Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7791/2025 19.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Rəhmanova Ləman Rizvan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi 6 saylı Bakı “ASAN” xidmət mərkəzinin Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi 6 saylı Bakı “ASAN” xidmət mərkəzinin Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1960-cı il təvəllüdlü X8 ünvan 1 ünvanında 04 noyabr 2025-ci il tarixdə ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1962-ci ildə Ağdaş rayonunda anadan olmuşdur. Həyat yoldaşı xx.xx.1960-cı il tarixdə Dəvəçi rayonunda anadan olmuşdur. Ərizəçi X12 ilə xx.xx.1984-cü ildə Bakı şəhəri, Oktyabr rayonu Qeydiyyat idarəsində nikaha daxil olmuşdur. X2 həyat yoldaşı olmuşdur. 04 noyabr 2025-ci il tarixdə 11:45 radələrində həyat yoldaşının vəziyyətinin kəskinləşdiyini görüb təcili yardım çağırdı. Təcili yardım təqribən saat 12:06 dəqiqədə gəlib ərinin artıq öldüyünü bildirdilər. Bu barədə ona təcili yardım tərəfindən bir ədəd ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Təcili və X7 Stansiyası tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 11 iyul 2025-ci il tarixdə saat 12:06 dəqiqədə təcili yardım gəlmiş, həkimə qədər kişi cinsinə mənsub meyid olduğu qeyd aparılmışdır. Ölüm haqqında tibbi şəhadətnamə alınması üçün 12 nömrəli Şəhər Poliklinikasına müraciət etmişdir. Həmin poliklinika tərəfindən ona xx.xx.2025-ci il tarixində imtina məktubu verilmişdir. Həmin məktubda qeyd edilmişdir ki, xx.xx.1960-cı təvəllüdlü X12 xəstəliyi ilə əlaqədar poliklinikaya heç bir müraciəti olmadığından ölüm haqqında tibbi şəhadətnamə vermək mümkün olmamışdır. Əlindəki mövcud sənədlərlə ölüm haqqında şəhadətnamənin verilməsi üçün 6 saylı Bakı Asan Xidmət X4 müraciət etsə də, xx.xx.2025- ci il tarixli №3- 16-5/8-15-1192/25 saylı cavab məktubunda bildirilmişdir ki, ölümü təsdiq edən sənəd (tibbi şəhadətnamə) olmadığından qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün deyildir. X2 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi qəbristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verərək, təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs 6 saylı Bakı Maraqlı şəxsndə Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X1 ifadəsində bildirmişdir ki, ərizəçi Nigar xanım qonşusudur. Mərhum da sakit adam idi. Mərhumun adı Ramiz idi. Onu Ramiz adı ilə tanıyırdılar, amma sənəddə adı ayrı gedirdi. Göstərilən şəkil mərhumun şəklidir. X17 gedir, mərhum arvadı ilə birlikdə bina evinin 1 və ya 2-ci mərtəbəsində qalırdı. Onun da mənzili bina evindədir, ancaq binaları ayrı-ayrıdır. Mərhumun ölüm tarixi dəqiq ağlında qalmayıb. Deyəsən, 2025-ci ilin noyabr ayı idi. Hadisə vaxtı saat səhər 12:00 olardı, təcili yardım gəldi. O, nəvəsini məktəbə aparırdı, qayıdanda ağlaşma olduğunu gördü, içəri girəndə gördük ki, ağlaşma var, mərhum üzü açıq divanda idi. Üzünü örtdülər. Təcili yardım çağırmışdılar. Yas mərasimində iştirak etmişdir. Dəfn günü orda olsa da, amma dəfn olunduğu yerə getməmişdir. Harada dəfn olunduğunu bilmir. Məhkəmə iclasında şahid X10 ifadəsində bildirmişdir ki, Nigar xanımla üzbəüz qonşudur. Mərhum ölən günü Nigar xanımın səsini eşitdi, səsə getdi. O, Seyid Hüseyn küçəsi, 3 A ünvanında yaşayır. İndi bu küçəyə yeni bir ad deyirlər, yeni adını bilmir. Onda həyət evidir. Ərizəçi də isə ikimərtəbə bina evidir, onun qabağında onun həyət evidir, ortadan maşın yolu keçir. Həkim ora çatanda dedi ki, infarktdan ölüb. Yas mərasimində iştirak etmiş, amma dəfninə gedə bilmədi, harada dəfn olunduğunu bilmir. Kişinin qardaşları tərəfdə dəfn etdiklərini eşitdi. Mərhum ərizəçinin yoldaşı idi. Ölüm tarixi yadında deyil. Amma 2025-ci ildə ölüb, payız fəsli idi, yağış yağırdı. Yeni ildən əvvəl idi, deyəsən, noyabr ayı idi, amma günü xatırlamır. Yasa gələn qohumlar yağış yağdığı üçün onun evinin qarajında oturmaq istədilər, o, onları içəri dəvət etdi. Məhkəmə iclasında şahid X5 ifadəsində bildirmişdir ki, uzun illərdir ki, Nigar xanımgillə qonşudur. Onlar Sabunçu qəsəbəsi, Seyid Hüseyn küçəsi 4-də yaşayırlar, bina evində qonşudurlar, fərqli binalardadırlar. Ərinin adı Ramiz idi, Ramiz kimi tanımışlar, Ramiz adlı qardaşı olmayıb. Şəkildəki mərhumdur. O, işdə idi, işdən gələndə eşitdi ki, təcili yardım gəlib, halı pisləşib. Ölüm tarixini xatırlamır. Səhv etmirsə, 40 mərasimi çıxmayıb. 2025-ci ilin sonu olardı, bəlkə də dekabr ayı idi. Təcili yardım çağırmışdılar. Dedilər ki, halı pisləşib infarkt keçirib. Yas mərasimində valideynləri iştirak edib. O, özü yas və dəfn mərasimində olmamışdır. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZE seriyalı 08573724 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 xx.xx.1960-cı il tarixdə doğulmuşdur. - xx.xx.2025-ci il tarixli “Bakı şəhəri Təcili və X7 Stansiyası” PHŞ-nin xəbərdarlıq vərəqəsindən görünür ki, X12 TTTY gələnə qədər ölmüşdür. - İİİ-ЖГ seriyalı 423672 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X12 ilə X6 xx.xx.1984-cü il tarixdə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1316 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Novruzova soyadı verilmişdir. - 6 saylı Bakı “ASAN” xidmət mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından ölümün dövlət qeydiyyatına alınması imkan xaricindədir. - “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsi 12 nömərli Şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1960-cı il təvəllüdlü, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, S.Hüseyn küçəsi ünvanında yaşamış X12 müəssisəyə hər hansı bir xəstəliklə bağlı müraciət etmədiyi üçün ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün deyildir. - Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu Biləcəri bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli arayışdan görünür ki, X12 xx.xx.2025-ci il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 nömrəli qəbirstanlıqda dəfn olunmuşdur. - xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, ərizəçi tərəfindən 100.60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 1.1-ci bəndindən göründüyü kimi xüsusi icraat işlərinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-60-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.6-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bəndinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir. 6.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Göründüyü kimi X8 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi təqdim olunmuş sənədlərlə və şahid ifadələri ilə tam təsdiq olunur, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən, məhkəməyə müraciət etmişdir. Bu faktın təsdiq edilməsi X8 ölüm haqqında şəhadətnaməsinin alınması üçün tələb olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1960-cı il təvəllüdlü X8 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi fakt müəyyən edilməlidir. Qətnamənin ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsas olması diqqətə çatdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1960-cı il təvəllüdlü X8 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-7791/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7791/2025
19.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver