Məhkəmə qərarları › İş №2(008)-7790/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7790/2025

18.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7790/2025 18.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadəsində olan ünvan 1 ünvanda yerləşən yaşayış evinə (abonent kodu **********10000) əsassız olaraq “Azəri-Qaz“ İstehsalat Birliyi tərəfindən xx.xx.2020-ci il tarixli ******* nömrəli Akt əsasında dəymiş ziyan kimi hesablanmış 216 (iki yüz on altı) manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanındakı ev onun istifadəsindədir və həmin ünvanda yaşayır. Həmin ünvana quraşdırılmış abonent kodu **********10000 olan qaz sayğacı onun istifadəsindədir. Həmin sayğac onun adınadır. Əvvəlki sayğacı da smart tipli qaz sayğacı idi. Bildirir ki, “Azəri-Qaz“ İstehsalat Birliyinin əməkdaşları sayğacı əvəzləmə niyyəti ilə xx.xx.2019-cu il tarixli ******* N-li Akt əsasında ona məxsus qaz sayğacını yeni qaz sayğacı ilə əvəz etdilər. Bundan sonra o, qazdan istifadə etməyə başladı və işlətdiyi qazın pulunu ödədi. Bir neçə vaxt sonra ona cərimə borcunun yazıldığının şahidi oldu. Borcunun haradan yarandığını bilmək və öyrənmək üçün uAzəri-Qaz“ İstehsalat Birliyinə müraciət etdi. Oradan ona bildirdilər ki, onun sayğacı dəyişilən zaman guya ki, əvvəlki sayğacı laboratoriyada yoxlanılan zaman hansısa nöqsanın aşkar olunması olmuşdur. Bu səbəbdən də onun istifadəsində olan sayğaca xx.xx.2020-ci il tarixli ******* N-li Akt tərtib edərək, 216 (iki yüz on altı manat) manat dəymiş ziyan hesablanmışdır. O, həmin “Azəri-Qaz“ İstehsalat Birliyinin əməkdaşına bildirdi ki, o, sayğaca heç vaxt müdaxilə etməmişdir. Sayğacın laboratoriyada yoxlanış zamanı o orada olmamışdır. Evinin sayğacı küçədə quraşdırılıb. Həmin “Azəri-Qaz“ İstehsalat Birliyinin əməkdaşları da onun aylıq ödənişlərimə baxaraq, ona inandığını, lakin çox adama cərimə yazıldığını ona bildirdi. O, barəsində qərəzli və haqsız yazılan xx.xx.2020-ci il tarixli ******* N-li Akt tərtib edərək, 216 (iki yüz on altı manat) manat borcun silinməsini tələb etdi. Lakin bundan sonra ona yazılmış cərimə borcu silinmədi. Ona borcun silinməsi üçün Məhkəməyə müraciət etməli olduğunu bildirdilər. Qaz sayğacı əvəzləmə zamanı onun iştirakı ilə keçirilməli idi. Həmin sayğac laboratoriyada müayinəsi onun iştirakı ilə olmalı idi. Lakin hazırki prosedurlar onun iştirakı olmadan keçirildiyi üçün, həmin laboratoriya rəyinin heç bir mötəbərliyi yoxdur. Bu səbəbdən də xx.xx.2020-ci il tarixli ******* N-li Akt tərtib edərək, 216 (iki yüz on altı manat) manat cərimənin ondan tələb olunması ona qarşı haqsızlıqdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh İB-nin nümayəndəsi xx.xx.2026-cı il tarixdə etiraz ərizə ilə məhkəməyə müraciət edərək ki, İddiaçı Cavabdeh İB-yə qarşı 216 manat borcun silinməsi tələbinə dair 2(008)-7790/2025 saylı mülki iş vardır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçının qaz sayğacının dövlət yoxlanılmasından keçirdikdə məqsədli şəkildə sayğaca müdaxilə etməsi, yəni Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir (akt və foto çəkilişlər məhkəməyə təqdim edilmişdir). Məhkəmənin nəzərinə çatdırmaq istərdim ki, iddiaçının ünvanında quraşdırılmış G-4 markalı, 1202AQ**********2 saylı sayğacın müdaxilə olunduğu akt tərtib edilmiş və sayağac plombı bərpa edilmişdir. G-4 markalı,1202AQ**********2 saylı sayğacın müdaxilə etməsi fakti təsdiq etmək üçün çıxarılaraq, Sənaye və məişət qaz sayğaclarını kalibirləmə laboratoriyasına göndərilmiş, xx.xx.2019-cü il tarixli MSK 2.9/1710-02194 saylı aktla “sayğacın hesablama mexanizminin çarxlarının üzərində yad sarı maddə aşkar olundu.Klapan işlək deyil.” şəklində rəy verilmişdir. “Məişət tipli qaz sayğaclarının yoxlanması nəticəsində aşkar ediləcək qüsurların icrası barədə” Cavabdeh İB-nin direktoru tərəfindən , xx.xx.2018-cü il tarixdə təsdiq edilmiş Təlimatda yuxarıda qeyd edilən qüsur müdaxilə kimi qiymətləndirilmişdir. Rəy əsasında “Təbii qazdan istifadə qaydalarlnın pozulması haqqında” xx.xx.2020-ci il, ******* nömrəli akta əsasən 216 manat hesablanaraq abonentin saldosuna daxil edilmişdir. “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” Müqaviləsinin 2.3.4.-cü bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsi olaraq müəyyən edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq İddiaçı Cavabdeh İB-yə qarşı 216 manat borcun silinməsi barədə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, **********10000 nömrəli abonent İddiaçı məxsus sayğacın mexanizminin üzərində yad sarı maddə aşkar edilmişdir. xx.xx.2020-ci-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ******* nömrəli, xx.xx.2020-ci-cü il tarixli akta əsəsan itirilmiş qaz sərfiyyatının 2160 m3 olması hesablanmışdır. **********10000 nömrəli abonent İddiaçı məxsus saldodan görünür ki, abonentə 2020ci ilin fevral ayı üçün qalıq və aktlar üzrə 216 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sayğaca keçirilmiş baxış zamanı **********10000 nömrəli abonent İddiaçı istifadəsinə verilmiş sayğacın üzərində sarı yad maddə olmasını və bunun əsasında itirilmiş qazın həcmi 2160 kub metr hesablanaraq dəymiş zərər 216 manat olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, sayğacda yad sarı maddənin olması məhz iddiaçının təqsiri üzündən baş verməsi öz təsdiqini tapmadığı üçün məhkəmə qanunvericiliyin “istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin qaz paylayıcısının üzərinə düşməsi” tələbini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2020-ci-cü il tarixli akta əsasən **********10000 saylı abonent İddiaçı qanunsuz olaraq hesablanmış 216 manat borc silinməlidir. Azərbaycan Respublikası MPM-nın 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2020-ci-cü il tarixli akta əsasən **********10000 saylı abonent İddiaçı hesablanmış 216 (iki yüz on altı) manat borc silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar