Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-7491/2025 29.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 4 saylı Bakı “ASAN Xidmət” X2rşı “şəxsin ölmüş elan edilməsi” tələbinə dair ərizə üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs 4 saylı Bakı “ASAN Xidmət” X7rşı “şəxsin ölmüş elan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1980-ci il təvəllüdlü X4 xx.xx.2014-cü il tarixdə İrqa Respublikasında hərbi əməliyyatlar nəticəsində naməlum şəraitdə ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, oğlu X12 xx.xx.1980-ci ildə doğulmuşdur, oğlu X12 ilə X11 ilə faktiki nikahından xx.xx.2013-cü təvəllüdlü X15 doğulmuşdur. X12 faktiki nikahda olduğu X11 ilə birlikdə İraq Respublikasına getmişdir. İraq İslam Respublikasında baş verən hərbi əməliyyatlarda xx.xx.2014-cü il tarixində vəfat etmişdir. Faktiki nikah münasibətlərində olduğu yoldaşı X11 isə İraq Respublikasını Bağdad şəhərindəki həbsxanaya yerləşdirilmişdir. X4 övladı xx.xx.2013-cü təvəllüdlü X15 Azərbaycan Respublikasını təşəbbüsü ilə vətənə - Azərbaycan Respublikasına gətirilmişdir. Uşaq Azərbaycan Respublikasına gətirildikdən sonra Azərbaycan Respublikası Beyləqan rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 25 nömrəli sərəncamına əsasən, X3 bacısı X16 bacısı oğlu olan xx.xx.2013-cü cü təvəllüdlü X15 üzərində qəyyum təyin edilmişdir. X3 bacısı X17 bacısı oğlu olan xx.xx.2013-cü il təvəllüdlü X15 üzərində qəyyum təyin edilməsi üçün əsas olaraq X4 İraq Respublikasında vəfat etməsi, X3 isə İraq Respublikasını Bağdad şəhərindəki həbsxanada olması əsas götürülmüşdür. X1 ölüm şəhadətnaməsini almaq üçün 4 saylı Bakı “ASAN xidmət’ X10 müraciət etmişdir. 4 saylı Bakı "ASAN xidmət” X14 xx.xx.2025-ci il tarixli cavab məktubu ilə bildirmişdir ki, şəxsin ölümünü təsdiq edən sənəd olmadığından, qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün deyil. Əlavə olaraq bildirilmişdir ki, ölüm faktının müəyyən edilməsi üçün rayon məhkəməsinə müraciət edilməyim məqsədə müvafiqdir. Məhz bu səbəbdən oğlu - X4 xx.xx.2014-cü il tarixində İraq Respublikasında vəfat etməsi faktının müəyyən edilməsi zəriridir. X4 xx.xx.2014-cü il tarixində vəfat etməsi faktı X4 qızı xx.xx.2013-cü il təvəliüdiü X5 ailə başçısını itiriməsi səbəbindən sosial təminat hüququnun yaranması və ona müavinətin təyin edilməsi ilə bağlı lazımdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olamdan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin “şəxsin ölmüş elan edilməsi” olduğuna münasibət bildirərək qeyd edir ki, Ərizəçi maraqlı şəxs 4 saylı Bakı “ASAN Xidmət” X7rşı “şəxsin ölmüş elan edilməsi” tələbinə dair mülki işin icraataına xitam verilməlidir. Belə ki, iş materiallarında olan 4 saylı Bakı Asan Xİdmət X6 xx.xx.2025-ci il tarixli, 3- 16-5/8-15-231/2025 nömrəli imtina məktubundan görünür ki, ölüm təsdiq edən sənəd olmadığından qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün olmamışdır. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edə biləcəyi izah edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsininxx.xx.2025-ci il tarixli, 3-16-5/7-10- 429/2025 nömrəli imtina məktubundan görünür ki, ölüm haqqınd tibbi şəhadətnamə olmadığından oğlu X4 qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün olmamışdır. Beyləqan Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 25 nömrəli Sərəncamından Çıxarışdan görünür ki, X16 bacısıoğlu 12 avqust 2013-cü il tarixdə anadan olmuş X8 üzərində qəyyum təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı) baxılmalı olmasını ehtiva edir. Göründüyü kimi hazırki ərizə xüsusi icraatı qaydasında verilsə də, iddia tələbi qaydasında verilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə xüsusi icraat qaydasında baxılmalı olmadığından ərizənin icraatına xitam verilmədir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 191, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi maraqlı şəxs 4 saylı Bakı “ASAN Xidmət” X7rşı “şəxsin ölmüş elan edilməsi” tələbinə dair mülki işin icraatına xitam verilsin. xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzə əsasən Ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu büdcədən Ərizəçi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-7491/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-7491/2025
29.01.2026 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver