Məhkəmə qərarları › İş №2(008)-7500/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7500/2025

26.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7500/2025 26.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X8 Seyfəddin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1990-cı təvəllüdlü X1 xx.xx.1993-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində doğulmuş X5 ərizəçinin qızıdır. Qızı bağırsaq xəstəliyindən əziyyət çəkirdi. Xəstəliyi ilə əlaqədar olaraq müalicələr alırdı. xx.xx.1993-cü il tarixdə qızının halı qəfil pisləşdi. Dərhal “Təcili Yardıma zəng vursalar da, lakin həkim gələnə kimi X5 vəfat etdi. Qızı vəfat edərkən ərizəçi və qaynı - X11 və qaynının həyat yoldaşı - X7 onun yanında idi. Qızı - X3 Bülbülə qəsəbə qəbirstanlığında dəfn etdilər. Mərhum əri - X4 Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Eldəniz Zeynalov küçəsidə yerləşən ev və “Mersedes Benz C180 minik markalı, 90-OS- 144 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi miras qalmışdır. Notariat ofisində vərəsəlik işinin başlanılması üçün ərizəçidən mərhum qızı - X2 ölüm haqqında şəhadətnaməsi tələb olunur. Bu səbəbdən də ərizəçi mərhum qızı- X2 ölüm haqqında şəhadətnaməsini almaq üçün Sabunçu rayon “12 nömrəli Şəhər Poliklinikasına” və “Sabunçu Rayon Qeydiyyat” şöbəsinə müraciət etdi. “12 Saylı Şəhər Poliklinikası” ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən “Sabunçu Rayon Qeydiyyat” şöbəsi isə ölüm haqqında şəhadətnamə”nin verilməsindən imtina etdi. Qızının ölüm haqqında şəhadətnaməsini başqa yolla əldə etməyinin mümkünsüzlüyünü nəzərə alaraq, hesab edir ki, məhkəmə qətnaməsi ilə qızı - X2 ölüm faktı müəyyən olunmalıdır. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəni müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün olmamışdır. Ərizəçiyə ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. -12 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş arayışdan görünür ki, X1 12 nömrəli şəhər poliklinikasına hər hansı müraciəti olmadığından ölüm haqqında şəhdətnamə vermək mümkün olmur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X6 ərizəçinin qızı olub. O, xx.xx.1993-cü ildə yaşadığı Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin faktın müəyyən olunması ərizəçiyə sosial hüquqlarının həyata keçirilməsi ilə bağlı olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi möcvud tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1990-cı təvəllüdlü X1 xx.xx.1993-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar