Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-7768/2021 06.10.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Cəfərli Nilufər Arif qızı, İddiaçı Cavabdeh qarşı «aliment miqdarının artırılması və aliment təyin edilməsi» tələbinə dair ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı «aliment miqdarının artırılması və aliment təyin edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, ərizə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddia ərizəsində bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Odur ki, iddia ərizəsinin xahiş etdi hissəsində nəzərdə tutulan “Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 sentyabr 2014-cü il tarixli, 2(010)-5953/2014 saylı qətnaməsinə əsasən Cavabdeh birgə övladı olan 29.12.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 110 manat sabit pul məbləğində tutulan alimentin miqdarının artırılması, sabit məbləğdə 175 manat məbləğində aliment tutulması və birgə nikahdan olan 13.11.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay sabit pul məbləğində 175 manat, cəmi 350 manat məbləğində alimentin tutulub ona ödənilməsi” tələbləri bir-biri ilə əlaqədar olmadığı üçün ayrıca şəkildə iddia ərizələri formasında verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Qeyd olunan qanunvericilik aktı normasına, əsasən, hesab edirəm ki, alimentin təyin edilməsi və alimentin artırılmasına dair iddia tələbləri ayrı–ayrı icraata qaydasında baxılmalı olduğundan bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildiyi səbəbindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən müvafiq nöqsanı aradan qaldırmaqla yenidən məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı «aliment miqdarının artırılması və aliment təyin edilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. İddiaçıya izah olunur ki iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-7768/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-7768/2021
06.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver