Məhkəmə qərarları › İş №2(008)-7404/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7404/2025

18.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7404/2025 18.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X11 Seyfəddin oğlunun sədrliyi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb olunmaqla “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Mübahisənin mahiyyəti: Ərizəçi maraqlı şəxs qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb olunmaqla “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu (keçmiş Lenin) rayonu, Maştağa qəsəbəsi, Mirəli Mirəliyev (keçmiş Cəfər Cabbarlı) küçəsi, döngə 2, ev 15 ünvanda yerləşən fərdi yaşayış evinə dair, 1978-ci ildə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi X3 Bürosu tərəfindən tərtib edilmiş "şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirməsinə aid pasport"da qeyd edilmiş "X14 oqlı", AZ-İİ seriyalı 458692 №-li 09 aprel 2025-ci il tarixli ölüm haqqında şəhadətnamədə qeyd edilmiş "X9", AZ-1 seriyalı 368155 №-11 xx.xx.2003-cü il tarixli doğum haqqında şəhadətnamədə "atası" qrafasında qeyd edilmiş "X9", eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1971-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X4, xx.xx.1999-cu il tarixdə vəfat etmişdir (ölüm haqqında şəhadətnamənin surəti ərizəyə əlavə edilmişdir). Atasına məxsus olan, Bakı şəhəri, Sabunçu (keçmiş Lenin) rayonu, Maştağa qəsəbəsi, Mirəli Mirəliyev (keçmiş Cəfər Cabbarlı) küçəsi, döngə 2, ev 15 ünvanda yerləşən fərdi yaşayış evinə dair, 1978-ci ildə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi X3 Bürosu tərəfindən tərtib edilmiş "şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirməsinə aid pasport"da texniki səhv mövcuddur. Belə ki, həmin sənəddə "ev sahibinin familiyası, adı, atasının adı" qrafasında "X14 oqlı” qeyd edilmişdir, lakin mərhum atasına aid AZ-İİ seriyalı, 458692 №-li 09 aprel 2025-ci il tarixli ölüm haqqında şəhadətnamədə adı "X9", ona aid AZ-1 seriyalı, 368155 No-li, xx.xx.2003-cü il tarixli doğum haqqında şəhadətnamədə "atası" qrafasında "X9" qeyd edilmişdir. Bakı şəhəri, Sabunçu (keçmiş Lenin) rayonu, Maştağa qəsəbəsi, Mirəli Mirəliyev (keçmiş Cəfər Cabbarlı) küçəsi, döngə 2, ev 15 ünvanda yerləşən fərdi yaşayış evinə X4 vəfat etdiyi xx.xx.1999-cu il tarixə qədər öz ailə üzvləri ilə birgə yaşayaraq sahiblik etmişdir. Vəfatından sonra isə onun 1-ci dərəcədən vərəsəsi olan o, həmin evə sahiblik edir. Qeyd olunan texniki səhv səlahiyyətli şəxslər tərəfindən edilmiş, lakin hazırda o, evin və torpaq sahəsinin ilkin qeydiyyata alınması üçün zəruri olan sənədləri, texniki pasportun, torpaqayırma sənədlərinin arxiv nüsxələrini, vərəsəlik şəhadətnaməsini və saira sənədləri ala bilmir. Odur ki, qeyd olunan sənədlərdə göstərilən adların eyni şəxs olması, onun tərəfindən miras əmlak kimi qəbul edilməsinə dair faktlarının müəyyən edilməsi zərurəti yaranmışdır. Tərəflərin mövqeləri: Məhkəmə iclasının vaxtı və yeri barədə ərizəçi və maraqlı şəxs xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirakı etməmiş və ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmdan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materialları: -AZ-İ seriyalı, 368155 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1971-ci il tarixində doğulmuşdur və X4, anası X2r. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 39 saylı Notariat ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 154 nömrəli məktubdan görünür ki, qohumluq əlaqələrini təsdiq edən sənədlərdə uyğunsuzluq olduğundan məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. -Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportdan görünür ki, vətəndaşın soyadı, adı və ata adı X5 qeyd edilmişdir -AZ-İİ seriyalı, 458692 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx.xx.1999-ci ildə ölmüşdür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının: 6.2-ci bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. 6.3-cü bəndinə əsasən hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İşin müəyyən edilmiş hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda ərizəçinin atasının soyadı, adı və ata adı X8 olduğu halda səhvən Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda vətəndaşın soyadı, adı və ata adı X5 qeyd edilmişdir. Məhkəmə bu mövqeyə gələrkən iş materiallarına əsaslanmışdır. Beləlilklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin X4 ilə Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda göstərilmiş X10 və AZ-İ seriyalı, 368155 nömrəli doğum haqqında şəhadətnaməsində ərizəçinin atası qrafasında yazılmış X9 eyni şəxsdir və Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportu X6 məxsus olmuşdur. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 307-311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. ünvan 1 ünvanı barəsində 1978-ci ildə Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun xx.xx.1999-ci il tarixdə vəfat etmiş və ərizəçinin atası olan X6 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Bayramov Müseyib

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar