Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-750/2021 08.05.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızıın sədrliyi ilə, Məhkəmə iclas katibi X5 iştirakı ilə İddiaçının vəkilli və nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 39 saylı mənzilə azyaşlı qızı X10 ilə birlikdə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 5 yaşayış otağından ibarət olan adıçəkilən mənzil 69 №-li MKİS-in balansındadır. İddiaçı əvvəllər həmin evdə yaşamışdır. Evin icarəçisi nənəsi X3 ölənə qədər iddiaçı, atası, anası, əmisi, əmsinin uşaqları həmin evdə yaşamışlar. Hazırda qızı ilə kirayədə yaşayır, adıçəkilən mənzilə köçürülməsini istəyir. Cavabdeh iddia ərizəsinə etiraz vermişdir. Etirazda qeyd edilmişdir ki, Yeganə əvvəllər də belə bir iddia ilə Sabunçu rayon Məhkəməsinə müraciət etmiş, cavabdehlər qismində atasını, anasını, qardaşını, bacısını, hazırki cavabdehi və onun qızını qeyd etmişdir. Həmin iddia ərizəsində qeyd etmişdir ki, Sabunçu rayon İcra Hakimiyyətinin sərəncamı ilə yaşayış sahəsi 36 kv m olan 46 saylı mənzili yaşayış sahəsi 72,5 kv m olan 39 saylı mənzilə birlişdirilmiş, həmin mənzillər bir birindən bir neçə metr məsafədə yerləşir, 72,5 kv m olan mənzildə olan Cavabdeh və qızı yaşayırlar, 36 kv m-də isə o, qızı, atası, anası, qardaşı, bacısı ilə yaşayır. 6 nəfərin 36 kv m-də, 2 nəfərin 72,5 kv m-də yaşamaqlarını ədalətsiz hesab etdiynidən, cavabdehin yaşadığı 72,5 kv m-yə köçürülməsini xahiş etmişdir. Beləliklə, Yeganə ailəsi ilə birlikdə 36 kv m hissədə yaşamağını etiraf etmişdir. Yeganənin onların yaşadıqları sahəyə köçürülməsi mümkün deyil. Məhkəmə iclasında iddiaçının vəkilli və nümayəndəsi X7 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X11 etirazın məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı cavabdehin qardaşı qızıdır. X17 (iddiaçının babası, cavabdehin atası) barəsində Bakı şəhəri, Lenin rayon XDS İK-nın 29.05.1990-cı il tarixli Sərəncam verilmişdir. Həmin Sərəncamdan görünür ki, Əhmədov İbad 11 nəfər ailə üzvləri ilə 72,5 kv m sahəsi olan Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsi, ev 3, mənzil 39-də qeydiyyatda olmuş və daimi yaşamışdır. Həmin evdə sahəsi 36 kv m olan 46 №-li mənzil boşaldığından, həmin mənzil Əhmədov İbadın yaşadığı mənzilə birləşdirilmiş və o, 11 nəfər ailə üzvü ilə 108,5 kv m sahəsi olan mənzilin icarəçisi hesab edilmişdir. X12 ölümündən sonra, Sabunçu rayon İcra Hakmiyyəti Başçısının 03.12.1998-ci il tarixli Sərəncamı ilə Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsi, 5 otaqdan ibarət sahəsi 108,5 kv m olan 39 saylı mənzilin icarərəçisi 10 nəfər ailə üzvü ilə (özü, iki oğlu,iki gəlini, 5 nəvəsi) onun arvadı X2 (iddiaçının nənəsi, cavabdehin anası) hesab edilmiş və onunla icarə müqaviləsi bağlanmışdır. Beləliklə, mənzillər birləşdiriləndən sonra mənzilin nömrəsi 39 olmuşdur. 69 №-li MKİS Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsi, 3 saylı evdə yerləşən 39 saylı və ona birlişdirilmiş 46 saylı mənzillərin plan-eskizi tərtib edilmişdir. Həmin planeskizdən görünür ki, yaşayış sahəsi 72,5 kv metr olan mənzil ilə yaşayış sahəsi 36 kv m olan mənzillərin arasında 5 ailədən ibarət qonşular yaşayır və bütün mənzillərin önündə ümumi açıq eyvan var. Cavabdeh tərəfindən mənzillərin və eyvanın fotoşəkli də məhkəməyə təqdim edilmişdir. 69 №-li MKİS tərəfindən Sabunçu rayon Məhkəməsinə 01.12.2014-cü il tarixdə arasıyş təqdim edilmiş, həmin arayışda 72,5 kv m sahəli mənzildə Cavabdeh (cavabdehin) ailəsi ilə birlikdə, 36 kv m sahəli mənzildə isə X8 (iddaçının atası) arvadı və 3 uşağı ilə birlikdə yaşamaqları qeyd edilmişdir. X8 (iddiaçının atası) adına həmin MKİS tərəfindən 23.04.2019-cu il tarixdə arayış verilmiş, həmin aryışdan görünür ki, 108,5 kv m-dən ibarət olan ünvan 1 ünvanında yerləşən 39 saylı mənzilin kirayəçisi X1r, iddiaçı qızı ilə və cavabdeh digər ailə üzvləri ilə birlikdə həmin evdə qeydiyyatdadılar. Hazırda iddiaçı faktiki cavabdehin yaşadığı 72,5 kv m sahəyə köçürülməsini istəyir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən iddianın əsassız və qanunsuz olduğu qənaətinə gəlmişdir. Beləlklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh eyni ünvanda qeydiyyatda olsalar da, onların yaşadıqları faktiki sahələr ayrı olmuş, onların sahələri arasında 5 ailədən ibarət qonşular yaşayır və iddiaçı qeydiyyatını əsas götürərək əmisinin yaşadığı sahəyə köçürlməsini istəyir. Bu halları iddiaçı eyni zamanda Sabunçu rayon Məhkəməsinə 16.06.2020-ci il tarixdə verdiyi iddia ərizəsində də qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır, 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətdə tərk edirsə, o, yaşıyış yerini itirmir. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı mübahisəli evdə digər mənzildə yaşamışdır, köçürülməsini istədiyi mənzilə hüququnun çatmasını sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən 39 saylı mənzilə azyaşlı qızı X10 ilə birlikdə köçürülməyi barədə iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi vaxtdan 1(bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-750/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-750/2021
08.05.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver