Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-757/2021 19.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızıın sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçı iştiraklraı ilə, İddiaçı cavabdehlər X3 və Cavabdeh2 İlqar qızına qarşı yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında, məhkəmənin inzibati binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər X3 və Cavabdeh2 İlqar qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Aydınlıq küçəsi, ev 17 ünvanına istifadə hüquqlarının itirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Aydınlıq küçəsi, 17 ünvanında yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Uzun müddətdir ki, qeyd olunan evdə yaşayır, ona məxsus, sahiblik və istifadə hüquqlarından istifadə edir, faktiki mülkiyyətindədir. Kommunal müqaviləlrin olması dövlətin həmin evin mövcud olmasını və ona məxsusluğunu qəbul etdiyini təsdiq edir. Cavabdehlər göstərilən evdə qeydiyyatda olsalar da orada yaşamırlar. Hazırda onun hüquqları pozulur. Cavabdehlərin qeydiyyatları formal xarakter daşıyır və onların istifadə hüquqlarına xitam verilməlidir. Cavabdehlərin hazırda hansı ünvanda yaşamaları barədə məlumatı yoxdur. Halbu ki, qanunun tələblərinə əsasən həmin şəxslərin yaşadıqları yer üzrə qeydiyyata düşməlidirlər. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərin istifadə hüquqlarına xitam verilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə iddia ərizəsində qeyd olunan ünvana bildirişlər göndərilmiş, həmin bildirişlər «bu ünvanda yaşamır» qeydi ilə məhkəməyə qaytarılmışdır. İddiaçı məhkəməyə ərizə verərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 238.1-ci maddəsini rəhbər tutaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iddiaçı İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Aydınlıq küçəsi, ev 17 (sonradanmübahisəli ev) İddiaçı oğlunun xüsusi mülkiyyətindədir (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surəti). Cavabdehlər X3 və Cavabdeh2 İlqar qızı mübahisəli evdə qeydiyyatdadırlar (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi 5 saylı ASAN Xidmət mərkəzi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li xx.xx.2019-cu il tarixli arayış). Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı mübahisəli evi qanuni yollə əldə etmiş, lakin cavabdehlər ev üzərində hər hansı hüquqa malik olmadığı halda qeyd edilən ünvanda formal olaraq qeydiyyatda qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinin 1-ci cümləsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 647.2-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququ alıcıya daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat anından keçir. Beləliklə, iddiaçı mübahisəli evə qanunvericilikdə nəzərdə tutulan qaydada mülkiyyət hüququ əldə etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan Hüquqlarının və X1 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hazırda iddiaçı cavabdehlərin mübahisəli evdən istifadə hüquqlarına xitam verilməsini istəyir. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.5-ci maddəsinin birinci cümləsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Göründüyü kimi, mübahisəli ev iddiaçının mülkiyyətindədir, cavabdehlərin mübahisəli evdə qeydiyyatda qalmaları yalnız formal xarakter daşıyır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməklə, cavabdehlər X3 və Cavabdeh2 İlqar qızının Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Aydınlıq küçəsi, ev 17 ünvanına istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia təmin edilsin. Cavabdehlər X3 və Cavabdeh2 İlqar qızının Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Aydınlıq küçəsi, ev 17 ünvanına istifadə hüquqlarına xitam verilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 gün müddətində qiyabi qətnamənin ləğvi üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilər. Qətnamədən 1 ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-757/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(008)-757/2021
19.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver