Məhkəmə qərarları › İş №2(008)-801/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-801/2022

21.02.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-801/2022 21.02.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Rəhmanov Cahid Faiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdehlər X5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “yaşayış evinə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “yaşayış evinə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 13 avqust 2020-ci il təvəllüdlü X10 ilə birgə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 yaşadığı Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, 810 X11, ev 10, mənzil 5 ünvana köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə 14 avqust 2019-cu il tarixdə 1 saylı Bakı “ASAN Xidmət” mərkəzində rəsmi ailə qurmuşlar. Birgə nikahlarından 13 avqust 2020-ci il təvəllüdlü X10 adlı övladı anadan olub. 14 avqust 2019-cü ildə ailə qurandan sonra köçüb Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, 810 X7 ev 10 mənzil 5-də yaşamışlar. 14 avqust 2019-cı ildən 2021-ci ilin avqust ayının 15-nə qədər Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, 810 X7 ev 10 mənzil 5-də yaşamışlar. Ailə quran zaman və bir müddət sonra münasibətləri yaxşı olmuşdur. Sonradan isə münasibətləri pisləşmişdir. Bu səbəbdən də ailədə narazılıqlar və söz-söhbətlər yaranmışdır. Cavabdehlər 2021-ci ilin avqust ayında onu körpə uşağı ilə birlikdə evdən çıxartmışlar. Hal-hazırda bir yerdə yaşamırlar. Kiçik yaşlı oğlu ilə birlikdə ünvan 2 ünvanda valideyinlərinin yanında yaşayır. Hazırda cavabdeh onu həmin ünvanda yaşamağa imkan vermir, övladı ilə həmin ünvanda gedib yaşamaq istəsə də cavabdeh onları qovur. Halhazırda onun yaşamağa yeri yoxdur müvəqqəti övladı ilə birlikdə valideyinlərinin yanında yaşayır. Cavabdeh onu uşağı ilə birlikdə qeydiyyatda olduğu evə buraxmır və orada yaşamağa imkan vermir. Buna görə də onu Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, 810 X11 ev 10 mənzil 5 ünvanda yerləşən qeydiyyatda olduğu mübahisəli evə məhkəmə qaydasında məcburi köçürülməyi zərurəti yarandığından məhkəməyə müraciət etmək məcburiyyətindədir. Belə ki, Məcburi köçkünlər üçün inşa edilmiş, evdə cavabdehlər kimi o və körpə uşağı qeydiyyatdadırlar və yaşayış yeridir. Uzun müddət həmin evdə yaşamış və bir övladı anadan olmuşdur, ikinci övladı tezliklə anadan olacaqdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X8, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbi qismən etiraf edərək iddiaçının onun nəvəsi Cavabdeh1 ilə nikaha girdikdən sonra onlarla birlikdə eyni evdə qaldığını, hal-hazırda da onun həmin evdə yaşamasını etiraz etmədiyini bildirdi. Cavabdehlər X5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 məhkəmənin vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 1 saylı Bakı “ASAN Xidmət” X2 AZ-İİ nömrəli, 353507 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında 14 avqust 2019-cu il tarixdə 2158 nömrəli nikah qeyd edilmişdir. -Ağdam Rayon Qeydiyyat Şöbəsinin AZ-İV seriyalı, 498222 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 13.08.2020-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh1, anası isə İddiaçıdır. - Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, X6, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 ünvan 4 ünvanında qeydiyyatdadırlar. - Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi, Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Mənzil-Kommunal İstismar Sahəsinin 18 nömrəli, 15 oktyabr 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı 2019-cu ilin avqust ayında ailə qurub. 2020-ci ildə oğlu X10 dünyaya gəlib və hal-hazırda həmin mənzildə (bina 10, mənzil 5) qeydiyyatdadır. Amma ailə münaqişəsi zəmnində həmin mənzildə yaşamır. Cehiz əşyaları həmin mənzildədir. - Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi, Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Mənzil-Kommunal İstismar Sahəsinin 19 nömrəli, 18 oktyabr 2021-ci il tarixli arayışdan görünür ki, Bina 10, mənzil 5-də müvəqqəti məskunlaşmış məcburi köçkün Cavabdeh1 və İddiaçı ailə tərkibi X6, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 olmaqla 7 nəfərdən ibarətdir. - Binəqədi rayon Mənzil–Kommunal Təsərrüfat Birliyi 80 saylı Mənzil-Kommunal İstismarı Sahəsinin 786 nömrəli, 25.10.2021-ci il tarixli arayışına əsasən İddiaçı 7 mikrorayon, Abay Kunanbayev 5b saylı evin 16 mənzildə Ağdam rayonundan gəlmiş məcburi köçkün kimi müvəqqəti məskunlaşıb. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********29 nömrəli, 10.12.2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, 810 X11, ev 10, mənzil 5 ünvanında qeydiyyata alınması aşkar edilməmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçının köçmək istədiyi yaşayış evi özbaşına tikilidir və həmin ünvana dair hər hansı bir hüquq müəyyənedici sənədlər mövcüd deyildir. Beləliklə məhkəmə araşdırılması zamanı məlum olmuşdur ki, iddiaçı ilə cavabdeh 14.08.2019-cu il tarixində rəsmi nikaha daxil olarq ailə həyatı qurmuşlar. Ailə həyatı qurduqdan sonra onlar digər cavabdehlərlə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, 810 X11, ev 10, mənzil 5 ünvanında birlikdə yaşamışlar. Nikah dövründə tərəflərin bir 13.08.2020-ci il təvəllüdlü övladı X10 dünyaya gəlmişdir. Bundan sonra tərəflər arasında olan ailə münasibətləri pozulmuş, iddiaçı azyaşlı övladı ilə evdə məcburi qaydada çıxardırılaraq başqa yerdə yaşamağa məcbur olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08.10.2013-cü il tarixli qararında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, mübahisəli evə dair hər hansı hüquqmüəyyənedici sənədlərin olmamasına baxmayaraq, hazırki mübahisənin düzgün həlli baxımından mənzil istifadə hüququna dair normalar nəzərdən keçirilməli, tərəflər arasında münasibətlərin yaranma müddətləri, özbaşına tikilidə faktiki yaşayanlarla iddiaçının əlaqəsi, iddiaçının özbaşına tikilidən istifadə etdiyi müddətlər araşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 30.4-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konistitusiyasının 43.1-ci maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma xarakterinə görə qadağanedici norma, tətbiq edilən subyektlərin dairəsin görə isə ümumi normadır. Normanın mənası ondan ibarətdir ki , hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və ya digər bu kimi yerlərə köçürülməyə dair iddialar həll edilərkən ilk növbədə 3 məsələ aydınlaşdırılmalıdır. 1. Şəxs köçmək isdədiyi yerdə yaşayıbmı, 2. Şəxs yaşadığı yerdən məhrum edilibmi. 3.məhrumetmə qanunidir. Hazırki mülki işdə 1-ci və 2-ci hallar mövcuddur, ona görədə hazırda 3-cü halın mövcud olubolmaması aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilərdiki, mıəhrumetmə ilə nəticələrə yol verən şəxsin mənzilə və ya digər bu kimi yerlər üzərində mülkiyyət hüquq, istifadə hüququ, icarə hüquqi və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Beləliklə cavabdehlərin ev üzərində hüquqları olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edlmədiyindən onların iddiaçıya qarşı törətdikləri məhrumetmə qanunsuzdur. Beləliklə cavabdehlər yuxarıda qeyd edilən qadağanedici normaları pozmuş, pozuntunun nəticələri hal-hazırdada davam etməkdədir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks halda pozulan norma əhmiyyəti olmayan norma sayıla bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı azyaşlı övladı ilə birlikdə məhrum edildiyi mənzilə köçürülməlidir. Məhkəmə onunda qeyd edir ki, mübahisəli mənzilin daşınmaz əmlakın dövlət reysterindən qeydiyyata alınmaması Konistitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə maneə ola bilməz. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və cavabdehlər tərəfindən istifadə edilir. Cavabdehlər mübahisəli evdə normal şərtlər daxilində yaşadığından bərabərlik prinsipinə uyğun olaraq iddiaçınında azyaşlı övladı ilə birlikdə həmin evdə yaşamaq hüququ vardır. Məhkəmə həmçinin nəzərə alır ki, Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikilidə yaşamalarını və oradan istifadə etmələrini qadağan edən norma yoxdur. Məhkəmə bir daha qeyd etməyi zəruri sayır ki, iddiaçının evə köçürülməsi barədə qətnamənin qəbul olunması onun evdən istifadə hüququnun tanınması mənasına gəlmir. Bu qətnamə gələcəkdə, qanuni əsaslar olduğu halda iddiaçının həmin evdən məhrum edilməsinə mane olmur. Evə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi təmin edilsin. İddiaçı 13.08.2020-ci il təvəllüdlü övladı X10 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, 810 X11, ev 10, 5 saylı mənzilinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar