi tərəfin izahatını və şahidləri dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 7 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 04 iyul 2025-ci il tarixli arayışdan görünür ki, X33 və X2 nikahı haqqında 24 iyun 1967-ci il tarixdə 353 №-li akt qeydi tərtib olunmuşdur. Maraqlı şəxs Maştağa qəsəbə bölməsi tərəfindən verilmiş AZ-İ № 686574 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X28 xx.xx.2014-cü ildə beynə qansızma səbəbindən Bakı şəhərində ölmüşdür. 7 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 16 iyun 2025-ci il tarixli arayışdan görünür ki, X38 və X3 nikahı haqqında 17 noyabr 1953-cü il tarixdə 698 nömrəli akt qeydi tərtib olunmuşdur. Sabunçu rayon Bilgəh icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ № 507254 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.1987-ci ildə kəskin ürək çatmamazlığı səbəbindən Bakı şəhərində ölmüşdür. Sabunçu rayon Bilgəh icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ № 518901 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X24 xx.xx.1976-cı ildə kaxeksiya səbəbindən Bakı şəhərində ölmüşdür. Maraqlı şəxs Maştağa qəsəbə bölməsi tərəfindən verilmiş AZ-İ № 933859 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2018-ci ildə sağ böyrəyin xərçəngi səbəbindən Bakı şəhərində ölmüşdür. Sabunçu rayon Bilgəh icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ № 507253 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X27 xx.xx.1987-ci ildə ürək damar çatmamazlığı səbəbindən Bakı şəhərində ölmüşdür. Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ № 507293 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2004-cü ildə ilkin mənbəyi məlum olmayan şişin qara ciyərə səbəbindən Bakı şəhərində ölmüşdür. “Elektron notariat” X4 vasitəsilə “X20” AQİS-dən Çıxarışlardan görünür ki: X9 xx.xx.1930-cu ildə doğulmuş, xx.xx.2004-cü ildə ölmüş və ölümü haqqında 1242 nömrəli akt qeydi; X28 xx.xx.1933-cü ildə doğulmuş, xx.xx.2014-cü ildə ölmüş və ölümü haqqında 260 nömrəli akt qeydi; X6 xx.xx.1943-cü ildə doğulmuş, xx.xx.2018-ci ildə ölmüş və ölümü haqqında 108 saylı akt qeydi; X23 XX.XX.1935-ci ildə doğulmuş, xx.xx.1976-cı ildə ölmüş və ölümü haqqında 9 saylı akt qeydi; X27 XX.XX.1912-ci ildə doğulmuş, xx.xx.1987-ci ildə ölmüş və ölümü haqqında 6 saylı akt qeydi tərtib edilmişdir. İşdə olan ИЕ № 498778 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx xxxxxx 1951-ci ildə Maştağa rayonu Bilgəh qəsəbəsində anadan olmuşdur. Bu haqda xx xxxxxx 1951-ci ildə 9 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli məktublarından görünür ki, 1929-cu ilə dair Bakı şəhəri Lenin (Sabunçu) rayonu və Maştağa qəsəbəsi üzrə nikah haqqında qeydiyyat kitablarında X10 ilə X17 nikahı haqqında, 1943-cü ilə dair Bakı şəhəri Lenin (Sabunçu) rayonu üzrə doğum haqqında qeydiyyat kitablarında X1 təvəllüdü haqqında, Bilgəh kənd məscidinin 1910-1915-ci illərə dair doğum aktlarının qeydiyyat kitablarında X17 doğum tarixinə dair, 1933-cü ilə dair Bakı şəhəri Lenin (Sabunçu) rayonu Qeydiyyat şöbəsi üzrə 1934-1947-ci illərə dair Lenin (Sabunçu) rayonu doğum-bərpa qeydiyyat kitablarında X16 təvəllüdü haqqında, 1930-cu ilə dair Bakı şəhəri Lenin (Sabunçu) rayonu üzrə doğum haqqında qeydiyyat kitablarında X3 təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. Həmçinin, bildirilir ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivi üzrə Bilgəh kənd məscidinin sənədlərində X11 doğum tarixinə dair aşağıdakı məlumatlar aşkar edilmişdir: doğum tarixi-12 sentyabr 1896-cı il. Valideynləri: atası-Məlikəli Bayraməli oğlu, anası-Bəyimxanım. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2025-ci il tarixli məktublarından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 №li qərarı ilə təsdiq edilmiş “X20nın qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas müddəalara müvafiq qaydada əsaslar olmadığından xx.xx.1896-cı ildə doğulmuş X10 və XX.XX.1912-ci ildə doğulmuş X17 nikah akt qeydinin, xx.xx.1987-ci ildə vəfat etmiş X17 XX.XX.1912-ci ildə Bakı şəhərində doğulması faktının müəyyən edilməsi, xx.xx.2014-cü ildə vəfat etmiş X16 xx.xx.1933-cü ildə Bakı şəhərində doğulması, xx.xx.2004-cü il tarixdə vəfat etmiş X3 xx.xx.1930-cu ildə Bakı şəhərində doğulması faktının müəyyən edilməsi və akt qeydlərinin bərpa edilməsi məsələsinin həlli qeydiyyat orqanında mümkün deyildir. Akt qeydinin bərpa edilməsi barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra akt qeydi bərpa olunaraq müvafiq arayış ilə təmin olunacaqdır. Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun surətindən görünür ki, Bilgəh qəsəbəsində 28 aprel küçəsində yerləşən 1 saylı ev X14 adınadır. İşdə olan qəbirlərin fotoşəklindən görünür ki, X25 1935-1975-ci illər ərzində, X27 isə 1912-1987-ci illər ərzində yaşayıb. Məhkəmə iclasında iştirak edən şahidlər X12 və X29 Ərizəçi atasının Məmməd İbrahim, anasının Məsumə xanım olmasını qeyd etdilər. MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının, 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 3 saylı Qərarının: 1.2-ci bəndi ilə müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndi ilə müəyyən edilmişdir ki, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bəndində məhkəmələrə izah edilmişdir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPMnin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. 1.7-ci bəndi ilə müəyyən edilmişdir ki, hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. 4-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPMnin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, X20nın, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, X20nın dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (X20nın qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: X20nın dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, doğumun qeydə alınması faktını ərizəçinin yaşının müəyyən edilməsi ilə eyniləşdirmək olmaz. Şəxsin yaşı pasporta, şəxsiyyət vəsiqəsinə, hərbi biletə, eləcə də təhsil müəssisəsini bitirmək haqqında sənədə əsaslanmaqla bərpa qeydində göstərilə bilər. Lakin ərizəçinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında akt qeydi bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizəçinin yaşı qüvvədə olan normativ hüquqi aktlarda göstərilən qaydada müəyyən edilir. Başqa sözlə, bu halda ərizəçi tibbi müayinədən keçirilməlidir. 4.1-ci bəndi ilə müəyyən edilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: X20nın dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. 4.5-ci bəndə əsasən nikahın qeydə alınma faktının müəyyən edilməsi xahişi ilə məhkəməyə o, halda müraciət edilə bilər ki, X20nın dövlət qeydiyyatı orqanının itmiş qeydin bərpa edilməsinin mümkün olmamasını təsdiq edən sənəd mövcud olsun. Məhkəmə ər-arvadın hər ikisinin sağ olduqları dövrdə onların nikahının qeydə alınması faktının müəyyən edilməsindən imtina edə bilməz, çünki qanunvericilik buna hər hansı məhdudiyyət qoymamışdır. Nikahın qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə ər və ya arvad, yaxud onların hər ikisi müraciət edə bilər. Məhkəməyə ərarvaddan biri ərizə verdikdə, digəri maraqlı şəxs qismində işdə iştirak etməyə cəlb edilməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, mülki işin matriallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Ərizəçi valideynlərinin nikahı və qardaş, bacılarının doğumu haqqında şəhadətnaməni hazırda əldə etmək mümkün olmadığından və həmin şəhadətnamələr ərizəçiyə sosial hüquq hüquqlarının həyata keçirməsi və vərəsəlik hüququnun təminatı üçün vacibdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməsi mümkün deyildir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, ərizəçinin valideynlərinin nikahda olması və ərizəçinin bacı-qardaşlarının doğulması faktları müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, ərizə akt qeydlərinin bərpa edilməsi hissəsində təmin edilməməlidir. Belə ki, akt qeydləri o zaman bərpa edilir ki, onlar plenum qərarında qeyd edildiyi kimi itirilmiş olmalı və onların bərpası mümkün olmamalıdır, lakin iş materialları ilə əvvəllər belə qeydin mövcud olması və sonradan itirilməsi sübuta yetirilmir. Buna görə məhkəmə hazırki halda akt qeydini bərpa etməli deyil, yalnız müvafiq hüquqi əhəmiyyətli faktı müəyyən etməlidir. Bundan başqa məhkəmə ərizənin sənədlərdəki şəxsin eyni şəxs olması tələbinə münasibət bildirərək qeyd edir ki, belə bir hüquqi əhəmiyyətli fakt müəyyən edilmir və sənədin şəxsə məxsus olması ayrıca qaydada məhkəməyə ərizə şəklində verilir, bununla bağlı müvafiq orqanın imtinası də ərizəyə əlavə edilir. Lakin, hazırki işdə araşdırma sənədin şəxsə məxsus olması ilə bağlı deyil, nikah və doğum faktlarının müəyyən edilməsi ilə bağlı aparılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin 6-cı hissəsinə əsasən insan hüquqlarının həyata keçirtməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, ödənilmiş dövlət rüsumu maraqlı şəxsdən tələb edilmədiyindən ərizəçiyə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi mərhum atası mərhum atası X10 ilə anası X27 arasında 1929-cu il tarixdə Bakı şəhəri, Bilgəh qəsəbəsində nikah bağlanması (nikahda olması), həmin nikahdan xx.xx.1987-ci ildə vəfat etmiş anası X17 XX.XX.1912-ci ildə Bakı şəhəri, Bilgəh qəsəbəsində doğulması, xx.xx.2018-ci il tarixdə vəfat etmiş mərhum qardaşı X1 xx.xx.1943-cü il tarixdə Bakı şəhəri, Bilgəh qəsəbəsində doğulması, xx.xx.1976-cı il tarixdə vəfat etmiş mərhum qardaşı X15 XX.XX.1935-ci il tarixdə Bakı şəhərində doğulması, xx.xx.2004-cü ildə vəfat etmiş mərhumə bacısı X5 xx.xx.1930-cu ildə Bakı şəhərində doğulması, xx.xx.2014-cü il tarixdə vəfat etmiş mərhumə bacısı X18 xx.xx.1933-cü ildə Bakı şəhərində doğulması, atalarının X10, analarının X27 olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Ərizə qalan hissədə rədd edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fuad Babaşov.
Məhkəmə qərarları › İş №2(008)-7396/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7396/2025
10.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver