Məhkəmə qərarları › İş №2(008)-7524/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7524/2025

13.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7524/2025 13.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Nuranə Rafiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 13 sentyabr 2023-cü ildə anadan olmuş X3 üç yaşına çatana kimi anaya 100 (yüz) manat alimentin ona verilməsi, 13 sentyabr 2023-cü ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün har ay minimum əmək haqqının 0.875 misli miqdarında sabit pul məbləğində alimentin Cavabdeh tutulub ona verilməsi barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2022-ci ildə Füzuli rayonu, Horadiz qəsəbəsində qeydiyyatda olan Cavabdeh ilə rəsmi nikaha daxil olmadan evlənərək ailə həyatı qurmuşdur. Faktiki evliliyindən 13 sentyabr 2023-cü ildə X4 adında övladı anadan olmuşdur. Bundan sonra Cavabdeh ailəsinə baxmayaraq o körpə qızıyla yaşadığı ünvan 1 ünvanında yerləşən bir otaqlı və şəraiti pis vəziyyətdə olan ümumi yataqxanada tək qoyaraq getmişdir. O, çox çətinliklə həmin vaxtan hal-hazıradək uşağına tək baxaraq böyüdür. Heç yerdə işləmir, indi isə maddi çətinlik çəkir. O, faktiki olaraq iki ilə yaxındır ki, Cavabdeh ayrılmışdır. Qeyd edir ki, Cavabdeh hal-hazırda Bakı şəhəri, Müzəffər Nərimanov küçəsində yerləşən özünə məxsus "Dostluq" adında restoranı mövcuddur (VÖEN **********). Maddi qazancı yüksəkdir. Cavabdeh qarşı uşağın ananın himayəsində saxlanması, aliment və uşağın üç yaşına çatana kimi anaya aliment tələbi ilə bağlı, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Övladı Zəhranın artıq 3 (üç) yaşına keçir. Onun təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatını ödəmək tək qadın olaraq ona çox çətindir. Övladı Zəhra böyüdükcə ehtiyacları və tələbatları da artır. Cavabdeh işləyir və yetərincə gəliri olur. Odur ki, övladı Zəhranın yetkinli yaşına çatana kimi saxlanması üçün, cavabdehdən hər ay ən azı 350 (üç yüz əlli) manat aliment və uşağının üç yaşına çatana kimi anaya 100 (yüz) manat aliment tələb edir. Halbuki, bu məbləğlə uşaq saxlamaq yenə də çətindir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin o məhkəməyə gəlməmiş, gəlməməsinin üzrlü səbələri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV 964799 nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhərində doğulmuş X3 anası İddiaçı, atası Cavabdehdur. 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 458215 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, X3 anası İddiaçı, atası Cavabdehdur. Bakı şəhəri 11 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı mediasiya sessiyasında iştirak etmiş, amma Cavabdeh iştirak etməmiş, iddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəmsinin 16(008)-506/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərardadı ilə 2(008)-7524/2025 nömrəli iş üzrə məhkəmə qətnaməsi çıxarılanadək Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq uşağı xx.xx.2023-cü il tarixdə doğulmuş X1 üçün hər ay bir uşaq üçün 2025-ci il üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.61 misli həddində sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qərara alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən nikahın pozulması və uşağın atanın yanında saxlanması haqqında qətnamə qəbul edilərkən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2025-cü il üçün minimum əmək haqqı 400 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarına əsasən “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, 2024-cü iı üzrə minimum əmək haqqı məbləğinin 0,68 mislində sonrakı artırəımalae nəzərə alınmaqla (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün Bdən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Məhkəmə tərəflərin maddi və ailə vəziyyətlərini, uşağın mənafeyini, eləcə də cavabdehi həddən artıq maddi çətinliyə salmaması və alimentin ödənilməsinin real olması məqsədilə yuxarıda qeyd olunan dəyərlənməni nəzərə alaraq hesab edir ki, iddia tələbi aliment hissəsində qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh birgə nikahından olan xx.xx.2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hazırki məhkəmə qətnaməsinin çıxarıldığı vaxtdan, yəni xx.xx.2026-cı il tarixdən etibarən hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.61 misli miqdarında sabit pul məbləğində aliment sonrakı artımlar nəzərə alınmaqla Cavabdeh tutulmalı, hazırki qətnamənin qəbul edildiyi xx.xx.2026-ci il tarixdən etibarən məhkəmə tərəfindən uşaqların saxlanmasına görə Cavabdeh müvəqqəti alimentin tutulmasına dair qəbul edilmiş 16(008)-506/2025 nömrəli, xx.xx.2025-ci il tarixli müvəqqəti təminat tədbirinə dair qərardad ləğv edilməlidir. X2 3 yaşı tamam olana qədər hər ay 50 manat sabit pul məbləğində saxlama xərci Cavabdeh iddiaçı X3 xeyrinə tutulmalıdır. Qətnamə iddiaçıdan cavabdehin xeyrinə bir uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.61 misli miqdarında sabit pul məbləğində alimentin tutulmasına dair hissədə dərhal icra edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən alimentin alınması haqqında qətnamələr dərhal icra olunur. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianının təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bir illik alimentin məbləği 2,952 manat təşkil edir (246 man x 12 ay = 2,952 man). Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.1.2.-ci maddəsinə əsasən iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dərəcəsində dövlət rüsumunun tutulması nəzərdə tutulmuşdur. Beləliklə, 2,952 manata görə 49.52 manat dövlət rüsumunun tutulması nəzərdə tutulub. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə və iddia təmin olunduğuna görə məhkəmə hesab edir ki, 49.52 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hazırki qətnamənin qəbul edildiyi xx.xx.2026-cı il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.61 misli miqdarında sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Hazırki qətnamənin qəbul edildiyi tarixdən etibarən Cavabdeh müvəqqəti alimentin tutulmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16(008)-506/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. xx.xx.2023-cü il təvəllüdlü X3 3 yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 50 manat sabit pul məbləğində saxlama xərci tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. 49.52 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, təqdim edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fuad Babaşov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar