Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-805/2025 26.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 4 saylı “Asan Xidmət” X7maqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs 4 saylı “Asan Xidmət” X7maqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1969-cu ilodə Ermənistan Respublikasının Amasiya rayonunda doğulmuş Ərizəçi doğum akt qeydinin bərpa edilməsi, ana qrafasında “X14”, ata qrafasında isə “X3” qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1969-cu ildə Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmuşdur. X1, anası isə X14 olmuşdur. Onun doğum qeydim Ermənistan Respublikasında qeydə alınaraq ona bu barədə doğum haqqında şəhadətnamə verilmişdir. O, müəyyən səbəblərdən məcbur olub Bakı şəhərinə gəlmişdir. Uzun müddətdir ki, Bakı şəhərində yaşayır. Qeyri müəyyən şəraitdə doğum haqqında şəhadətnaməni itirmişdir. Azərbaycanda yaşayır, lakin müəyyən məsələlərin həlli üçün ona doğum haqqında şəhadətnamə lazım olur ki, o, da bu barədə müvafiq qurumlara müraciət etmişdir. Lakin ona bu məsələ ilə bağlı məhkəməyə müraciət etməyim tövsiyə olunmuşdur. Onun xx.xx.1969-cu ildə Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmağı faktının müəyyən edilməsi anası X9 mülkiyyətində olan evi ona bağışlaması ilə üçün lazımdır. Bunun üçün isə onun doğum haqqında şəhadətnaməsi olmalıdır. Doğum haqqında şəhadətnaməni isə o, başqa yolla ala bilməmiş, bu üzdən məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs 4 saylı “Asan Xidmət” X13 məhkəməyə xx.xx.2025-ci il tarixli 3-16- 5/18-xx-xx/2025 nömrəli məktubla müraciət edərək iş yükünün çoxluğundan məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 4 saylı “Asan Xidmət” X13 3-16-5/8-15- 348/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, Azərbaycan Respublikas: Ailə Məcəlləsinin 162.1-ci maddəsinə və “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 №-li Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 16-cı bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Qeyd edilənlərə əsasən və akt qeydinin həqiqətən olduğunu təsdiq edən kifayət qədər əsas olmadığından ərizənizin icrası tərəfimizdən mümkün olmamışdır. Həmçinin bildirilmişdir ki, həmin Məcəllənin 162.2-ci maddəsinə və həmin Qərarın 14-cü bəndinə əsasən itmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Bununla bağlı olaraq doğum haqqında akt qeydinin bərpası ilə bağlı məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. Elektron məhkəmə İnformasiya sistemindən əldə olunan məlumatlardan görünür ki, xx.xx.1969-cu il təvəllüdlü Ərizəçi Amasiya rayonunda anadan olmuşdur. Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X14 xx.xx.1938-ci ildə Ermənistan Respublikasını Ağbaba rayonunda anadan olmuşdur və subaydır. İ-ЗЖ seriyalı 319412 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X2 24 sentyabr 1960-cı ildə Ermənistanın Amasyan rayonunun Əzizbəyov kəndində anadan olmuş, atası X4, anası X12r. MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğum qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 3 saylı Qərarının 1.2-ci bəndinə görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 4-cü bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPMnin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, doğumun qeydə alınması faktını ərizəçinin yaşının müəyyən edilməsi ilə eyniləşdirmək olmaz. Şəxsin yaşı pasporta, şəxsiyyət vəsiqəsinə, hərbi biletə, eləcə də təhsil müəssisəsini bitirmək haqqında sənədə əsaslanmaqla bərpa qeydində göstərilə bilər. Lakin ərizəçinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında akt qeydi bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizəçinin yaşı qüvvədə olan normativ hüquqi aktlarda göstərilən qaydada müəyyən edilir. Başqa sözlə, bu halda ərizəçi tibbi müayinədən keçirilməlidir. Beləliklə məhkəmə qeyd edir ki, mülki işin matriallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Ərizəçi məxsus olan doğum haqqında şəhadətnaməni hazırda əldə etmək mümkün olmadığından və həmin şəhadətnamə ərizəçiyə sosial hüquq hüquqlarının həyatə keçirməsi üçün vacib olduğundan ərizə təmin edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməsi mümkün deyildir. Beləliklə, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1969-cu tarixdə Ermənistan Respubikası Amasiya rayonunda doğulması barədə doğum akt qeydi bərpa olunmalı və həmin akt qeydində doğum tarixi “xx.xx.1969-cu il”, doğum yeri “Ermənistan Respubikası, Amasiya rayonu”, ata adı qrafasında atasının adı “X3”, ana adı qrafasında anasının adı “X14”, qeyd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi Ermənistanın Respubikası, Amasiya rayonunda doğulmasının qeyd edilmə faktı müəyyən edilsin. Ərizəçi doğum haqqında şəhadətnamə verilərək, doğum tarixi “xx.xx.1969-cu il”, doğum yeri “Ermənistan Respubikası, Amasiya rayonu,”, ata adı qrafasında atasının adı “X3”, ana adı qrafasında anasının adı “X14 qeyd edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-805/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-805/2025
26.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver