Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7611/2021 28.10.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızıın sədrliyi ilə, Məhkəmə iclas katibi X5, Ərizəçi iştirakları ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi qeyd edilməklə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi (sonradan – Qaçqınkom) qeyd edilməklə ərizə ilə məhkəməyə müraciət edərək Ərizəçi, 01.01.1988-ci il tarixdən sonra 01.01.1992-ci il tarixədək Azərbaycan Respublikası ərazisində qaçqın kimi məskunlaşaraq daimi yaşamağı faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsalandırılmışdır ki, Ərizəçi 02.11.1953-cü il tarixdə, İcevan rayonunun, Salah kəndində doğulmuş,1988-ci ildə İcevan rayonundan qaçqın olmuş, Gəncə şəhərinə gələrək, 1992-ci ilə qədər ünvan 1 ünvanda yaşamış, həmin tarixdə Gəncə şəhəri 2 nömrəli ATS-də işə qəbul olmuşam. 03.08.1990-cı il tarixdə o, “Qaçqın” vəsiqəsini almışdır. 17.08.2021-ci il tarixdə ikinci dəfə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə ərizə ilə müraciət edərək, ərizəçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmişdir. Miqrasiya Xidmətinin 20.08.2021-ci il tarixli, ******* №-li cavab məktubunda bildirmişdir ki, 01.08.1988-ci il tarixdən 01.01.1992-ci il tarixədək Azərbaycan Respublikası ərazisində qaçqın kimi məskunlaşmağı faktı məhkəmə qaydasında tanındıqdan sonra onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı əlavə araşdırma aparıla bilər. Ərizəçi həqiqətən də həmin tarixlərdə Gəncə şəhəri yuxarıda göstərilən ünvanda yaşamışdır. Bu faktı təsdiq etmək üçün sənədləri var. Maraqlı şəxs Qaçqınkom məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). Hazırda ərizəçi Rusiya Federasiyasının vətəndaşıdır (Rusiya Federasiyası DİN tərəfindən verilmiş 76 ******* №-li pasport). Ərizəçi: 02.11.1953-cü il tarixdə Ermənistan İcevan rayonunda doğulmuşdur. (Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən bərpa edilmiş AZ-İV seriyalı 307544 №-li doğum haqqında şəhadətnamə), atası X7, anası X2r; 03.03.1972-ci il tarixdə Yerevanda azərbaycan kənd təsərrüfatı texnikumunu bitirmişdir (635849 №-li diplom); 08.07.1974-cü il tarixdə İcevan rayonunda, 18.03.1989-cu il tarixdə isə Kəpəz rayonu hərbi komissarlığında hərbi uçota durmuşdur (2820269 №-li hərbi bilet); 09.12.1988-ci il tarixədək Ermənistanda müxtəlif vəzifələrdə işləmiş, 19.05.1989-cu il tarixdən artıq Gəncə şəhərində işləməyə başlamış və faktiki 2001-ci ilədək orada işləmişdir. Ərizəçinin atası X1 evini Kirovabad şəhəri, F.Əliyev küçəsi, 1-ci döngə, ev 17, mənzil 1-ə dəyişmiş, bu barədə ona 251 №-li, 04.03.1989-cu il tarixli order verilmiş, həmin orderdə digər ailə üzvləri ilə yanaşı Ərizəçi adı qeyd edilmişdir. Ərizəçinin 1988-ci ildən Ermənistan SSR-dən qaçqın olaraq Gəncə şəhərinə gəlməsi, 1992-ci ilə qədər ünvan 4 ünvanda yaşaması barədə Gəncə şəhər Kəpəz rayon İcra Hakmiyyəti başçısının 1 №-li sahə İnzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 27.09.2019-cu il tarixli, 2411 №-li arayış verilmişdir. X7 1996-cı ildə Gəncə şəhərində, X3 2002-ci ildə Rusiyada ölmüşdür (Ölüm haqqında şəhadətnamələrin surəti). Qaçqınkom tərəfindən məhkəməyə ünvanlanmış 28.10.2021-ci il tarixli, 02/1426 №li məktubdan görünür ki, Ərizəçi qaçqın kimi məskunlaşması və qaçqın statusunun olubolmaması barədə Komitənin Regional idarəetmə və status şöbəsinin 2007-2021-ci illərə aid elektron məlumat bazasında heç bir məlumat yoxdur. Hazırda ərizəçi 01.01.1988-ci il tarixdən 01.01.1992-ci il tarixədək Azərbaycan Respublikası ərazisində qaçqın kimi məskunlaşaraq daimi yaşamağı faktının müəyyən edilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə ərizənin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının MPM-nin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata kecirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma ücün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12.04.2019-cu il tarixli 03 saylı Qərarının: 1.2-ci bəndi ilə müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir; 1.7-ci bəndi ilə müəyyən edilmişdir ki, hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər; 6-cı bəndi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir; 6.1-ci bəndi: Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər: 6.2-ci bəndi:Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. 6.3-cü bəndi: Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. «Məcburi köçkündlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən Ermənistan Respublikasında və başqa dövlətlərdə aparılan etnik təmizləmə nəticəsində daimi yaşayış yerlərinin tərk edib Azərbaycan Respublikasına gəlmiş və daimi məskunlaşmış şəxslər məcburi köçkünlərə bərabər tutulurlar. Həmin Qanunun 3-cü maddəsinin mənasına görə həmin şəxslərin Azərbaycan Respublikasına gəlib məskunlaşması 01.01.1988-ci il tarixdən 21.05.1999-cu il tarixədək baş verməlidir. Yuxarıda sadalanan hallardan ərizəçinin məhz o tarixdən sonra gəlməsi təsdiq edilir. Odur ki, ərizəçi Ermənistan Respublikasından Azərbaycan Respublikasına gəlməsi 01.01.1988-ci ildən sonra 21.05.1999-cu il tarixədək təsadüf etdiyinə görə onun istədiyi fakt təsdiq olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Republikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi 01.01.1988-ci il tarixdən sonra 01.01.1992-ci il tarixədək Azərbaycan Respublikası ərazisində qaçqın kimi məskunlaşaraq daimi yaşamağı faktı təsdiq edlsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətidə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti veriilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-7611/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7611/2021
28.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver