Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7721/2025 16.03.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X8 Seyfəddin oğlunun sədrliyi, Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs qismində 6 saylı Bakı Asan Xidmət X7 cəlb olunmaqla “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında (videogörüntülü çəkilişlər qeydə alınmaqla) baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizənin mahiyyəti: Ərizəçi maraqlı şəxs qismində 6 saylı Bakı Asan Xidmət X7 cəlb olunmaqla “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1976-cı il təvəllüdlü mərhum qardaşı X1 xx.xx.2025-ci il tarixində Bakı şəhəri Xətai rayonunda ölüm faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, Ərizəçi hal-hazırda məcburi köçkün olaraq ünvan 1 ünvandakı evdə yaşayır. xx.xx.1976-cı il təvəllüdlü mərhum qardaşı X6 Bakı şəhəri Xətai rayonunda yerləşən “Mərhəmət” kafesində halı pisləşmişdir. Həmin vaxtı təcili tibbi yardım çağrılmış, lakin təcili tibbi yardım gələnədək mərhum qardaşı X6 xx.xx.2025-ci il tarixində həmin yerdə vəfat etdi. Təcili Yardım bu barədə aryış verdi. Daha sonra həmin arayışla mərhum qardaşının yaşadığı ərazi üzrə 12 Nömrəli Şəhər Poliklinikasına müraciət edərək mərhum qardaşının ölümü barədə həkim tibbi şəhadətnamə istədi. Lakin mərhum qardaşı X1 xəstəliyi ilə bağlı poliklinikaya müraciət etmədiyini əsas gətirərək ölümü barədə həkim tibbi şəhadətnaməsini verməmişlər. Bundan sonra Bakı şəhəri 5 saylı “Asan Xidmət” X7ndə ölüm haqqında şəhadətnamə verilməsi üçün müraciət etdi, lakin ölüm kağızı verməmişlər, imtina etmişlər və ərizəçiyə məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. xx.xx.1976-cı il təvəllüdlü mərhum qardaşı X6 xx.xx.2025-ci il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Məşədixanım Nemətova küçəsində yerləşən 2 saylı Qəbirstanlığında dəfn olunmuşdur. Ərizəçi xx.xx.2025-ci il tarixdə ərizə verərək, bildirmişdir ki, hazırda qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıdırlar. Ərizəçi və ailəsi də məcburi köçkün olduğu üçün valideynindən ailə tərkibi barədə sənəd istəyirlər. Valideyni mərhum qardaşı X1 vəfat etdiyini bildirsə də, Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsi anasından mərhum qardaşının ölüm şəhadətnaməsini istəyir. Lakin anası həmin şəhadətnaməni onlara təqdim edə bilmədiyi üçün həmin ölüm haqqında şəhadətnamənin alınması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəfin və digər proses iştirakçılarının izahat və ifadələri: Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəni müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Sabunçu Rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X3 ifadəsində bildirdi ki, ərizəçinin qardaşı ürək tutmasından ölüb. Yanında deyildi ölən zaman, lakin yas mərasimində iştirak edib. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X4 ifadəsində bildirdi ki, ərizəçinin qardaşı ürək tutmasından ölüb. Yanında deyildi ölən zaman, lakin yas mərasimində iştirak edib. Mülki işin materialları - Əli Bayramlı Şəhər VVADQ Şöbəsi tərəfindən veriilmiş AZ-İ seriyalı, 669580 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1976-cı il tarixdə Əli Bayramlı şəhərində anadan olmuşdur. Azərbaycan Respublikası "Tibbi ərazi bölmələrini idarəetmə birliyi" publik hüquqi şəxs "respublika təcili və təxirəsalınmaz tibbi yardım mərkəzi" publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarxli məktubdan görünür ki, xx.xx.2025-ci il tarixində saat 00:40da “Respublika Təcili və X2 Mərkəzi” publik hüquqi şəxsin Mərkəzi Çağrı Xidmətinə (103), ünvan 2 ünvanından Zabit Məmmədov (49yaş) adlı şəxsin adına “halı pis” səbəbi ilə çağırış daxil olmuşdur. Çağırışı ünvan 3 ünvanında X5 (49 yaş) aid kişi cinsli meyit ilə rastlaşmışdır. “Həkimə qədər ölüm; Kişi cinsli meyit” diaqnozu qoymuşdur. - 6 saylı Bakı Asan Xidmət X7 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15- 1116/2025 saylı məktubdan görünür ki, X1 ölümü ilə bağlı müvafiq sənəd təqdim olunmadığından ölümün qeydə alınmasından imtina edilmiş və şəxsin məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. -Sabunçu Rayon Zabrat Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 251 nömrəli arayışdan görünür ki, ərizəçi X6 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. O, Zabrat qəsəbəsi, Məşədixanım Nemətova küçəsində yerləşən 2 saylı qəbiristanlıqda dəfn edilmişdir. - 12 saylı Şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, mərhum X6 12 nömrəli şəhər poliklinikasında qeydiyyatda olmamışdır və xəstəliyi barədə poliklinikaya müraciət edilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı:
9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.2. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmənin mövqeyi: İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə ilk öncə qeyd edir ki, ölüm faktının müəyyən edilməsinə dair ərizə yanlız şəxsin yaxın qohumları tərəfindən o halda verilə bilər ki, ölüm haqqında tibbi şəhadətnamə olmasın və iş materiallarına onun alına bilməməsinin səbəbləri barədə sübutlar əlavə edilsin. Belə ki, iş materiallarından görünür ki, ərizəçi X1 qardaşıdır və o, tibbi şəhadətnamə ala bilməmiş və ala bilməməsi barədə sübutları məhkəməyə təqdim etmişdir. Odur ki, məhkəmə hesab edir ki, ərizəçinin bu barədə məhkəmə müraciət etməyə subyektiv hüququ mövcud olmuşdur. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, həqiqətən də, ərizəçinin qardaşı X6 xx.xx.2025-ci il tarixində Xətai rayonunda vəfat etmişdir. Məhkəmə bu qənaətə gələrkən iş materiallarında olan sübutlara və şahid ifadələrinə əsaslanmışdır. Odur ki, məhkəmə bu qənaətə gəlir ki, X6 xx.xx.2025-ci il tarixində Xətai rayonunda ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. X1 xx.xx.2025-ci il tarixində Xətai rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Müseyib Bayramov