Məhkəmə qərarları › İş №2(008)-7656/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-7656/2025

25.12.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-7656/2025 25.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaranmış maneənin aradan qaldırılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaranmış maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Sabunçu rayonu. ünvan 1 ünvanda yerləşən mənzilə yaşayış hüququnun tanınması və yaranmış maneənin aradan qaldırılmasına barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı mülki işin birləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Cavabdeh nümayəndəi Nümayəndə cavabdehin məhkəməyə təqdim etdiyi ərizəni müdafiə edərək mülki işin icraatının e-2(008)-7638/2025 nömrəli mülki işlə birləşdirilməsini xahiş etmişdir. Cavabdeh ərizə ilə müraciət edərək bildirmişdir ki, o, Cavabdeh tərəfindən İddiaçı qarşı xx.xx.2025-ci il tarixində “ mənzildən çıxarılma tələbinə dair” iddia ərizəsi Sabunçu Rayon Məhkəməsinə verilmiş və həmin iddia xx.xx.2025-ci il tarixli e-2(008)-7638/2025 iş nömrəsi ilə hakim Fuad Babaşovun icraatına qəbul edilmişdir. Hətta iş üzrə hakim Fuad Babaşov tərəfindən xx.xx.2025-ci il tarixli qərardad ilə işin məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixində, saat 11:45, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasına (Zal N 4) təyin edilmişdir. Daha sonra İddiaçı tərəfindən ona qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaranmış maneənin aradan qaldırılması” tələbi ilə eyni mənzilə dair yeni iddia qaldırılmış və həmin iş xx.xx.2025-ci il tarixində icraata qəbul edilmişdir. İddiaçı ona qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaranmış maneənin aradan qaldırılması tələbi” ilə bağlı 2(008)-7656/2025 nömrəli icraatda olan işi, onun tərəfindən irəli sürülmüş və hakim Fuad Babaşovun icraatında olan e-2(008)- 7638/2025 nömrəli “mənzildən çıxarılma tələbinə dair” iş ilə birləşdirməyini və hər iki iş üzrə bir icraatda birgə baxılmasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, hazırkı mülki iş iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki işlə əlaqədar olduğundan mülki iş üzrə icraatlar birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə, mülki-prosessual hüquq institutu olaraq “işlərin bir icraatda birləşdirilməsi” institutunun yuxarıda qeyd olunan iddia tələblərinə münasibətdə tətbiqini həm ədalətli, həm də hüququn ümumi prinsiplərinə uyğun sayır. Bu həm də, ədalət mühakiməsinin səmərəliliyini şərtləndirən amillərdən olan və onun məqsədlərinə nail olunmasında mühüm rol oynayan “mübahisələrə mümkün olan qısa müddətlərdə baxılması” prinsipinə də uyğun gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 169.3, 169.4cü və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaranmış maneənin aradan qaldırılması” tələbinə dair mülki iş Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin icraatda olan iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzildən çıxarılma” tələbinə dair e-2(008)-7638/2025 saylı mülki işlə bir icraatda birləşdirilsin. Hakim: Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar