Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-801/2023 11.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X4 iştirakı ilə İddiaçı Cavabdeh İB-yə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X1 üzərinə Cavabdeh İB-nin müvafiq aktı üzrə hesablanmış 1921,50 manat borcun silinməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulması və məhkəmə üzrə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh " Azeriqaz" İB onun mərhum anası X2 qarşı məhkəmədə iddia qaldiraraq, yuxarıda ünvanı göstırilən mənzildə cavabdeh tərəfindən təbi qazdan qeyri-qanuni istifadə edilməsinə görə üzərinə hesablanmış 1921.50 maanat borcun məcburi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 19 iyul 2020-ci il tarixli 2(008)- 2844/2020 saylı qərardadı ilə cavabdehin vəfat etməsi ilə bağlı ( AR MPM nin 261.7-ci maddəsi) həmin iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilmişdir və qərardad hazırda qanuni qüvvəsindədir. Cavabdehin iddia tələbinə xitam verilməsinə baxmayaraq və bu barədə qərardad qanuni qüvvədə olduğu halda, cavabdeh "Azeriqaz" İB qanunsuz olaraq həmin borcu silməkdən imtina edir. Belə ki, borcun silinməsinə dair ona xx.xx.2020-ci il tarixli ərizəsinə 13 oktyabr 2020-ci il tarixli məktubla cavab verilmişdir ki, Sabunçu rayon Məhkəməsinin 19 iyul 2020-ci il tarixli 2(008)- 2844/2020 saylı qərardadı onlar üçün borcun simlinməsi üçün əsas deyil, məhkəmə cavabdehin üzərinə belə öhdəlik qoymamışdır. Göstəriən qərardadla cavabdehin üzərinə borcun silinməsi barədə öhdəlik qoyulmasa da, həmin qərardad qanuni qüvvədə olduğu üçün cavabdeh həmin borcu hökmən silməlidir. Belə hüquq münasibətlərinə xitam verildiyi halda, cavabdeh həmin borcu hər hansı üçünçü şəxsdən tələb etmək hüququnu itirmişdir. Ona görə ümidsiz borc kimi silinməlidir. Lakin, cavabdeh qanunsuzluq edərək borcu silməkdən imtina edir və borcun mövcüd olmasına istinad edərək mənizil sahiblərinin mülki hüquqlarını pozmağı davam edir, yeni abunə müqaviləsini bağlamaqdan imtina edir, qazın təchizatını bərpa etmək istəmir və sair qanunsuz hərəkətlər edir. İcraatına xitam verilmiş "Azəriqaz" İB-nin cavabdeh X2 qarşı iddia tələbi mülki -hüquq pozuntusundan (delict) irəli gələn iddia tələbi olmuşdur, yəni cavabdehin təqsirli hərəkətlərdən əmələ gələn mülki məsuliyyət barədə. Belə olan halda, qanunda nəzərdə tutulan istisnalar nəzərə alınmaqla, bu mülki məsuliyyət hər hansı başqa şəxsin üzərinə qoyula bilməz və təqsirkar şəxsin ölüm faktı ilə mülki münasibətlərinə xitam verilməlidir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, iddiaçı işə onun iştirakı olmadan baxılaraq qətnamə qəbul edilməsi barədə məhkəməyə tedleqramma göndərmiş, cavabdeh isə məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. İddiaçı ünvan 1 ünvanında yaşayır. X5 ünvan 2 ünvanında qaz istehlakçısı kimi abonent olmuşdur. Cavabdeh İB tərəfindən X3 1907,04 manat borc hesablanmışdır (Abonentin saldosu). X5 xx.xx.2019-cü il tarixdə ölmüşdür (AZ-İİ seryialı 059512 №-li ölüm haqqında şəhadətnamə). Sabunçu rayon məhkəməsinin 19 iyul 2020-ci il tarixli 2(008)- 2844/2020 №-li qərardadına əsasən iddiaçı Cavabdeh İB-nin cavabdeh X3 qarşı qazdan qeyri-qanuni istifadəyə görə 1921,50 manatın tutulması tələbinə dair iddia ərizəsi üzrə cavabdeh öldüyündən mülki işin icraatına xitam verilmişdir. İddiaçı Cavabdeh İB-yə müraciət edərək həmin borcun X1 hesabından silinməsini xahiş etmiş, cavab olaraq bildirilmişdir ki, Sabunçu rayon məhkəməsinin 19 iyul 2020-ci il tarixli 2(008)- 2844/2020 №-li qərardadı borcun silinməsi üçün əsas deyildir, belə ki, həmin qərardadla mülki iş üzrə icraata xitam verilmişdir (Bakı regional Qazın Satışı Departamentinin xx.xx.2020-ci il tarixli məktubu). Hazırda iddiaçı mərhum X1 üzərinə Cavabdeh İB-nin müvafiq aktı üzrə hesablanmış 1921,50 manat borcun silinməsini istəyir. Məhkəmə aşağıdakı əsaslara görə iddianın əsassız olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli № 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən «Qaz paylayıcısı ilə sənayeqaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» bağlanmalıdır. Lakin, iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən cavabdehlə onun arasında belə bir müqavilənin bağlanması görünmür. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş abonentin saldosundan görünür ki, mərhum X3 **********00000 №-li abonent kodu verilmiş və ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində Zenner G-4T Smart markalı, **********689 nömrəli qaz sayğacı quraşdırılmış, 04/2022-ci il tarixə ona 1907,04 manat borc hesablanmışdır. İddiaçı dəfəlrlə xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş və mərhum X1 Cavabdeh İB ilə aralarında bağlanmış «Qaz paylayıcısı ilə sənayeqaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə»nin və abuna kodunun öz adına dəyişdirilməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Qeyd edildiyi kimi, iddiaçı başqa bir ünvanda yaşayır və hazırda hansı hüquqla X1 borcunun silinməsini istəməsi barədə məhkəməyə hər-hansı bir sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ mövcud olmamışdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-801/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-801/2023
11.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver