Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7714/2025 04.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1985-ci il tarixdə doğulmuş X4 xx.xx.1986-cı il tarixdə, Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, X7 onun oğludur. O, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Oğlu doğulduqdan sonra sətəlcəm xəstəliyi keçirtmişdi. Onu müalicə etdirmək üçün həkilmərə aparmışlar. Lakin onların bütün səylərinə baxmayaraq, oğlunu müalicə edə bilməmişlər və o, xx.xx.1986-cı il tarixdə vəfat etdi. Oğlu vəfat edərkən o, əmisi oğlu - X12, qardaşım - X15, qonşusu X9 onun yanında olublar. X2, Nardaran qəbirstanlığında dəfn etmişlər. Məhkəmənin nəzərinə çatdırmışdır ki, pensiya işi ilə bağlı olaraq, ondan ailə tərkibi haqqında arayış tələb olunur. Həmin arayışda oğlu X1 olduğu görünür. Bu səbəbdən də ondan mərhum oğlunun ölüm haqqında şəhadətnaməsi tələb olunur. O, mərhum X2n ölüm haqqında şəhadətnaməsini almaq üçün, “Bakı Baş Səhiyyə İdarəsi Nardaran Sağlamlıq Mərkəzi”nə və “Sabunçu Rayon Qeydiyyat Şöbəsinə” müraciət etmişdir. “Bakı Baş Səhiyyə İdarəsi Nardaran Sağlamlıq Mərkəzi” ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən və “Sabunçu Rayon Qeydiyyat Şöbəsi” isə ölüm haqqında şəhadətnamə”nin verilməsindən imtina etdi. Oğlunun ölüm haqqında şəhadətnaməsini başqa yolla əldə etməyinin mümkünsüzlüyünü nəzərə alaraq, hesab edir ki, məhkəmə qətnaməsi ilə X2n ölüm faktı müəyyən olunmalıdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Bakı şəhəri Sabunçu rayon Nardaran Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 90/25 nömrəli arayışından görünür ki, həqiqətən də, Ərizəçi xx.xx.1985-ci il tarixində oğlu, X7 dünyaya gəlmiş, xx.xx.1986-cı il tarixində vəfat etmiş və Nardaran qəbiristanlığında dəfn olunmuşdur. Maraqlı şəxs xx.xx.2025-ci il tarixli 3-16-5/8-15-914/2025 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi barədə xx.xx.2003- cü il tarixli 145 saylı qərarının 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Müraciətinizə cavab olaraq bildiririk ki, X4 ölümü ilə bağlı yuxarıda qeyd edilən müvafiq tibbi sənəd təqdim olunmadığından ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməsi üçün aidiyyəti üzrə müraciət etməlisiniz. Azərbaycan Respublikası İcbari X22 Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” publik hüquqi şəxs Bakı Baş Səhiyyə İdarəsi Nardaran Sağlamliq Mərkəzinin 233 nömrəli xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanda qeydiyyatda olan xx.xx.1985-ci il təvəllüdlü X7 xx.xx.1986-ci il tarixdə evde rəhmətə getmişdir lakin, ölüm haqqında şəhadətnamə alınması üçün poliklinikaya müraciət etməmişdir. Maraqlı şəxs xx.xx.2025-ci il tarixli 3-16-5/8-15-1811/2025 nömrəli məktubundan görünür ki, xx.xx.1985-ci il tarixdə doğulmuş X4 anası X10, atas X6r. 1811.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçi X11 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş X15 izahat verərək bildirmişdir ki, X11 onun bacısıdır. Bacısı 1977-ci ildə ailə qurub. xx.xx.1985-ci ildə X3 doğulmuşdur anadan olub. Uşaq xəstələndiyi üçün xx.xx.1986-cı ildə vəfat edib. Vəfat yeri Nardaran kəndi olmuşdur. Vəfat edəndə o, bacısının yanında olub. Nardaran qəsəbəsində uşağı dəfn ediblər. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş X12 izahat verərək bildirmişdir ki, Ərizəçi onun əmisi qızıdır. xx.xx.1985-ci ildə əmisi qızının bir oğlu olub. Adı Rövşən olub. Rövşən xəstələndiyi üçün xx.xx.1986-cı ildə vəfat edib. Uşaq vəfat edəndə orada olmuşdiur. Uşaq Nardaran qəbirstanlığında vəfat edib. Məhkəmə ərizəçlərin, o cümlədən şahidlərin izahatını dinləyib, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, onların tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X7 ərizəçi X8 övladı olmuşdur. X3 xx.xx.1986-cı ildə vəfat etmişdir.Ölüm haqqında tibbi şəhadətnamə alınması üçün ərizəçilər şəhər poliklinikasına müraciət etmiş, lakin poliklinikadan buna dair imtina cavabı almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktınınmüəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin faktın müəyyən olunması ərizəçilərə sosial hüquqlarının həyata keçirilməsi iləbağlı olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi mövcud tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1985-ci ildə Bakı şəhərində doğulmuş X4 xx.xx.1986-c ildə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-7714/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7714/2025
04.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver