Məhkəmə qərarları › İş №2(008)-7511/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7511/2024

24.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7511/2024 24.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə (dəqiqləşdirilmiş) məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən evin **********210030 hesab kodundan onun adina hesablanmış 312,30 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Kəlbəcər şəhərindən olan məcburi köçkün kimi uzun illərdir ki, Bakı şəhərində məskunlaşmışlar. 2000-ci ilin əvvəllərində valideynləri onun üçün Bakı şəhəri, Sabunçu rayonu, Ramana kəndi, Haqverdiyev küçəsinndə yerləşən 198 saylı orta məktəbin yaxınlığında fərdi yaşayış evi almışlar. Həmin evin kommunal xidmətləri, o cümlədən təbii qazdan istifadə barədə müqavilə iddiaçının (X1) adına olmuşdur. Qızlıq soyadı Müseyibova olmuş, ailə qurduqdan sonra isə soyadı Ömərova olmuşdur. 20 ildən artıq müddətdir ki, həyat yoldaşı və oğlu ildə birikdə həmin evdə yaşayırlar. Lakin uşaqlıqdan eşitmə və danışığı qüsurlu olan oğlu xx.xx.2004-cü il təvəllüdlü Mahirin xəstəliyi ilə əlaqədar olaraq həmin evdə fasilələrlə yaşamış, çox vaxt onun təhsil adığı Şüvəlan qəsəbəsində kirayələrdə yaşamışlar. Cavabdeh tərəfindən təbii qazdan istifadə olunması üçün onunla bağlanılmış müqaviləyə əsasən istifadə etdikləri qaz sərfıyyatını hesablamaq üçün küçədə mexaniki qaz sayğacı quraşdırılmışdır. Bir müddət məcburi köçkün kimi kommunal xidmətlərdən azad olunmuşlar. Həmin güzəştlər ləğv olunduqdan sonra istifadə etdikləri təbii qazın pulunu həmişə vaxtlı-vaxtında ödəmişlər. Lakin 2020-ci ildə evlərinə qayıtdıqda məlum oldu ki, küçədə quraşdırılmış qaz sayğacımız yerində yoxdur. Bu barədə cavabdehə də məlumat vermişdir. Yeni qaz sayğacının quraşdırılması barədə cavabdehə müraciətlər etsə də, tədbir görməmişlər. Lakin belə təklif etmişlər ki, ödəniş etdikdən sonra yeni sayğac quraşdırmaq olar. O, da məcbur olub ödəniş etdi və bir müddət sonra onun adına “SmartKart’la ödəniş edilən sayğac quraşdırıldı. Həmin sayğac cəmi 2-3 gün onda qaldı. Sonra gəlib həmin sayğacı mexaniki sayğacla əvəz etdilər. Cavabdeh tərəfindən bir neçə əməkdaş xx.xx.2020-ci il tarixdə yaşadığı ünvanda olan və küçədə quraşdırılan qaz sayğacına baxmaq üçün gəlmişlər. Onlar tərəfindən bu barədə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2020-ci il tarixli, ******* saylı Akt tərtib edilmişdir. Həmin Aktda sayğacın dəyişdirilməsi səbəbi belə qeyd olunur: ”koda bərpa”. Həmin vaxtdan sonra məlum olmuşdur ki, cavabdeh tərəfindən əsassız olaraq ona 312 manat 30 qəpik borc yazılmışdır. Borcun yaranma səbəbini guya məcburi köçkün kimi ayrılmış limitdən artıq qaz işlətməyi qeyd olunmuşdur. Lakin bu barədə ona heç vaxt bildiriş verilməmişdir. Yalnız qaz sayğacı dəyişdirilərkən (2020-ci ilin oktyabr ayında) bu barədə məlumatı olmuşdur. Belə ki, əvəllər də, yəni xx.xx.2012-ci il tarixdə də TT-16 saylı aktla sayğacları dəyişdirilmiş və mexaniki sayğac qoyulmuşdur. Həmin vaxtlarda da borcunun olması barədə mənə heç bir məlumat verilməmişdir. Ailə üzvlərinəndən heç kim həmin sayğaca müdaxilə etməmiş, sayğac işləyən sayğac olmuşdur. Hər ay orta hesabla 25-30 manat məbləğində qazdan istifadə etmiş və vaxtı-vaxtında da pulunu ödəmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddianı qəbul etməyərək rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı X4 xx.xx.2003-cü il tarixdə Ömərov Müşviq pəhlivan oğlu ilə nikhanı bağlayandan sonra «Ömərova» soyadını qəbu etmişdir (AZ-İ seriyaoı 063184 №-li nikah haqqında şəhadətnamə). İddiaçı X4 ünvan 1 ünvanı üzrə **********00000 nömrə ilə abonent kimi Cavabdehndə qeydiyyat alınmışdır. İddiaçıya məxsus saldodan görünür ki, onun 2012-ci il tarixə 312,30 manat sərfin məbləğinə görə ödənilməmiş borcu olmuşdur. İddiaçı tərəfindən cavabdeh orqana xx.xx.2020-ci il tarixdə müraciət edilərək qaz sayğacının oğurlandığı barədə məlumat verilmiş, yeni sayğacla təmin olunması xahiş edilmişdir. Bakı Regional Qazın Satışı Departamentinin rəis müavini Mehralı Quluyev tərəfindən iddiaçıya aşağıdakı məzmunda xx.xx.2020-ci il tarixdə məktub ünvanlanmışdır. İstifadənizdə olmuş mexaniki qaz sayğacı vasitəsi ilə məcburi köçkünlər üçün ayrılmış limitdən artıq mənzilinizdə sərf olunmuş təbii qazın dəyəri ödənilmədiyi üçün hesab kodunuzda 312.30 manat borc yaranmışdır və tərəfinizdən hər ödəniş aparıldıqda həmin məbləğin müəyyən faizi hesabınızda yaranmış borcun ödənilməsi üçün 2012-ci ilin iyun ayında smart payment kartınıza yönləndirilmişdir. Göstərilənləri nəzərə alaraq, Respublika ərazisində qüvvədə olan normativ sənədlərin tələblərinə əsasən təbii qaz istehlakçısı olan abonent istifadəsində olan qaz avadanlıqlarının və qaz qurğularının təhlükəsiz istismar edilməsinə və onların işlək vəziyyətdə saxlanılmasına cavabdehdirlər. Qeyd olunan ünvanda naməlum səbəbdən aşkar olunmayan qaz sayğacının dəyəri abonent tərəfindən ödənildikdən və ya müvafiq orqanın sayğacın axtarılması barədə sənədi təqdim edildikdən sonra yeni sayğac quraşdırıla bilər. Odur ki, xx.xx.2020-ci il tarixinə hesabınızda mövcud olan 312,30 manat borc və sayğacın dəyəri tərəfinizdən ödənilməlidir. Hazırda iddiaçı cavabdeh tərəfindən hesablanmış 312,30 manat məbləğin silinməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsaslı olduğu qənaətinə gəlmişdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 №-li xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın: 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 5.1. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 5.3. İstifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir. 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafında yer almış: 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir; 551.2-ci maddəsinin mənasına görə kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Göründüyü kimi, iddiaçıdan 8 il keçdikdən sonra ödənilməsi tələb edilən 312,30 manat vaxtaşırı ödənişlərə aiddir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olununmasına dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. https://eqanun.az/framework/53598 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçı iddia müddətinin tədbiqi barədə məhkəməyə ərizə təqdim etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 312,30 manat məbləğ iddiaçının abonent kodundan silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununa səasən istehlakçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir, 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edlidiyi dövlət rüsumu, iddia tələblərini təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu Cavabdehndan dövlət mədaxilinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbayjan Respublikasının Mülki Prosessual Məjəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən evin **********210030 hesab kodundan İddiaçı adina hesablanmış 312,30 manat borc silinsin. 30 manat dövlət rüsumu Cavabdehndan dövlət mədaxilinə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar