Məhkəmə qərarları › İş №2(008)-7512/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7512/2025

10.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7512/2025 10.03.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X6 Seyfəddin oğlunun sədrliyi, Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında (videogörüntülü çəkilişlər qeydə alınmaqla) baxaraq, məhkəmə müəyyən etdi. İşin halları:

1. Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 1885-ci ildə Bakı şəhərində anadan olmuş X2 xx.xx.1988-ci il tarixində yaşadığı Bakı şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, qaynatası X3 xx.xx.1988-ci ildə daimi yaşadığı ünvan 1 ünvanda vəfat etmiş, Sabunçu rayonu Maştağa qəsəbəsindəki Pirşehid qəbirstanlığında dəfn edilmişdir. (Qəbir üstünün şəkillərini təqdim edir) Bildirir ki, indiyədək ölüm haqqında şəhadətnamə almamışdır. Ölüm şəhadətnaməsinin olmaması səbəbindən əmlak, mülkiyyət və.s hüquqlarımı həyata keçirə bilmir, yaşadığı evə qeydiyyat sənədlərinin alınmasında problemlərlə üzləşir. Maraqlı şəxsnə müraciət edərək, ölüm haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Lakin şöbə ölüm haqqında şəhadətnamənin verilməsinin qeydiyyat orqanında mümkün olmadığını bildirmişdir.

3. Ərizəçi ərizənin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, səhvən onun doğum tarixinin 1885-ci il kimi qeyd edildiyini bildirərək, onun doğum tarixinin xx.xx.1925-ci il kimi qeyd edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatları:

4. Ərizəçi və maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, ərizəçi ərizə ilə müraciət edərək, işin onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.

5. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materialları

6. Bakı şəhəri Maraqlı şəxs tərəfindən xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-229-2025 saylı arayışdan görünür ki, X2 ölümü haqqında akt qeydi aşkar edilməmişdir.

7. -Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15- 931/2025 saylı məktubdan görünür ki, X2 ölümü ilə bağlı müvafiq sənəd təqdim olunmadığından ölümün qeydə alınmasından imtina edilmiş və şəxsin məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.

8. -Maştağa “X8” Məscidi tərəfindən tərtib edilmiş 010 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X1 qəbristanlığında dəfn edilmişdir

9. Qəbirüstü fotoşəklin surətindən görünür ki, X3 xx.xx.1925-cı il tarixdə doğulmuş və xx.xx.1988-ci il tarixdə vəfat etmişdir.

10. AR TƏBİB “X7” PHŞ-nin Maştağa Xəstəxanasının xx.xx.2025-ci il tarixli, 129 nömrəli məktubundan görünür ki, ölüm haqqında tibbi şəhadətnamənin müəssisədə saxlama müddəti 5 il olduğundan 37 il öncə vəfat edən X2 ölüm haqqında şəhadətnaməsinin alınması haqqında məlumat verilməsi mümkün deyildir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

11. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

12. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır.

13. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı:

14. 9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.

15. 9.2. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır.

16. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir.

17. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə baxışının hədləri:

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

19. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi:

23. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir.

24. Məhkəmə ilk öncə qeyd edir ki, ölüm faktının müəyyən edilməsinə dair ərizə yanlız o halda verilə bilər ki, ölüm haqqında tibbi şəhadətnamə olmasın və iş materiallarına onun alına bilməməsinin səbəbləri barədə sübutlar əlavə edilsin.

25. Belə ki, iş materiallarından görünür ki, ərizəçi tibbi şəhadətnamə ala bilməmiş və ala bilməməsi barədə sübutları məhkəməyə təqdim etmişdir. Odur ki, məhkəmə hesab edir ki, ərizəçinin bu barədə məhkəmə müraciət etməyə subyektiv hüququ mövcud olmuşdur.

26. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, həqiqətən də, X3 xx.xx.1988-ci il tarixində ünvan 3 ünvanında vəfat etmişdir. Məhkəmə bu qənaətə gələrkən iş materiallarında olan sübutlara əsaslanmışdır.

27. Odur ki, məhkəmə bu qənaətə gəlir ki, X3 xx.xx.1988-ci il tarixində ünvan 3 ünvanında ölməsi faktı müəyyən edilməlidir. Nəticə hissəsi:

28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. xx.xx.1925-ci il təvəllüdlü X2 xx.xx.1988-ci il tarixində ünvan 3 ünvanda ölməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar