Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-775/2023 01.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, Ərizəçi Turkan Talıbovanın iştirakı ilə, Ərizəçi Turkan Talıbovanın hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Turkan Talıbova hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ev şəaitində xx.xx.2019-cu il tarixdə əkiz uşaqları – oğlu Tunar və qızı Fatimənin doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Turkan Talıbova ərizəsini onunla əsaslandırmışdır ki, onun Tural adlı şəxslə qeyri-rəsmi nikahından xx.xx.2019-cu il tarixdə ev şəraitində Tunar və qızı Fatimə doğulmuşdur. Gürcüstan Respublikasının xarici pasportunu xx.xx.2022-ci ildə Gürcüstanın Azərbaycandakı səfirliyindən əldə etmişdir. Uşaq evdə doğulduğundan, şəxsiyyətini təsdiq edən sənəd olmadığından və ailədə olan problmelərə görə vaxtında doğum haqqınd şəhadətnamə ala bilməmişdir. Bununla bağlı Maraqlı şəxsnə müraciət etsə də, məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. İş üzrə maraqlı şəxs Bakı şəhəri Sabunçu qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Makhbila Gulmamedova ifadəsində bildirmişdir ki, o, Gürcüstan Respublikası, Marneuli rayonunda doğulmuş, özü də Gürcüstan vətəndaşıdır. Ərizəçi qonşusu olmaqla, təxminən 20 ildir ki, Sabunçu rayonu, Ramana qəsəbəsində yaşayır. 2006-cı ildən ərizəçinin atası və birgə nikahda olduğu Tural adlı şəxsi tanıyır. Türkan 2009-2019-cu illərdə Turalla ər-arvad kimi birgə nikah münasibətlərində olmuşlar, həmin nikahdan üç uşaqları doğulmuşdur. Hər üç uşağı ev şəraitində doğulmuş, uşaqların, o cümlədən əkiz uşaqlar Tunar və Fatimənin doğumunda iştirak etmişdir. Həmin uşaqların 2019-cu ilin iyul ayında doğulduqlarını xatırlayır. Uşaqların doğulmasında ondan başqa, üç nəfər qadın da iştirak etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Egane Sadikova ifadəsində bildirmişdir ki, o, Gürcüstan vətəndaşıdır. Ərizəçi ilə Qala qəsəbəsində bir həyətdə kirayə yaşamışlar. xx.xx.2019-cu il tarixdə evdə doğum vaxtı o, qayınanası X1, eləcə də, qayını arvadı Gülgəz Novruzova və Maxbilə Gülməmmədova da ona köməklik etmişlər. Qız və oğlan olmaqla Türkanın əkiz uşaqları doğulmuşdur. Təcili tibbi yardım xidmətini çağırsalar da, onlar gələnə qədər artıq uşaqlar doğumuşdur, Türkan isə sonra xəstəxanaya getməkdən imtina etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş üzrə toplanmış digər sübutları araşdıraraq və onlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan, Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin 31 nömrəli Birləşmiş Şəhər xəstəxanasının xx.xx.2023-cü il tarixli arayışlarından görünür ki, xx.xx.2019-cu il tarixdə evdə xx.xx.1993-cü il təvəllüdlü Turkan Talıbova 1 qız və 1 oğlan uşaqları dünyaya gətirmişdir. İşdə olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən və həmin tarixdə verilmiş arayışdan görünür ki, xx.xx.2012-ci il tarixdə X2 doğulmuş, doğum akt qeydində uşağın atası haqqında məlumatlar anasının göstərişinə əsasən yazılmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, toplanmış və araşdırılmış sübutlar Turkan Talıbovanın xx.xx.2019-cu il tarixdə Bakı şəhərində bir oğlan və bir qız uşağı doğması faktının müəyyən edilməsinə əsas verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi içraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəci həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata kecirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma ücün əsasdır. Məhkəmə hesab edir ki, hüquqi əhəmiyyəti olan doğum faktının müəyyən edilməsi uşağın hüquqlarının əmələ gəlməsi, həyata keçirilməsi və təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyindən, Turkan Talıbovanın xx.xx.2019-cu il tarixdə Bakı şəhərində bir oğlan və bir qız uşağı doğması faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Republikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Turkan Talıbovanın xx.xx.2015-ci il tarixdə xx.xx.2019-cu il tarixdə Bakı şəhərində bir oğlan və bir qız uşağı doğması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-775/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-775/2023
01.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver