Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-740/2023 03.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi xx.xx.1978-ci il tarixdə Rusiya Federasiyasının Kalininqrad vilayətinin Çernyaxovsk şəhərində anadan olmuş X7 xx.xx.1995-ci il tarixdə Bakı şəhərində doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1995-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonunun ərazisində tibb müəssisəsindən kənarda, evdə doğulmuşdur. Anası X18 xx.xx.1978-ci il tarixdə Rusiya Federasiyasının Kalininqrad vilayətinin Çernyaxovsk rayonunun Çemyaxovsk şəhərində anadan olub. Anasının hazırda hər hansı bir ölkənin vətəndaşlığına mənsubiyyətini təsdiq edən sənədi yoxdur. O, vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) himayəsindədir. Hazırda anası Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Qaçqın Şuşa şəhərciyi, ev 2, mənzil 65 ünvanında yaşayır. X2 xx.xx.1968-ci il tarixdə Bakı şəhərində anadan olub. O, Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda ünvan 2 ünvanında yaşayır. Ərizəçinin valideynləri 1993-cü ildə Rusiya Federasiyasının Kalininqrad vilayətinin Çemyaxovsk şəhərində tanış olublar. Elə həmin ilin sentyabr ayında evlənmək və daimi yaşamaq üçün birlikdə Azərbaycan Respublikasının Bakı şəhərinə gəlib. Azərbaycana gələndən sonra onlar evləniblər (nikaha daxil olmayıblar) və Bakı şəhərində yaşamağa davam ediblər. Ərizəçinin bacısı X16 xx.xx.1997-ci il tarixdə Bakı şəhərində tibb müəssisəsindən kənarda evdə doğulub. Onun doğum haqqında şəhadətnaməsi və şəxsiyyətini təsdiq edən sənədi olmayıb. Bacısı 2019-cu ilin noyabr ayında Bakı şəhərində vəfat edib. X1 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində tibb müəssisəsindən kənarda evdə doğulub. Qardaşının doğum haqqında şəhadətnaməsi və şəxsiyyətini təsdiq edən sənədi yoxdur. O, vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi BMT QAK-ın himayəsindədir. Hazırda, o, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Qaçqın Şuşa şəhərciyi, ev 2, mənzil 65 ünvanında yaşayır. Digər qardaşı X17 xx.xx.2011 -ci il tarixdə Bakı şəhərində anadan olub. O, Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda ünvan 3 ünvanında yaşayır. Ərizəçinin qardaşı X21 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində Suraxanı rayonunun ərazisində yerləşən 3 nömrəli Doğum evində anadan olub. O, doğum haqqında şəhadətnaməsi və şəxsiyyətini təsdiq edən sənədi yoxdur. O, vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi BMT QAK-ın himayəsindədir. Hazırda, o, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi. Qaçqın ünvan 4 ünvanında yaşayır. Ərizəçi 2002-ci ildə Bakı şəhəri Sabunçu rayonu, 10 nömrəli sanatoriya tipli internat məktəbinin birinci sinfinə getmiş, xx.xx.2009-cu ilə kimi həmin məktəbdə təhsil almış, daha sonra təhsilini davam etdirməmişdir. Məktəbdə özünü atasının soyadına uyğun olaraq Tağıyev İlkin kimi təqdim etmişdir. 2012-ci ildə Azərbaycan Respublikasının vətəndaşı X11 ilə ailə qurmuş, ailə münasibətlərindən üç uşaqları (xx.xx.2014-cü il tarixdə X27, xx.xx.2019-cu il tarixdə X28, xx.xx.2021 -ci il tarixdə X22) doğulub. Lakin şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün nə Cəfərova Əfsanə ilə nikaha daxil ola bilmiş, nə də ki, uşaqlarının atalığı müəyyən edilmişdir. Ərizəçi tibb müəssisəsindən kənarda doğulduğu üçün və doğularkən anasına kömək edən həkim olmadığından, hətta doğuşdan sonra ərizəçinin doğulmağı barədə sənəd almaq üçün anası heç bir həkimə müraciət etmədiyi üçün onun doğum faktının qeydiyyata alınması və doğum haqqında şəhadətnamə ilə təmin edilməyi bu vaxta qədər mümkün olmayıb. Anasının verdiyi məlumata görə, ərizəçinin doğumuna həmin vaxt yaşadığı ünvanda (Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi. Meyvə Tingliyi sovxozu) qonşuları olan Anya adlı şəxs kömək edib (lakin artıq o, vəfat edib). Bundan başqa, doğuma ərizəçinin nənəsi Tağıyeva Mariya (nənəm xx.xx.2011 -ci il tarixdə vəfat edib) və bibisi X5 da kömək edib. Hazırda, ərizəçinin 27 yaşı var, lakin doğum faktı, şəxsiyyətini və vətəndaşlığını təsdiq edən heç bir sənədi yoxdur. Şəxsiyyəti təsdiq edən sənədi olmadığı üçün ərizəçi həm də vətəndaşsızlıq vəziyyətinə düşmüş və heç bir dövlətin himayəsindən effektiv istifadə edə, şəxsi və sosial münasibətlərə daxil ola və vətəndaş kimi hüquqlarından yararlana bilmir. Bu səbəbdən də ərizəçi vətəndaşsızlıq halında olan şəxs kimi BMT QAK-ın himayəsindədir. Hazırda ərizəçi Bakı şəhəri. Sabunçu rayonu, Ramana qəsəbəsi, Qaçqın Şuşa şəhərciyi, ev 2, mənzil 65 ünvanında yaşayır və Dövlət Miqrasiya Xidməti tərəfindən də həmin ünvanda olduğu yer üzrə qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixdə qeydiyyatda olduğu yer üzrə Bakı şəhəri Maraqlı şəxsnə müraciət edərək " X14 - xx.xx.1978-ci il tarixdə Rusiya Federasiyasının Kalininqrad vilayətinin Çernyaxovsk rayonunun Çernyaxovsk şəhərində anadan olmuş X7 xx.xx.1995ci tarixdə Bakı şəhərində doğulmağı faktının qeydə alınmasını və doğum haqqında şəhadətnamə ilə təmin edilməyini ” xahiş etmişdir. Bakı şəhəri Maraqlı şəxs 21,07.2022-ci il tarixli, 05-1782/15 saylı cavab məktubu ilə mənim müraciətə aşağıdakı məzmunda cavab vermişdir: “Bakı şəhəri Maraqlı şəxs xx.xx.1995-ci ildə “evdə” doğulmağınız və doğumunuzun qeydə alınması haqqında müraciətinizə əsasən bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.4.5 -ci bəndinə uyğun olaraq uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma köməklik göstərmiş həkimin verdiyi müvafiq sənəd təqdim edilməlidir. Bu qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulmağı faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Ona görə də qeydiyyat şöbəsi bu qaydada nəzərdə tutulan əsaslar olmadığı üçün doğumu qeydə almaqdan imtina edir. Məhkəmə iclasında iştirak etmiş ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində iştirak etmiş X15 ifadəsində bildirmişdir ki, o, ərizəçinin atasıdır. İra onun yoldaşıdır və əcnəbidir, Azərbaycan vətəndaşlığı yoxdur. Uşaq 1995-ci ildə ev şəraitində doğulub, lakin anasının sənədləri olmadığına görə doğum haqqında şəhadətnamə almaq mümkün olmamışdır. Məhkəmədə şahid qismində iştirak etmiş X8 ifadəsində bildirmişdir ki, o, ərizəçinin bibisidir və doğuş zamanı orda olmuşdur. Uşaq Kürdəxanıda evdə anadan olub. Qonşu doğuşda iştirak edib, lakin həmin şəxs ölüb. Ananın sənədləri olmadığına görə doğum haqqında şəhadətnamə almaq mümkün olmayıb. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 05- 1782/15 saylı məktubla ərizəçiyə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 2.5.3-cü bəndinə uyğun olaraq doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsinin sənədi təqdim edilməlidir. -Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycandakı nümayəndəliyi təərfindən verilmiş xx.xx.2022-ci il tarixli himayə sənədindən görünür ki, Batukhtin İlkin BMT QAK-ın mandatı altında olan şəxsdir. -Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Qaçqın statusunun müəyyənləşdirilməsi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1995-ci il təvəllüdlü, BMT QAK-ın himayəsində olan Batukhtin İlkin xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarxinədək Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Qaçqın Şuşa şəhərciyi, ev 2, mənzil 65 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır. -Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycandakı nümayəndəliyi təərfindən verilmiş xx.xx.2022-ci il tarixli himayə sənədindən görünür ki, Batukhtina İrina BMT QAK-ın mandatı altında olan şəxsdir. -Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Qaçqın statusunun müəyyənləşdirilməsi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1978-ci il təvəllüdlü, BMT QAK-ın himayəsində olan Batukhtina İrinaya xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarxinədək Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Qaçqın Şuşa şəhərciyi, ev 2, mənzil 65 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır. - 21 nömrəli Birləşmiş Şəhər Xəstəxanası X9 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X12 təvəllüdü xx.xx.1995-ci il, ünvanı Sabunçu rayonu, Ramana qəsəbəsi, Qaçqın ünvan 7 Rh+, gözünün rəngi qəhvəyi, boyu 1,65 sm-dir. -Çernyaxovsk şəhər dairəsi bələdiyyə törəməsinin İdarəçiliyinin VVAQ Şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 24 nömrəli doğum haqqında arayışdan görünür ki, X18 xx.xx.1978-ci il tarixdə Çernyaxovsk şəhəri, Çernyaxovsk rayonu, Kalininqrad vilayətində anadan olmuşdur. X32 Aleksandroviç, anası X13. - 10 №li sanatoriya tipli internat məktəbi tərəfindən verilmiş 51 nömrəli xx.xx.2016-cı il tarixli arayışdan görünür ki, X3 rayonu, 10№li sanatoriya tipli internat məktəbində xx.xx.2002-ci ildə İ sinifə qəbul olunub, xx.xx.2009-cu ildə Vİİ sinifi bitirib. - 10 №li sanatoriya tipli internat məktəbi tərəfindən verilmiş 102 nömrəli xx.xx.2022ci il tarixli arayışdan görünür ki, X3 rayonu, 10№li sanatoriya tipli internat məktəbinə 39№li əmrə əsasən xx.xx.2002-ci ildə İ sinifə qəbul olunub, 13№li əmər əsasən xx.xx.2009-cu ildə Vİİ sinifdən Rusiyanın Sankt-Peterburq şəhərinə getdiyi üçün məktəbdən xaric edilib. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxs tərəfindən verilmiş 9/74 saylı, xx.xx.2023-cü il tarixli rəydən görünür ki, X15 və X4 cütlükdən ekspertizaya təyin olunmuş ”Ərizəçi” adlı uşağın törənməsi mümkündür. Belə olan halda X6 Ərizəçi barəsində atalıq faktı inkar olunmamışdır. Sabunçu Rayon Məhkəməsinin 2(008)-5206/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.1978-ci il təvəllüdlü X10 1993-cü ildən hal-hazıradək Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən olunmuşdur. Məhkəmə tərəfindən müəyyən edildi ki, Ərizəçi xx.xx.1995-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu ərazisində tibb müəssisəsindən kənarda, evə doğulmuşdur. Ona doğum haqqında tibbi şəhadətnamənin xəstəxana tərəfindən verilməməsinin səbəbi uşağın xəstəxanada doğulmaması olmuşdur. Ərizəçi izahatında şəxsiyyəti təsdiq edən sənədi olmadığı üçün həm də vətəndaşsızlıq vəziyyətinə düşdüyünü və heç bir dövlətin himayəsindən effektiv istifadə edə, şəxsi və sosial münasibətlərə daxil ola və vətəndaş kimi hüquqlarından yararlana bilmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı» Qaydasının 2.1-2.3-cü bəndlərinə əsasən doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Doğum haqqında yazılı və ya şifahi məlumatlar valideynlər və ya onlardan biri tərəfindən verilir, valideynlər xəstə olduqda, öldükdə və ya başqa səbəblərə görə onların məlumat verməsi mümkün olmadıqda məlumat qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və başqa şəxslər tərəfindən verilir. Həmin Qaydanın 2.6-cı bəndinə əsasən bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin Bakı şəhərində doğulmasını təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımı sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin və şahidlərin məhkəmə iclasında göstərdikləri hallar bir-birini tamamladığından və işin məhkəmə iclasında araşdırılan hallarına əsasən təsdiq olunduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından ərizəçi möcvud tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1978-ci il tarixdə Rusiya Federasiyasının Kalininqrad vilayətinin Çernyaxovsk şəhərində anadan olmuş X7 xx.xx.1995-ci il tarixdə Bakı şəhərində doğulması faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-740/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-740/2023
03.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver