Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7492/2023 28.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri 17 saylı Dövlət Notariat Kontoru olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxraq, məhkəmə MÜƏYYƏN ETDİ : Ərizəçi maraqlı şəxs Bakı şəhəri 17 saylı Dövlət Notariat Kontoru qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1974-cü il taraixdə vəfat etmiş X1 onun nənəsi olmasına dair onunla qohumluq münasibətlərində olması faktının müəyyən edilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, keçmiş Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Trestinin xx.xx.1968-ci il tarixli, 3897 saylı müqaviləsi ilə Maştağa qəsəbəsində yerləşən 0,16 ha torpaq sahəsindən ibarət olan 306 saylı bağ sahəsi, orada yerləşən 78,20 kvm 4 otaqlı ev onun nənəsi X1 icarəsinə verilmişdir. Bağ sahəsi daş hasara alınmış və orada bir mərtəbəli ev tikilmişdir. O, ailəsi ilə birlikdə bu günə qədər həmin bağ sahəsində yerləşən evdə yaşayır. Həmin bağ sahəsinə yeni ünvan verilmişdir. Maştağa qəsəbəsi, Mirzə Əbdülkərim küçəsi, ev 168. Nənəsi X3 xx.xx.1974-cü il tarixdə vəfat etmişdir. Atası Nənəsinin vəfatından sonra həmin bağ sahəsinə və orada yerləşən evə o sahiblik edir. Həmin bağ sahəsinin və orada yerləşən evin vərəsəlik qaydasında onun adına sənədləşdirilməsi ilə bağlı Bakı şəhəri 17 saylı notariat ofisinə ərizə ilə müraciət etmişdir. Lakin oradan ona imtina edilrək bildirilmişdir ki, onun atası X4 doğum haqqında şəhadətnaməsi yoxdur. Atası xx.xx.1981-ci ildə vəfat etmişdir. X8 xx.xx.1989-cu ildə vəfat etmişdir. Onun atasının doğum haqqında şəhadətnaməsinin alınması üçün Milli Arxiv İdarəsinə müraciət etmişdir. Lakin oradan ona məktubla yazıb bildirmişlər ki, Maştağa kəndində 1886-cı ilə dair kameral siyahıda X6 vəfatı haqqında heç bir məlumat aşkar edilməmişdir. Bakı şəhəri 17 saylı notariat ofisindən onunla onun qohumluq münasibətlərində olmasını təsdiq edən sənədlər olmadığından ona məhkəməyə müraciət etməyi məsləhət bilmişlər. Bildirir ki, X2 onun doğma nənəsidir. Lakin o, bunu təsdiq edən sənədi, yəni atasının doğum haqqında şəhadətnaməsini lazımı qaydada ala bilmir, həmin sənədi tapa bilmir. Ona görə də o belə olan vəziyyətdə məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməyi qərara almışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Vəkil məhkəmədə ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri 17 saylı Dövlət Notariat Kontoru məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri 17 saylı Dövlət Notariat Kontorunun 09 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, vərəsəlik işi üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən atası X7 doğum haqqında şəhadətnaməsi olmadığından imtina edilmişdir. Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, 1910-1915-ci illərə dair doğum aktlarının qeydiyyat kitablarında X5 doğum tarixinə dair heç bir məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin Bakı quberniyassı vergi idarəsi fondlarının sənədləri üzrə Maştağa kəndinin 1886-cı ilə dair kameral siyahısında ƏbdülHəsən Əliəkbər oğlunun doğum tarixinə dair heç bir məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, 1936-cı illərə dair ölüm haqqında qeydiyyat kitablarında Ələkbərov Əbdül-Həsən Əliəkbər oğlunun vəfatı haqqında heç bir məlumat aşkar edilməmişdir. Sabunçu rayonu Maştağa qəsəbəsi icra nümayəndəliyi tərəfindən verilmiş AZ-T 241499 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1958-ci il tarixdə doğulmuş, atası X10, anası isə X11r. İİİ ЖГ 305485 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1985-cil il tarixdə ölmüşdür. İ-ЖГ 297221 тхькэдш Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Ələлиərova X20 xx.xx.1976-с; il il tarixdə ölmüşdür. Bağ və binaların uzunmüddətli icraəyə verilməsi haqqında 3897 nömrəli müqavilənin surətindən görünür ki, 0,16 ha torpaq sahəsindən ibarət olan 306 saylı bağ sahəsi, orada yerləşən 78,20 kvm. 4 otaqlı ev X1 icarəsinə verilmidir. İcariyə götürən X1 ailə üzvüləri Ələkbərov Əlimirzə, Zəhra, Xuraman və Bahadurdur. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş X21 ifadəsində bildirmişdir ki, ərizəçi onun qonşusudur. Ərizəçi Əliseyfəlin atası Əlimirzə kişi, anası isə Zəhra olmuşdur. Nənəsi isə Xanımbacı olmuşdur. Xanımbacının Sara, Tükəzban adlı qızları olmuşdur. Ərizəçinin atasının isə Gülşən, Xuraman, Bahadır adlı uşaqları olmuşdur. Bahadır vəfat etmişdir. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş X16 ifadəsində bildirmişdir ki, ərizəçi onun qonşusudur. Ərizəçinin atası Əlimirzə kişi olmuşdur. Əlmirzənin anası isə Xanımbacıdır. Xanımbacıda Əliseyfəlin atası ilə birlikdə yaşamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən məhkəmə, şəxslərin qohumluq münasibətlərinin olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, Ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ali Məhkəmənin 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 2-cı bəndinə əsasən məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Həmin qərarın 2.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Həmin qərarın 2.3-cü maddəsinə əsasən Qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Məhkəmə araşdırması zamanı, o cümlədən mülki işin materiallarına əlavə Bağ və binaların uzunmüddətli icraəyə verilməsi haqqında 3897 nömrəli müqavilənin surətindən görünür ki, Xanımbacının ailə üzvüləri kimi ərizəçinin atası Əlimirzə kişi və anası Zəhra olmasıda qeyd edilmişdir. Belə ola halda məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməli, xx.xx.1974-cü il taraixdə vəfat etmiş X1 Ərizəçi nənəsi (atasının anası) olması faktının müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin olmaqlalıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1974-cü il taraixdə vəfat etmiş X1 Ərizəçi nənəsi (atasının anası) olması faktının müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-7492/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7492/2023
28.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver