Məhkəmə qərarları › İş №2(008)-7884/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7884/2021

17.12.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7884/2021 17.12.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçılar İddiaçı1, İddiaçı2, Cavabdeh1, onun vəkili və nümayəndəsi Vəkil, Cavabdeh2 MTK-nın nümayəndəsi X1 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehlər Cavabdeh2 MTK, Cavabdeh1 qarşı ayrıca mənzillə təmin edilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair iddia üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakıxanov Rezidens Komplekslər Qrupu və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onların ayrıca mənzillə təmin edilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia onunla əsaslanlırılmışdır ki, Cavabdeh1 məxsus mənzilə məhkəmə qətnaməsi əsasında iddiaçıların hüquqları tanınmış, kommunal xidmətlər ümumi istifadədə saxlanılmaqla sahəsi 19,96 kv metr otaq iddiaçılara, səhələri 13,25 və 11,79 kv metr olan digər iki otaqlar Cavabdeh1 verilmişdir. Hazırda bina "xxxx" tikinti şirkəti tərəfindən sökülmək ərəfəsindədir. Şirkətin nümayəndəsi iddiaçılara bildirmişdir ki, kirayə müqaviləsi Cavabdeh1 ilə bağlanıb və onlara bir mənzil veriləcək. Məhkəmə əsl olmayan cavabdeh Bakıxanov Rezidens Komplekslər Qrupunu əsl olan Cavabdeh2 MTK ilə əvəz etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 izahat verərək qeyd etdilər ki, Cavabdeh1 ilə bir mənzildə yaşamaq mümkün deyil, məhz bu səbəbdən onların köhnə mənzildə istifadə hüquqları təmin olnsa da orada yaşamamışdılar. Onun öz ailəsi var. Xahiş dirlər iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən Cavabdeh1, onun vəkili və nümayəndəsi Vəkil iş üzrə izahat verərək qeyd etdilər ki, iddiaçıların köhnə mənzildə istifadə hüquqları olduğu kimi də təzə verilmiş mənzildə də təmin olunacaq. İddianın rədd edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 MTK-nın nümayəndəsi X3 iddianı qəbul etməyərək, qeyd etdi ki, onlar mülkiyyyətçilər ilə müqavilə bağlayırlar, ailələrin içindəki münaqişələrin onlara aidiyyəti yoxdur. İddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşıdraraq hesb edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). Bakı şəhəri, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsi, ev 20, mənzil 3 Cavabdeh1 mülkiyyətindədir (Bakə şəhəi İcra Hakimiyyəti Texniki İnventarlaşırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən 01.11.1995-ci il tarixdə verilmiş Qeydiyyat Vəsiqəsi). İddiaçı1 onun qızı, İddiaçı2 keçmiş arvadıdır. Sabunçu rayon Məhkəməsinin 28.10.1998-ci il tarixli qətnaməsi ilə İddiaçı2 Cavabdeh1 qarşı iddiası təmin edilərək, adıçəkilən mənzidə sahəsi 19,96 kv metr olan bir uşağı ilə iddiaçının, səhələri 13,25 və 11,79 kv metr olan digər iki otaqdan isə Cavabdeh1 istifadə qaydası müəyyən edilmişdir. Bakı şəhər İcra Hakimyyəti başçısının 24.11.2021-ci il tarixli, 302 №-li sərəncamı ilə ünvan 1 ünvanlarında, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 0,92 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğyn qarşılıqlı razılıq əsasında Cavabdeh2 MTK tərəfindən tənzimləməsi şərti ilə həmin MTKnən istifadəsinə verilmişdir. Cavabdeh2 MTK ilə Cavabdeh1 arasında 18.09.2021-ci il tarixdə aşağıdakı şərtlərlə 2 №-li çoxmənzilli yaşayış binasında yaşayış sahəsinin əvəzləmə müqaviləsi bağlamışdır. Cavabdeh1 ona məxsus yuxarıda qeyd olunan ümumi sahəsi 59,11 kv metr olan mənzili MTK-ya verməyi, MTK isə Bakı şəhəri, Mehmandarov, 24 ünvanında inşa edəcəyi çoxmənzilli yaşayış binasının 3-cü mərtəbəsində, ümumi sahəsi 87,5 kv metr olan 4 №-li yaşayış sahəsini tam təmirli şəkildə təhvil verməyi öhdələrinə götürmüşdülər. Eyni zamanda, Cavabdeh1 mənzilə istifadə hüququ olan şəxslərin yeni tikilən binada təhvil aldığı yaşayış sahəsində maneçilik törətməmək və ona köçürülən kirayə haqqından istifadə hüququ olan şəxslərin hüquqlarını pozmamaq şərtilə məqsədəmüvafiq qaydada istifadə etmək öhədliyini öz üzərinə götürmüşdür. Hazırda iddiaçılar inşa ediləcək yeni binada onların MTK tərəfindən ayrıca mənzillə təmin edilmələrini istəyirlər. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsassız olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi, Cavabdeh2 MTK-nın üzərinə mənzillərdə yaşayan və istifadə hüquqları tanınan şəxslərin mənzillə təmin etmək öhdəliyi qoyulmamış, MTK-nın üzərinə yalnız qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə müqavilə bağlamaq öhdəliyi qoyulmuşdur. İddiaçıarın istifadə hüquqları dövlət qeydiyyatına alınmamış, onlara qarşı müəyyən öhdəlikləri olan Cavabdeh1dur və o, həmin öhdəliklərdən yayınmır. Hətta MTK ilə onun arasında bağlanmış müqavilədə mənzilə istifadə hüququ olan şəxslərin yeni tikilən binada təhvil aldığı yaşayış sahəsində maneçilik törətməmək və ona köçürülən kirayə haqqından istifadə hüququ olan şəxslərin hüquqlarını pozmamaq şərtilə məqsədəmüvafiq qaydada istifadə etmək öhədliyini öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Odur ki, məhkəmə hesab edir ki, MTK-nın üzərinə müqavilə bağlamaq öhdəliyi qoyula bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı adıçəkilən evə dair hər hansı bir sənəd, o evdə yaşamaqlarına dair hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238-253, 244, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia rədd edilsin. Qətnamədən 1 ay müddətində Sabunçu rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar