Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7408/2024 05.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X13 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Sabunçu Rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Sabunçu Rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, anası Ərizəçi xx.xx.2024-cü il tarixdə yaşadıqları Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Abışov küçəsi 23, mənzil 21 ünvanda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, anası X5 yaşadıqları Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Abışov küçəsi 23, mənzil 21 ünvanda xx.xx.2024-cü il tarixdə vəfat etmiş, ünvan 1irstanlığında dəfn olunmuşdur. Tərəflərindən təcili tibbi yardım çağırış edilmiş, lakin təcili tibbi yardımın həkimləri gələnə qədər anası vəfat etdmişdir. Ərizəçinin anası anidən ölümü mənəvi və psixoloji cəhətdən onu və ailə üzvləri həddindən artıq sarsıtdığından və kifayət qədər hüquqi savadı olmadığından anasının ölümü haqqında şəhadətnaməni vaxtında ala bilməmişdir. Tibbi şəhadətnamə ilə 11 saylı şəhər Poliklinikasına müraciət etməsinə baxmayaraq ona anasının ölümü ilə bağlı 11 saylı poliklinikaya müraciət edilmədiyindən şəhadənamənin və yaxud imtina məktubunun verilməsi mümkün olmamışdır. Anasının ölümü ilə əlaqədar dəfin pulu almaq məqsədi ilə ölüm haqqında şəhadətnaməsinin alınması zərurəti yaranmışdır. Ərizəçi anasının ölüm akt qeydinin aparılması və onun adına ölüm haqqında şəhadətnamə verilməsi üçün Sabunçu rayon qeydiyyat şöbəsinə müraciət etmiş, lakin şöbə tərəfindən verilmiş məktubda göstərilmişdir ki, qeydiyyat orqanında ölümün qeydə alınması, ölüm haqqında tibbi şəhadətnamə və ya məhkəmə qətnaməsi əsasında aparılması və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Ölüm haqqında şəhadətnamənin alınması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi xx.xx.2024-cü il tarixdə dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin “xahiş etdim” hissədə texniki səhvə yol verildiyini, Ərizəçi ifadəsinin X3 oxunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Sabunçu Rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinin xx.xx.2024cü il tarixli, 3-16-5/8-15-866/2024 nömrəli məktubunda Ərizəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “X6 X9”nın təsdiq edilməsi barədə xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarının 8.5-ci bəndinə əsasən ölüm faktını təsdiq edən (ölüm haqqında həkim və ya feldşer arayışı ilə) və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilməsi və ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət olunması qeyd edilmişdir. İş materiallarında olan Təcili və X8 Stansiyası Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, çağırışın tarixi xx.xx.2024-cü il, xəstənin yanına gəlmə vaxtı ”04” saat “20” dəqiqə, ünvan Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Abışov küçəsi 23, mənzil 21, xəstənin adı X5 qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Göyçay Rayon Potu Bələdiyyəsinin 09 oktyabr 2024-cü il tarixli, 80 nömrəli arayışından görünür ki, ərizəçinin anası xx.xx.1954-cü ildə Göyçay şəhərində anadan olan, Göyçay şəhər sakini X5 xx.xx.2024-cü il tarixində ünvan 3 ünvanında (qızının yaşadığı evdə) ürək çatışmazlığından vəfat etmiş, X2 vəfat etdiyi gün ünvan 1iristanlığında dəfn edilmişdir. İş materiallarına X4 qəbir daşının foto-şəkili də əlavə olunmuşdur. Məhkəmə iclasında iştirak edən şahid X11 ifadəsində ərizəçi ilə ailə dostu olduqlarını, uşaqlarının eyni məktəbdə oxuduqlarını, X4 2024-cü ilin sentyabr ayında vəfat etdiyini, onun vəfat etdiyi gün qızının da onlarda qaldığını bildirdi. Məhkəmə iclasında iştirak edən şahid X12 ifadəsində ərizəçi ilə qonşu olduqlarını, X1 ayında vəfat etdiyini bildirdi. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli Qərarının 9.4-cü bəndinə əsasən, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin faktın müəyyən olunması ərizəçiyə hüquqlarının həyata keçirilməsi ilə bağlı olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1954-cü il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-7408/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7408/2024
05.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver