Məhkəmə qərarları › İş №2(008)-74/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-74/2024

24.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-74/2024 24.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçı İB-nin nümayəndəsi X2, Cavabdeh nümayənədəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” barədə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB vurulmuş 3381,49 manat məbləğində zərərin, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və hüquqi xidmət göstərilməsi üçün hüququ şirkətinə ödənilmiş 300 manat məbləğində xidmət haqqının, ümumilikdə isə 3711,49 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2019-cu il tarixində AKX-G1070xx/xx-2019 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********20000 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində xx.xx.2020-ci il tarixdə Elster markalı, G-4 Diofraqma tipli, 12528920 zavod nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X1 tələblərinə əməl etmək) və “X1 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbli qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmış və qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X1 pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Həmçinin istehlakçının ünvanına baxış keçirilərkən həmin ünvanı təbli qazla təchiz edən qaz xəttinin üzərində quraşdırılmış qaz sayğacına müdaxilə edildiyi aşkar olunmuş və cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində ilk olaraq xx.xx.2018-ci il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Cavabdehin yaşadığı fərdi yaşayış evinin qaz xətti üzərində quraşdırılmış G-4 markalı, 1202AQ**********2 zavod nömrəli qaz sayğacı (5296088 nömrəli sayğac quraşdırma aktı əsasında əvəzlənib) yoxlanması məqsədilə laboratoriyaya göndərilmişdir. MSK-29/1710-01215-1 nömrəli laboratoriya rəyinə əsasən həmin ünvandan çıxarılmış G-4 markalı, 1202AG**********2 zavod nömrəli qaz sayğacına müdaxilə olunduğu müəyyən edilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində qaz itkisi yaranmış olduğundan, dəymiş ziyanın bərpası məqsədilə Qaz işlədicilərin maksimal saatlıq qaz sərfi nəzərə alınmaqla xx.xx.2018-ci ii tarixli ******* nömrəli akt əsasında 799,20 manat məbləğində itirilmiş təbii qazın dəyəri hesablanmışdır. Eləcə də, cavabdehin sayğacdankənar təbii qazdan istifadə etməsi ilə bağlı təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında: xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında 799,20 manat, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında 885,60 manat, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında 295,20 manat. İddiaçı İB-nə 2570,40 maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Həmin aktlar üzrə yaranmış borcun 799,20 manat hissəsi 2018-ci ilin İV ayında GASREP proqramına keçirilmişdir. (2570,40 - 799,20 = 1771,20) və cavabdeh tərəfindən aparılan ödənişlər üzrə borca görə 418 manat məbləğində tutulmalar aparılmışdır. Həmçinin cavabdehin GASREP üzrə saldosuna əsasən onun əvvəlki illərdən də istehlak edilmiş təbii qazın dəyərinin tam ödənilməməsi ilə əlaqədar yaranmış borcları qalmaqdadadır. (364+567,80+799,20+236,40+1,90=1969,30-418 = 1551,28). Beləliklə, cavabbehin yuxarıda qeyd olunan hərəkətləri nəticəsində bugünki gün üçün İddiaçı İB-yə cari borcu və GASREP-dən AGİS bazasına keçirilən 1551,29 manat qalıq borcu da nəzərə alınmaqla ümumilikdə 3381,49 manat məbləğində borcu qalmaqdadır. (AGİS aktlara üzrə: 1771,20 + GASREP-dən AGİS bazasına keçirilən 1551,29 + Cari borc 71 - Ödəniş 12 = 3381,49) Həmçinin iddiaçı Cavabdeh iddia tələbi ilə məhkəməyə müraciət edərək, AR DNŞnin İddiaçı İB tərəfindən ona məxsus Bakı şəhəri Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, M.Adil küçəsi, 20 nömrəli evin təbbi qaza görə əsassız hesablanmış 5759,64 manat məbləğində borcun onun (köhnə kod **********00000) **********20000 nömrəli abonent kodundan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbini onunla əsaslandırılmışdır ki, onun evinin qaz sayğacı xarab olduğu üçün o cavabdehə müraciət etmiş və onun müraciətindən sonra cavabdeh AR DNŞ-nin İddiaçı İBnin nümayəndələri onun yaşadığı Kürdəxanı qəsəbəsi, M.Adil küçəsi, ev 20 ünvanında yerləşən evin təbii qazın sayğacına baxış keçirmişlər, qaz sayğacının işləmədiyini görmüş və onun evinin qaz sayğacını xx.xx.2023-cü il tarixdə dəyişmişlər. Cavabdeh əsassız olaraq ona 5759,64 manat manat borc yazmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5960/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı İB-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-7960/2023 nömrəli İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsinə dair” mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır. Cavabdeh nümayənədəsi və vəkili Nümayəndə məhkməyə ərizə ilə müraciət edərək, İddiaçı tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 5769,64 manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Odur ki, iddia ərizəsinin həcmini azaldaraq İddiaçı tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 3381,49 (üç min üç yüz səksən bir manat, qırx doqquz qəpik) manat məbləğində borcun silinməsi dair qətnamə çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı İB-nin nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi vəkil Nümayəndə “Azəriqaz İB-nin iddia tələbini qəbul etmədiyini, öz iddialarını müdafiə edərək İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş aktlara əsasən dəymiş zərər kimi müəyyən olunan 3381,49 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Belə ki, iş məhkəmə iclasında İddiaçıİB nümayəndəsi ilə 1551,29 manatı borcun hansı əsasla dəymiş ziyan və ya debitor borcu olaraq hesablanmasını müəyyən etmək olmadı və bu barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. İddiaçı Cavabdeh İddiaçınə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abonent saldosundan görünür ki, hazırda Cavabdeh 3381,49 manat borcu olduğu qeyd edilmişdir. İş materiallarına əlavə olunan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-3/81 nömrəli 26 fevral 2024-cü il tarixli ekspert rəyinin tədqiqat nəticəsindən görünür ki, tədqiqata təqdim edilmiş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı və ona bərkidilmiş giriş-çıxış borusunda hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, iz (qaynaq) və əlavə xətt aşkar edilməmişdir. Beləliklə iş materiallarında olan sənədlərlə və keçirilmiş ekspertiza rəyinə əsasən Cavabdeh tərəfindən kənar qoşulma hallarının olması müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, yazılmış borc məbləği əsassız hesab edilərək hesab kodundan silinməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 nömrəli xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Eyni zamanda məhkəmə Cavabdeh iddiasına münasibət bildirərək, hesab edir ki, bu hissədə də iddia təmin edilərək, İddiaçı İB tərəfindən aktlar əsasında hesablanmış 3381,49 manat borc məbləğ silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməli, iddiaçı Cavabdeh İddiaçınə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilərək, İddiaçı İB tərəfindən Cavabdeh təbii qazdan istifadəyə görə əsassız hesablanmış 3381,49 manat borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmçinin İddiaçı İB tərəfindən hüquqi xidmət göstərilməsi üçün hüququ şirkətinə ödənilmiş 300 manat məbləğində xidmət haqqı ilə bağlı fikir bildirərək qeyd edir ki, bu barədə də iş materiallarında və məhkəməyə heç bir sübut təqdim edilmədiyindən iddia bu hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı İB Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. İddiaçı İB tərəfindən Cavabdeh təbii qazdan istifadəyə görə əsassız hesablanmış 3381,49 manat borc silinsin. Ekspertiza xərci olaraq 110 manat pul İddiaçı İB-dən tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinə (Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar