Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-748/2023 16.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzilə sayğacsız dövr üçün hesablanmış sərfiyyatından qalan 21685 kVts sərfiyyatın və xx.xx.2018-ci il tarixində yazılmış 74,06 manat sayğac dəyərinin, xx.xx.2008-ci il tarixində yazılmış 53,70 manat, xx.xx.2013-cü il tarixində 86,76 manat sayğac dəyərlərinin silinməsi, həmçinin Rİ 232572 və Rİ 119045 nömrəli aktlara əsasən yazılmış elektrik enerjisi sərfiyyatının hesabatının azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Stansiya yanı, bina 32 ünvanında yerləşən 15 nömrəli mənzildə yaşayır. Göstərilən mənzilə **********20015 abonent kodu üzrə xx.xx.2002-ci il tarixindən xx.xx.2008-ci il tarixinə kimi işlədicilərin gücünə görə 47383 kVts elektrik enerjisi sərfiyyatı hesablanmışdır. İşlədicilərin gücünə görə yaranmış ümumi sərfiyyatdan 23349 kVts-ı (dəyəri 448,3 manat) xx.xx.2005ci il tarixində silinmiş, 2349 kVts-ı (dəyəri 140,92 manat) xx.xx.2011-ci il tarixində ödənişləri tələb olunmayan borclar qrafasına daxil edilmiş, 21685 kVts-ı isə borc olaraq saxlanılmışdır. Eyni zamanda, Rİ 232572 nömrəli akta əsasən xx.xx.2013-cü il tarixində 4712 kVts (dəyəri 282,72 manat), Rİ 119045 nömrəli akta əsasən isə xx.xx.2018- ci il tarixində 248 kVts (dəyəri 17,36 manat) əlavə elektrik enerjisi sərfiyyatının, xx.xx.2008-ci il tarixində 53,70 manat, xx.xx.2013-cü il tarixində 86,76 manat, xx.xx.2018- ci il tarixində isə 74,06 manat sayğac dəyərinin yazıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X2 Qaydalarf’nın (bundan sonra - Qaydalar) 7.1-ci, 7.2-ci və 8.2-ci bəndlərinin tələbləri pozulmuşdur"xxxx" ASC-nin Sabunçu RETSİ-nin əməkdaşları tərəfindən xx.xx.2018-ci il tarixində mənzilin 17044695 zavod nömrəli elektrik sayğacının oğurlandığı əsas gətirilərək bu barədə Rİ 119045 nömrəli akt tərtib edilmişdir. "xxxx" ASC-nin Sayğac quraşdırma və uçota nəzarət idarəsinin əməkdaşları tərəfindən akta əsasən xx.xx.2018-ci il tarixində 14058054 zavod nömrəli elektrik sayğacı quraşdırılmış, köhnə sayğac təhvil verilmədiyi üçün isə 74,06 manat sayğac dəyəri yazılmış və Sabunçu RETSİ-də fəaliyyət göstərən akt komissiyası tərəfindən qanunvericiliyin tələbi nəzərə alınmadan abonent hesabına 60 gün üçün 248 kVts (dəyəri 17,36 manat) elektrik enerjisi sərfiyyatı yazılmışdır. Sözügedən məsələ ilə bağlı Energetika Nazirliyinə etdiyi müraciətlər X1 Agentliyi tərəfindən araşdırılmış və bu barədə xx.xx.2021-ci il tarixli AERA-20-4383/21 nömrəli və xx.xx.2022ci il tarixli AERA-20- 3067/22 nömrəli məktublarla ətraflı məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə borcun həm akt həm də sərfiyyat borcu olduğunu bildirərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan **********20015 saylı abonentin abunə haqqında saldosundan görünür ki, İddiaçı enerji istifadəsinə görə 1.011,20 manat məbləğində borcu mövcuddur. Azərbaycan Respublikasının Energetika Nazirliyi X1 agentliyi Bakı filialının xx.xx.2021-ci il tarixli məktubunun surətindən görünür ki, Sabunçu rayonu, Stansiya yanı, bina 32, mənzil 15 ünvanına sayğacsız dövr üçün hesablanmış sərfiyyatından qalan 21685 kVts sərfiyyatın və xx.xx.2018-ci il tarixində yazılmış 74,06 manat sayğac dəyərinin, xx.xx.2008-ci il tarixində yazılmış 53,70 manat, xx.xx.2013-cü il tarixində 86,76 manat sayğac dəyərlərinin silinməsi, həmçinin Rİ 232572 və Rİ 119045 nömrəli aktlara əsasən yazılmış elektrik enerjisi sərfiyyatının hesabatına baxılması üçün Azərişıq ASC-yə məktublar göndərilmiş, lakin mahiyyət üzrə cavab verilmədiyi üçün vətəndaş X3 ”X2 qaydaları”nın 8.35-ci bəndinin 2-ci abzasına əsasən məhkməyə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahələrinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. «X2 Qaydaları»nın 5-ci bəndinə əsasən yaşayış binalarının, yaxud xüsusi yaşayış evlərinin mülkiyyətçilərinə, idarələr və başqa qeyri-istehsalat istehlakçılarına məxsus olan binalarda, həmçinin məişət abonentlərinin mənzillərində balans mənsubiyyəti sərhədindəki birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət enerjitəchizatı müəssisəsinin üzərinə düşür. Həmin qaydaların 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində tabeliyindən, mülkiyyət formasından və maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, istehlakçılar, o cümlədən hüquqi və fiziki şəxslər tərəfindən elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması, satılması və istehlakında enerjiresurslarından səmərəli istifadə olunmasında, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların təhlükəsiz, qəzasız və etibarlı istismarında Azərbaycan Respublikasının qanunlarına, müvafiq qaydalara, təlimatlara və digər normativ sənədlərə əməl olunmasına dövlət nəzarətini Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin "Dövlət Enerjinəzarət" İdarəsi həyata keçirir. Həmin Qaydaların 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X2də pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun (yəni məişət abonentinin) və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəssinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin Qaydaların 7.13-cü bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Həmin Qaydaların 7.17-ci bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüququna malikdirlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanına cavabdeh tərəfindən sayğac quraşdırılmış, həmin sayğacın işlək vəziyyətdə olmasına görə məsuliyyət isə qanunla cavabdehin üzərinə qoyulmuşdur. "xxxx" ASC-nin əməkdaşları tərəfidən keçirilmiş yoxlama zamanı Rİ 232572 və Rİ 119045 nömrəli aktlar tərtib edilmiş, lakin həmin aktlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaçının həm akt həm də sərfiyyat borcunun olduğunu bildirsə də, borcun yaranması əsaslarını müəyyən edə bilmədiklərini qeyd etmişdir. Beləliklə, məhlkəmə hesab edir ki, sözügedən aktlar öz təsdiqini tapmadığı üçün məhkəmə qanunvericiliyin “istehlakçıların elektrik sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin elektrik paylayıcısının üzərinə düşməsi” tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilərək, xx.xx.2018-ci il tarixində yazılmış 74,06 manat, xx.xx.2008-ci il tarixində yazılmış 53,70 manat və xx.xx.2013-cü il tarixində yazılmış 86,76 manat borc məbləğləri silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə uyğun olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəlləinin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı xx.xx.2018-ci il tarixində yazılmış 74,06 manat, xx.xx.2008-ci il tarixində yazılmış 53,70 manat və xx.xx.2013-cü il tarixində yazılmış 86,76 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakışəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-748/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-748/2023
16.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver