Məhkəmə qərarları › İş №2(008)-8007/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-8007/2022

02.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-8007/2022 02.12.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Əsədova Tahirə Əlif qızı, İddiaçı Şükür qızının iddia ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Şükür qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun ərizəsinə baxılmasını, Bəxtiyar üçün ölçü götürülməsini, sənədlərinin düzəldilməsinə, Elçin İsmayılovun adının sənədindən çıxarılmasına köməklik göstərilməsini xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirib hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, iddia icraatında tərəflər iddiaçı, cavabdeh və üçüncü şəxslər ola bilər. Lakin hazırki iddai ərizəsində İddiaçı Şükür qızı tərəfləri qeyd etməmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi AR MPM-in tələblərinə uyğun olaraq tərtib edilməli, tərəflərin statusu müəyyən edilməklə yenidən verilməlidir. Eyni zamanda iddia ərizəsində İddiaçı Şükür qızının mübahisələndirdiyi tələblər qeyri-müəyyəndir. Azərbaycan Respublikası MPM-nin: 152.1, 152.1.1-cı maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 263.1-ci maddəsinə əsasən iş mahiyyəti üzrə həll edilmədikdə, məhkəmə aktları qərardad formasında çıxarılır. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Beləliklə hesab edirəm ki, iddia ərizəsi MPM-in 149-cu maddəsinə riayət edilməməklə verildiyinə görə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, və 268cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddia ərizəsi icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar