Məhkəmə qərarları › İş №2(008)-7636/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7636/2021

28.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7636/2021 28.10.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdehnun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla cavabdeh arasında 29.07.2021-ci il tarixdə 5 saylı «ASAN xidmət» mərkəzində qeydiyyat şöbəsində 3141 nömrə ilə qeyd edilmiş nikahın etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmıdır ki, o, cavabdehlə 29.07.2021-ci il tarixdə rəsmi nikahını qeyd etdirmişdir. Cavabdehlə tanışlığı valideynlərin vasitəsilə olmuşdur. Onların arasında dostluq münasibətləri var idi. Rəsmi nikah olsa da toy olmamışdır. Hər dəfə toy söhbəti düşəndə cavabdeh müxtəlif səbəblərdən vaxtı uzatmağa çalışırdı. Toy günü təyin olundu, iddiaçı tərəfindən bütün hazırlıqlar tamamlandı, qonaqlar dəvət olundu, lakin cavabdeh toyu pozdu. Bundan sonra bəlli oldu ki, cavabdehin niyəti nikaha daxil olmaq deyil. Hesab edir ki, cavabdeh tərəfindən ona qarşı böyük haqsızlıq olub. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nikaha daxil olmaq niyyətində olmadığını, valideynlərinə və nişanlısına bunu demədiyini bildirdi və iddianın təmin olunmasını o, da xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. Məmmədov İddiaçı Pəri Nemət qızı ilə 29.07.2021-ci il tarixdə 3141 nömrəli qeydlə nikahlarını bağlamışlar (5 saylı «ASAN xidmət» mərkəzində qeydiyyat şöbəsi AZ İİ seriyalı 452760 №-li nikah haqqında şəhadətnamə). Nikah bağlandıqdan 1 ay sonra iddiaçı hazırki iddianı məhkəməyə təqdim etmişdir. Cavabdeh də nikaha girmək niyyətində olmadığı təsdiq etmişdir. Hazırda iddiaçı nikahın etibarsız sayılmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. 25.4-ci maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. 26.1, 26.1.7-ci maddəsinə əsasən saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər: Hazırda iddianı nikahın saxta olduğunu bilməyən ər qaldırmışdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 29.07.2021-ci il tarixdə 5 saylı «ASAN xidmət» mərkəzində qeydiyyat şöbəsində 3141 nömrə ilə bağlanmış nikah etibarsız sayılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar