Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7607/2025 04.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmıakın Dövlət Kadastrı və Reyestri publik hüququi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxraq, məhkəmə MÜƏYYƏN ETDİ : Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmıakın Dövlət Kadastrı və Reyestri publik hüququi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, babası X13 ilə atası X6 qohumluq (ata və oğul) münasibətlərində olması faktının müəyyən edilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0.25 ha sahədən ibarət, 261 saylı bağ sahəsi xx.xx.1968-ci il tarixli. 15767 nömrəli müqaviləyə əsasən mərhum babası X7 icarəyə verilmişdir. Həmin müqavilədə babasının adı “X14”, atasına məxsus doğum haqqında şəhadətnamədə isə babasının adı “Ərizəçi Rzaqultı oğlu” kimi qeyd edilmişdir. Qeyd edir ki, babası xx.xx.1969cu ildə, nənəsi xx.xx.1986-cı ildə, atası isə xx.xx.2008-ci ildə vəfal etmişdir. Babası vəfat etdikdən sonra Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0.25 ha sahədən ibarət 261 saylı bağ sahəsi onların istifadəmizdə qalmışdır. Atası vəfat etdikdən sonra isə bağ sahəsi onun istifadədə qalmışdır. Babasından miras qalmış həmin bağ sahəsi üzrə miras əmlakını faktiki qəbul etməklə ondan istifadə və ona sahiblik eldiyi üçün mülkiyyət hüququmu qeydə aldırmaq qərarına gəlmişdim. Bunun üçün isə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri pubük hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmək zərurəti yaranmışdır. Müvafiq sənədlərlə birlikdə idarənin ASAN Xidmət mərkəzində fəaliyyət göstərən bölməsinə müraciət etdikdə bağ sahəsinə dair müqavilədə, eyni zamanda atasına və ona məxsus sənədlərdə babasını adımda uyğunsuzluğıın olduğu bildirilərək qohumluq münasibəti ilə bağlı məhkəməyə müraciət etməyim tövsiyyə olunmuşdur. Məhz buna görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, qeyd olunan adlardakı uyğunsuzluq eyni şəxslə bağlıdır. Yəni “Əli Rza” adı ilə "Alik” adı eyni adama aiddir. Bu fakt müvafiq sənədlərlə öz təsdiqini tapır. Belə ki, 261 saylı bağın icarəyə verilməsi haqqında xx.xx.1968-ci il tarixli. 15767 nömrəli müqavilədən görünür ki, bağ sahəsi X7 icarəyə verilmiş və icarə müqaviləsində babasının yaşayış ünvanı Balaxanı qəsəbəsi, ev 3a qeyd olunmuşdur. Həmçinin Sabunçu RİHB-nm Balaxanı qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəııdəlyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışda babasının vəfat etdiyi günə qədər Bakı şəhəri. Sabunçu rayonu. Balaxanı qəsəbəsi, (keçmiş Lenin. Müsavat) indiki Mikayıl Müşfiq küçəsi ev 3a ünvanında qeydiyyatda olub və yaşadığı, atası Ərizəçi Rzaqulu oğlunun vəfat etdiyi günə kimi həmin ünvanda qeydiyyatda olub yaşadığı və eyni zamanda onun da həmin ünvanda qeydiyyatda olub yaşadığı qeyd olunmuşdur. Bütün bu qeyd olunan faktlar və onları təsdiq edən sübutlar onu deməyə əsas verir ki, X14 ilə Ərizəçi Rzaqulu oğlu eyni şəxsdir. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0.25 ha sahədən ibarət 261 saylı bağ sahəsinə dair X14 ilə Bakı şəhəri İcraiyyə Komitəsinin Bağ Təsərrüfatı Tresti arasında bağlanmış xx.xx.1968-ci il tarixli. 15767 nömrəli müqavilə Ərizəçi Rzaqulu oğluna məxsusdur və X1 Rzaqulu Alik oğlunun atasıdır. Beləliklə də hesab edir ki, X14 ilə X4 qohumluq (ata və oğul) münasibətində olması faktı müəyyən edilməlidir. Ərizəçi nümayəndəsi və vəkili Vəkil tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0.25 ha sahədən ibarət 261 saylı bağ sahəsinə dair X14 ilə Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı Tresti arasında bağlanmış xx.xx.1968-ci il tarixli, 15767 nömrəli müqavilənin Ərizəçi Rzaqulu oğluna məxsus olması faktının müəyyən edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələbin dəqiqləşdirilməsinə dair ərizə məhkəmə tərəfindən mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Vəkil məhkəmədə ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmıakın Dövlət Kadastrı və Reyestri publik hüququi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Balaxanı qəsəbə nümayəndəliyi tərəfindən xx.xx.1969-cu il tarixdə verilmiş АЗ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1969-cu ildə Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsində anadan olmuş, atası X8, anası X5r. Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinin xx.xx.2008-ci il tarixli arayışınan görünür ki, X9 xx.xx.1934-cü ildə Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsində anadan olmuş və bu barədə 133 nömrəli akt qeydləri kitabında qeyd olunmuşdur. Atası Ərizəçi Rzaquli oğlu, anası X3r. Bakı şəhəri Sabunçu rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1961-ci il tarixdə verilmiş İ- ИЕ seriyalı 300820 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X9 ilə X15 xx.xx.1961-ci ildə nikaha daxil olmuşıar və bu barədə 298 nömrə ilə akt qeydləri kitabında qeydiyyata alınmış. Nikahdan sonra ərə Xanmirzəyev arvada Xanmirzəyeva soyadı verilmişdir. Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş AZ-İ seriyalı 314629 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2008-ci il tarixdə xroniki koronar çatışmazlıqdan vəfat etmişdir. Bakı şəhəri Sabunçu rayon Balaxanı kənd soveti tərəfindən verilmiş İİ-ИЕ seriyalı 322362 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Xan-Mirzəyev Əli- Rza Quli oğlu xx.xx.1969-cu ildə vəfat etmişdir. Baş və binaların uzunmüddətli icarəyə verilməsinə dair 01 mart 1968-ci il tarixli 15767 nömrəli müqavilədən görünür ki, X7 xx.xx.1967-ci ildə Ləhiş bağ yerində 261 nömrəli 0,25 ha torpaq sahəsi tikinti üçün verilmişdir. Bakı Şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Başçisinin X17 Ərazi Dairəsinin üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 5-18-2/2-1353/2024 nömrəli arayışdan görünür ki, mərhum X14 vəfat edən günə kimi xx.xx.1969-ci il əsas ölüm haqqında şəhadətnamə İİ- ИЕ seriyalı 322362 verilib xx.xx.1969-ci il ünvan 3 ünvanda qeydiyyatda olub və yaşayıb. Həyat yoldaşı- mərhum X10 vəfat edən günə kimi 07 07.1986-ci il əsas ölüm haqqında şəhadətnamə verilib xx.xx.1986-cı il Bakı şəhəri Lenin rayon Balaxanı qəsəbə soveti tərəfindən.ünvan 4 ünvanında qeydiyyatda olub yaşayıb. 3) oğlu-mərhum X11-vəfat edən günə kimi xx.xx.2008-ci il əsas ölüm haqqında şəhadətnamə verilib xx.xx.2008-ci il Bakı şəhəri Sabunçu rayonu Qeydiyyat şöbəsi tərəfindən qeyd olunan ünvanda yaşayıb. Nəvəsi- Ərizəçi xx.xx.1969-cı il doğulduğu ildən xx.xx.1972-ci ilə kimi qeyd olunan ünvanda qeydiyyatda olub yaşayıb. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ali Məhkəmənin 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.2-ci bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Həmin qərarın 6.3-cü maddəsinə əsasən hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanuna ziddir. Məhkəmə araşdırması zamanı, o cümlədən mülki işin materiallarına əlavə olunmuş sənədlərdən, görünür ki, ərizəçinin atasının adı Xanmirzəyev Rza-Quli Alik oğlu olmuşdur. Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinin xx.xx.2008-ci il tarixli arayışınan görünür ki, ərizəçinin babasının adı isə Ərizəçi Rzaquli oğlu olmuşdur. Lakin Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı Tresti arasında bağlanmış xx.xx.1968-ci il tarixli, 15767 nömrəli müqavilədən görünür ki, ərizəçinin babasının adı və ata adı Ərizəçi Rzaquli oğlu əvəzinə X2 qeyd edilmişdir. Belə ola halda məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və Ərizənın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin olmaqlalıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0.25 ha sahədən ibarət 261 saylı bağ sahəsinə dair X14 ilə Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı Tresti arasında bağlanmış xx.xx.1968-ci il tarixli, 15767 nömrəli müqavilənin Ərizəçi Rzaqulu oğluna məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-7607/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7607/2025
04.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver