Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7848/2023 28.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə islas katibi X7, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhər Sabunçu rayon Qeydiyyat Şöbəsi qeyd edilməklə ölüm faktının müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Bakı şəhər Sabunçu rayon Qeydiyyat Şöbəsi qeyd edilməklə ərizə ilə (dəqiqləşdirilmiş tələblə) məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixdə doğulmuş əri X4 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, mərhum həyat yoldaşı X5 xx.xx.1963cü ildə Bakı şəhərində anadan olmuş, xx.xx.2023-cü ildə Bakı şəhərində vəfat etmişdir. Belə ki, xx.xx.2023-cü il tarixində mərhum həyat yoldaşı X2 münasibətdə vəziyyəti kəskin pisləşmiş və oğlu X8, dostu X13 və qardaşım X6 iştirakı ilə tibbi müayinədən keçirilməsi üçün mərhumun istifadəsində olan avtomobil ilə kliniki tibbi mərkəzə aparılmışdır. Digər tibbi yoxlanışlar üçün başqa tibb müəssisəsinə aparılarkən avtomobildə vəfat etmişdir. Mərhumun vəfatı ilə əlaqədar Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi - “X18” publik hüquqi şəxsi tərəfindən xx.xx.2023-cü il tarixli “Həkimə qədər ölüm halını təsdiq edən akt” verilmişdir. Ölümün qeydə alınması ilə əlaqədar “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi məqsədilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi 7 saylı Birləşmiş Şəhər Xəstəxanasına 31 10.2023-cüil tarixli ərizə ilə müraciət edilmişdir. “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsinin 21 nömrəli şəhər poliklinikasının 03.11,2023-cü il tarixli 783 nömrəli cavab məktubunda “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən edilmişdir. Həmçinin Bakı şəhər Sabunçu Rayon Qeydiyyat Şöbəsinə “ölüm haqqında şəhadətnamə”nin verilməsi məqsədilə ərizə ilə müraciət edilmişdir. Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli 3-16-5/8-15-1222/2023 nömrəli cavab məktubunda ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından ölüm faktı təsdiq edilmədiyi qeyd edilmiş və məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. X3 Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbə qəbiristanlığında dəfn edilmişdir. Vərəsəlik hüquq münasibətlərindən həmçinin mülki müqavilə öhdəliklərindən irəli gələn məsələlərin (kredit müqaviləsi) həll edilməsi, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dəfn üçün müavinətin alınması və digər məsələlərlə əlaqədar ölümün qeydə alınması və müvafiq şəhadətnamənin verilməsi zəruridir. Maraqlı şəxs Bakı şəhər Sabunçu rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq işə maraqlı tərəf Sabunçu rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərərk, ərizəsiin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). Ərizəçi xx.xx.1969-cu il tarixdə doğulmuşdur, Bakı şəhəri, Sabunçu rayonunda qeydiyyatdadır (1684096 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi). X5 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində doğulmuşdur (16507916 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi). Ərizəçi Sultanova (Məmmədova) Sevil Gülməmməd qızı X5 ilə xx.xx.1993-cü il tarixdə nikahlarını bağlamışdılar (Bakı şəhəri Sədaət Sarayı tərəfindən verilmiş Vİ-JQ seriyalı 351796 №-li nikahın bağlanması haqqında şəhadətnamə). xx.xx.2023 və 2.06.2023-cü il tarixlərdə Təcili və X12 X1 vəziyyətinin pisləşməsi ilə əlaqədar ilk tibbi yardımı göstərmişdir. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi - “X18” publik hüquqi şəxsi tərəfindən xx.xx.2023-cü il tarixdə X5 barəsində “Həkimə qədər ölüm halını təsdiq edən akt” verilmişdir. Təcili və X12 Stansiyasının 2 saylı bölməsi tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X4 adına xx.xx.2023-cü il tarixdə çağırış edilmiş, həkimə qədər ölməsi baş vermişdir. Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə birliyi» Publik Hüquqi şəxsi Bakı şəhər Baş Səhiyyə Mərkəzi Publik Hüquqi şəxsi 21 №-li şəhər poliklinikası tərəfindən ölüm arayışının verilməsində imtina edilmişdir (xx.xx.2023-cü il tarixli məktub). Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir (xx.xx.2023-cü il tarixli məktub). Nardaran rayon Nardaran Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X4 adına xx.xx.2023-cü il tarixdə ölmüş və Nardaran qəbristanlığında dəfn edilmişdir. Hazırda ərizəçi əri X4 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə tələbin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 3 nömrəli qərarlarının 9.1-ci bəndinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Həmin Qanunun 9.2-ci bəndinə əsasən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə hesab edir ki, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, bu faktın təsdiq edilməsi ölüm haqqında şəhadətnaməsinin alınması ilə əlaqədar tələb olunur. Qeyd olunanlara əsasən məhkəmə ərizənin təmin edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.2023-cü il tarixdə doğulmuş X4 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhər Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-7848/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7848/2023
28.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver