Məhkəmə qərarları › İş №2(008)-8/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-8/2023

05.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-8/2023 05.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs olmaqla, doğum akt qeydinin bərpa edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1983-cü il tarixdə Ermənistan SSR, Ararat rayonu, Aralez kəndində anadan olmuş Ərizəçi doğum akt qeydinin bərpa edilməsi və veriləcək yeni doğum haqqında şəhadətnamədə ata qrafasında – X3, atanın milliyyəti olaraq “azərbaycanlı”, ana qrafasında X10, ananın milliyəti olaraq “azərbaycanlı” qeyd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, onunla əsaslandırdı ki, 1988-ci ildə Ermənistan SSR-dən deportasiyaya məruz qalaraq, valideynləri ilə birlikdə Salyan rayonunda məskunlaşmışlar. X1 xx.xx.2002-ci ildə Salyan rayonunda, anası X10 xx.xx.2004-cü ildə Bakı şəhərində vəfat etmişlər. 2***-ci ildə Salyan rayonundan Bakı şəhərinə universitetə qəbul imtahanında iştirak etmək üçün gəldiyi vaxt yolda doğum haqqında şəhadətnaməsini itirmişdir. Sənədləşdirmə işləri ilə əlaqədar şəhadətnamə tələb olunur. O, qeyd etdiklərinə əsasən, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Ərizəçi qardaşı oğludur, Təsdiq edir ki, o, xx.xx.1983-cü il tarixdə Ermənistan SSR, Ararat rayonunda doğulmuşdur. Qardaşı Novruz ailəsi ilə birlikdə 1988-ci ildə Ermənistandan qaçqın düşmüş, Salyan rayonuna köçmüşlər. Qardaşı orada vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, ərizəçi Namiq qardaşı oğludur. Namiq 3 yaşında olarkən məlum hadisələrlə əlaqədar, qaçqın kimi əvvəlcə Salyan rayonuna, daha sonra Sabunçu rayonu, Ramana qəsəbəsinə pənah gətirmişdir. Həmçinin təsdiq edir ki, o, xx.xx.1983-cü il tarixdə Ermənistan SSR, Ararat rayonunda doğulmuş, X1, anası X10 olmuşdur. Hər iki valideyni vəfat etmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, ərizəçi xx.xx.1983-cü il tarixdə Ermənistan SSR, Ararat rayonunda anadan olmuşdur. Qeydiyyat ünvanı ünvan 1an 5, ev 9 ünvanıdır. Sənədləşdirmə işinin aparılması ilə əlaqədar şəhadətnamə tələb olunur. Lakin o, həmin sənədini itirmişdir. Şəxsiyyətini təsdiq edən yeganə sənəd şəxsiyyət vəsiqəsidir. Yeni doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş, lakin orada ona doğum akt qeydinin bərpasının və yeni doğum haqqında şəhadətnamənin verilməsinin yalnız məhkəmə qətnaməsi çıxarıldıqdan sonra mümkün olacağı bildirilmişdir. Bu səbəbdən Ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlər Ərizəçi AZE ******** seriya nömrəli şəxsiyyət vəsiqələrinin surəti, şahid ifadələri, Salyan rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş X2 xx.xx.2002-ci il tarixdə ölümünün qeydə alınmasına dair arayışın surəti, Salyan rayon Qızılağac kənd ərazi nümayəndəliyi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş, X6 xx.xx.2004-cü il tarixdə ölümünün qeydə alınmasına dair ölüm haqqında şəhadətnamənin surəti, Maraqlı şəxs xx.xx.2022-ci il tarixli məktubu və digər sənədlərlə təsdiqlənir. İş üzrə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 305.1.1-ci maddəsindən görünür ki, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğuunun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə alır və belə nəticəyə gəlir ki, ərizəçi doğum haqqında şəhadətnaməsini itirdiyindən və onun başqa yolla bərpası mümkün olmadığından, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1983-cü il tarixdə Ermənistan SSR, Ararat rayonunda doğulması barədə akt qeydi bərpa olunmalı və həmin akt qeydində ata qrafasında “X3”, atanın milliyəti olaraq “azərbaycanlı”, ana qrafasında “X10” ananın milliyəti olaraq “azərbaycanlı” qeyd edilməklə bu barədə müvafiq şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1983-cü il tarixdə Ermənistan SSR, Ararat rayonunda doğulması barədə akt qeydi bərpa olunmaqla, həmin akt qeydində ata qrafasında “X3”, atanın milliyəti olaraq “azərbaycanlı”, ana qrafasında “X10”, ananın milliyəti olaraq “azərbaycanlı” qeyd edilsin. Hazırkı qətnamə ərizəçiyə yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar