Məhkəmə qərarları › İş №2(008)-7815/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7815/2025

16.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7815/2025 16.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Nuranə Rafiq qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Saatlı rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Saatlı rayon Qeydiyyat şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək babası X2 xx.xx.1989-cu il tarixdə Saatlı rayonu Qara Nuru kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, onun babası X6 xx.xx.1989-cu il tarixdə vəfat edərək Saatlı rayon Qara Nuru kənd qəbristanlığında dəfn edilmişdir. Babası anidən ölümüş, ailə üzvləri həddindən artıq sarsıldığından və kifayət qədər hüquqi savadları olmadığından babasının ölümü haqqında şəhadətnaməni ala bilməyiblər. X4 xx.xx.2025-ci il tarixdə dünyasını dəyişdiyinə görə atasının adına olan Bakı şəhəri Sabunçu rayonu ünvan 1 ünvanda yerləşən əmlaka dair vərəsəliyin açılması ilə bağlı, baba X2 ölüm şəhadətnaməsi istənildi. Bununla əlaqədar olaraq babanın ölüm haqqında şəhadətnaməsinin alınması zərurəti yaranmışdır. Babanın ölüm akt qeydinin aparılması və onun adına ölüm haqqında şəhadətnamə verilməsi üçün Saatlı rayon qeydiyyat şöbəsinə müraciət etmiş, lakin şöbə tərəfindən verilmiş məktubda göstərilmişdir ki, qeydiyyat orqanında ölümün qeydə alınması, ölüm haqqında tibbi şəhadətnamə və ya məhkəmə qətnaməsi əsasında aparılır. Saatlı rayon qeydiyyat şöbəsi xx.xx.2025-ci il tarixli imtina məktubu verdi. Buna görə də ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Saatlı rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasını vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxs Saatlı rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır: AA******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, qeydiyyat yeri ünvan 2 ünvanıdır. Sabirabad rayonu ZAQS bürosunun АЗ 544424 nömrəli doğum haqqında şəhadətnaməsindən görünür ki, X9 xx.xx.1959-cu il tarixdə doğulmuş, onun atası X5r. Bakı şəhəri 4 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 658606 №-li nikah haqqında şəhadətnamədən görünür ki, X9 ilə X10 xx.xx.2024-cü il tarixdə 1970 saylı akt qeydi ilə nikaha daxil olmuşlar. "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan və Xİ ЖГ 393473 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X9 iddiaçı Ərizəçi atasıdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X16 ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il tarixli çıxarışından görünür ki, Bakı şəhərində doğulmuş, qeydiyyat yeri ünvan 2 ünvanında olan mənzil X7 tam mülkiyyətindədir. Saatlı rayon Qeydiyyat şöbəsinin AZ-İİ 505282 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.1995-ci il tarixdə ölmüşdür. Saatlı rayon Qeydiyyat şöbəsinin AZ-İİ 508510 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2025-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Saatlı rayon Dövlət arxivinin xx.xx.2025-ci il tarixli məlumatından görünür ki, Saatlı rayon Qaranuru (Krasnoselski) kənd sakini X2 doğum haqqında şəhadətnaməsi Saatı rayon Dövlət Arxiv İdarəsində aşkar olunmadı. Saatlı rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Azərbaycan Respublikasının vətəndaşı X2 doğumunun müəyyən edilməsi məqsədilə "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları və Saatlı rayon qeydiyyat şöbəsində 1949- 1952-ci illər üzrə bərpa akt qeydləri yoxlanılmış ve doğumu haqqında akt qeydi aşkar edilməmişdir Saatlı rayon İcra Hakimiyyəti başçısının Qara Nuru kənd İnzibati ərazi dairəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Ərizəçi babası mərhum X8 xx.xx.1989-cu ildə vəfat edib Saatlı rayonu Qara Nuru kənd qəbristanlığında dəfn edilib. Saatlı rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli ölümün qeydə alınmasından imtina rəyindən görünür ki, ərizəçi qeydiyyat şöbəsinə ölüm faktını təsdiq edən heç bir sənəd təqdim etmədiyindən mərhum X3 ölümünün qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası «TƏBİB» X16 “Saatlı rayon Mərkəzi Xəstəxanası”PHŞnın xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ərizəçinin atası X2 198---cu ildə vəfatı ilə bağlı ölüm haqqında tibbi şəhadətnamənin verilməsi barədə Saatli Rayon Mərkəzi Xəstəxanasının arxivində heç bir qeydiyyat sənədi yoxdur. İşdə olan qəbirin fotoşəklindən X2 1934-1989-cu illər ərzində yaşadığı qeyd edilmişdir. X1 (ərizəçinin anası, "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemində çıxarış), X15 (ərizəçinin qohumu, AZE 13050095 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi) X2 xx.xx.1989-cu il tarixdə Saatlı rayonu Qara Nuru kəndində ölməsi faktını təsdiq etmişdilər. Hazırda ərizəçi babası X2 xx.xx.1989-cu il tarixdə Saatlı rayonu Qara Nur kəndində vəfat etməsi faktının müəyyən edilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə tələbin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 3 nömrəli qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin qərarın 9.1-ci bəndinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Həmin Qanunun 9.2-ci bəndinə əsasən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə hesab edir ki, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, bu faktın təsdiq edilməsi ölüm haqqında şəhadətnamənin alınması ilə əlaqədardır. Məhkəmə göstərilənlər əsasında hesab edir ki, X2 ölüm faktının müəyyən edilməsi məhkəmədənkənar qaydada həlli artıq mümkün deyildir. Bu səbəbdən ərizəçinin şəxsi hüquqlarını həyata keçirilməsi üçün şəhadətnamənin alınması əhəmiyyətlidir. Beləliklə, məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, eləcə də qanunvericilik normaları, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyi və işin müəyyən edilmiş faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, ölüm faktı iş materialları, ərizəçinin izahatı və şahidlərin ifadələri ilə də təsdiq edilir. Buna görə ərizə əsaslı olduğundan təmin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, maraqlı şəxsdən tələb edilmədiyindən Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X2 xx.xx.1989-cu il tarixdə Saatlı rayonu Qara Nuru kəndində vəfat etməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Babaşov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar