Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-747/2025 22.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 4 saylı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs 4 saylı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası xx.xx.1946-cı il tarixdə doğulmuş X6 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirlməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ərizəçi məhkəməyə ərizəyə əlavə ilə müraciət edərək, atası xx.xx.1946-cı il tarixdə doğulmuş X6 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1946-cı il tarixdə doğulmuş X10 atasıdır. Atası ürək çatışmamazlığ xəstəliyindən əziyyət çəkirdi. Uzun illər idi ki, xəstəliyi ilə əlaqədar olaraq müalicələr alırdı. xx.xx.2024-cü il tarixdə atasının halı qəfil pisləşdi. Dərhal “Təcili Yardım”a zəng vursaq da, lakin həkim gələnə kimi atası X10 vəfat etdi. Atası vəfat edərkən - onun həyat yoldaşı - X5 və qonşusu - X7 onun yanında olmuşdular. Atası - X8 Bakı şəhəri, Sabunçu rayonu,Balaxanı qəbirstanlığında dəfn etmişlər. Məhkəmənin nəzərinə çatdırmışdır ki, müəyyən sənədləşmə işləri görmək üçün mərhum atasının ölüm haqqında şəhadətnaməsi tələb olunur. Bu səbəbdən də o, mərhum atası - X6 ölüm haqqında şəhadətnaməsini almaq üçün 12 saylı Şəhər Poliklinikasına və 4 saylı Maraqlı şəxsndə Qeydiyyat şöbəsinə müraciət etmişdir. 12 saylı Şəhər Poliklinikası “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən, 4 Saylı Maraqlı şəxsndə Qeydiyyat şöbəsi isə “ölüm haqqında şəhadətnamə”nin verilməsindən imtina etdi. Atasının ölüm haqqında şəhadətnaməsini başqa yolla əldə etməyimin mümkünsüzlüyünü nəzərə alaraq, hesab edirəm ki, məhkəmə qətnaməsi ilə atası X6 ölüm faktı müəyyən olunmalıdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs 4 saylı Bakı “ASAN Xidmət” X2 məhkəmə iclasını vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxs 4 saylı Bakı “ASAN Xidmət” X1 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. AZE seriyalı 01286131 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X10 xx.xx.1946-cı ildə Ağdam şəhərində anadan olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı “ASAN Xidmət” X3 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-5/7-15/1098-2024 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq olunmuş Vətəndaşlıq vəziyyəti aktlarını dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkiç arayışı ğlüm haqqında fledşer arayışı ilə) və ya vətəndaşın ölmüş elan edilmısi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm faktını təsdiq edən sənəd olmadığından qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün olmamışdır. Ərizəçiyə ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. BŞT və TTYS Yardım Stansiyasının ölüm haqında xx.xx.2024-cü il tarixli Xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, həkim briqadası ünvan 1 ünvanına gələnə kimi X6 həkimə qədər kişi cinsli meyit aşkar edilmişdir. Bakı şəhəri Sabunçu rayon Balaxanı Bələdiyyəsinin 65 nömrəli xx.xx.2024-cü il tarixliarayışından görünür ki, X10 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmiş və Sabunçu rayonu Balaxanı qəsəbəsində yerləşən qəbirstanlığında dəfn edilmişdir Bakı Baş Səhiyyə X12 şəxsin xx.xx.2024-cü il tarixli 321 nömrəli məktubundan görünür ki, ünvan 2 ünvanında yaşayan xx.xx.1946-cı il təvəllüdlü X9 Təcili və X4 Stansiyasının 12 saylı bölməsinin xx.xx.2024-cü il tarixli 12/47 nömrəli Ölüm haqqında xəbərdarlıq vərəqəsinin baxmayaraq bu günə qədər müəssisəyə müraciəti olmadığından ölüm haqqında tibbi şəhadətnamə verilməsindən imtina edilmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X10 ərizəçinin oğlu olmuşdur. O, xx.xx.2024-cü ildə Bakı şəhərində vəfat etmişdir.Ölüm haqqında tibbi şəhadətnamə alınması üçün ərizəçi şəhər poliklinikasına müraciət etmiş, lakin poliklinikadan buna dair imtina cavabı almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktınınmüəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin faktın müəyyən olunması ərizəçiyə sosial hüquqlarının həyata keçirilməsi iləbağlı olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi mövcud tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1946-cı il təvəllüdlü X6 xx.xx.2024-cü il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-747/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-747/2025
22.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver