Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7738/2025 06.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Nuranə Rafiq qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1977-ci il tarixdə doğulmuş bacısı X4 xx.xx.1977-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, bacısı X7 xx.xx.1977-ci il tarixdə anadan olmuşdur. Bacısı xx.xx.1977-ci il tarixində ünvan 1 ünvanında vəfat etmişdir. Kürdəxanı Sağlamlıq Mərkəzinə müraciət etsə də, bacısı barəsində ölüm haqqında tibbi şəhadətnamə ala bilməmişdir. Bu səbəbdən də bacısı Pərvanənin ölümünün dövlət qeydiyyatına alınması mümkün olmamışdır. Ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etsə də, şöbə ölüm haqqında tibbi şəhadətnamənin olmaması səbəbindən məsələnin həllinin qeydiyyat orqanında mümkün olmadığını bildirdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasını vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır: AA seriyalı ******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən və elektron məhkəmə informasiya portalından alınmış məlumatlardan görünür ki, Ərizəçi xx.xx.1970-ci il tarixdə Bakı şəhərində doğulmuş və qeydiyyat yeri ünvan 2 ünvanıdır. АЗ № ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1970-ci ildə Bakı şəhərində doğulmuşdur. X6, anası X3r. Bu haqda doğum haqqında akt qeydləri kitabında 29 aprel 1970-ci ildə 25 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2025-ci il tarixli arayışının surətindən görünür ki, X12 və Fatmansə Xandadaş qızının nikahı haqqında 06 oktyabr 1965-ci il tarixdə 742 nömrəli akt qeydi tərtib olunmuşdur. Bakı şəhər Maraqlı şəxs xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X7 barəsində 1977-ci ilə aid ölüm akt qeydi aşkar edilmədi. Kürdəxanı İcra Nümayəndəliyi tərəfindən verilmiş doğum haqqında akt qeydindən görünür ki, X7 xx.xx.1977-ci il tarixdə Bakı şəhəri, Kürdəxanı qəsəbəsində 7 nömrəli doğum evində doğulmuşdur. X6, anası X5r. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-16-5/8-15-204/2025 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Ölümü təsdiq edən sənəd olmadığından, qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün olmamışdır. Ərizəçiyə ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən X9 ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-16-5/8-15-298/2025 nömrəli məktubdan görünür ki, xx.xx.1977-ci ildə anadan olmuş qızı X4 doğumu Sabunçu rayonu, Kürdəxanı qəsəbə icra nümayəndəliyi tərəfindən xx.xx.1977-ci il tarixli 12 saylı doğum akt qeydi ilə qeydə alınmışdır. Məlumat üçün bildirilir ki, həmin uşağın ölümü qeydə alınmamışdır. Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı bələdiyyəsi tərəfindən verilmiş 20 saylı xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olan X9 ondan ötrü ki, 1977-ci il tarixdə doğulmuş qızı X7 xx.xx.1977-ci il tarixdə Sabunçu rayon Kürdəxanı qəsəbəsi Hüsü Hacıyev küçəsində yerləşən 2 saylı qəbiristanlıqda dəfn olunub. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X18 “Bakı Baş Səhiyyə Mərkəzi” X18 Kürdəxanı Sağlamlıq Mərkəzinin 28 fevral 2025-ci il tarixli 18-1-1- 102/3-50/2025 saylı arayışdan görünür ki, vətəndaş X8 xx.xx.2025-ci il tarixli ərizəsinə cavab olaraq bildirilir ki, onun övladı xx.xx.1977-ci il tarixdə doğulmuş X4 ölümü xx.xx.1977-ci ildə baş verdiyinə və həmin ildən uzun müddət keçdiyinə görə Kürdəxanı Sağlamlıq Mərkəzi ölüm haqqında şəhadətnamə təqdim edə bilmir. Təqdim edilmiş qəbirin fotoşəklindən görünür ki, X7 1977-ci ildə doğulmuş və elə həmin ildə də vəfat etmişdir. X1 (ərizəçinin qonşusu, AA3473452 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi) X4 xx.xx.1977-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktını təsdiq etmişdilər. Hazırda ərizəçi bacısı X4 xx.xx.1977-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə tələbin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 3 nömrəli qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin qərarın 9.1-ci bəndinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Həmin Qanunun 9.2-ci bəndinə əsasən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə hesab edir ki, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, bu faktın təsdiq edilməsi ölüm haqqında şəhadətnamənin alınması ilə əlaqədardır. Məhkəmə göstərilənlər əsasında hesab edir ki, X4 ölüm faktının müəyyən edilməsi məhkəmədənkənar qaydada həlli artıq mümkün deyildir. Bu səbəbdən ərizəçinin şəxsi hüquqlarını həyata keçirilməsi üçün şəhadətnamənin alınması əhəmiyyətlidir. Beləliklə, məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, eləcə də qanunvericilik normaları, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyi və işin müəyyən edilmiş faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, ərizəçinin bacısı X4 xx.xx.1977-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı iş materialları, ərizəçinin izahatı və şahidlərin ifadələri ilə də təsdiq edilir. Buna görə ərizə əsaslı olduğundan təmin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, maraqlı şəxsdən tələb edilmədiyindən Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1977-ci il təvəllüdlü X4 xx.xx.1977-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Babaşov.
Məhkəmə qərarları › İş №2(008)-7738/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7738/2025
06.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver