Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-809/2023 31.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X9, İddiaçı nümayəndələri (qızı) X10, (vəkili) Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «evin divarının sökülməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması, cavabdehin inşa etdirdiyi evin onun həyətinə olan pəncərənin cavabdehin hesabına tikilərək bağlanması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4 qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Dadaşov küç, ev 65-in divarının sökülməsinə cavabdeh X6 tərəfindən yaradılan maneələrin aradan qaldırılması, X3 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Dadaşov küç, ev 63 ünvanda inşa etdirdiyi iki mərtəbəli yaşayış evinin onun həyətinə tərəf olan pəncərələrinin cavabdehin vəsaiti hesabına tikilərək bağlanmasının X4 həvalə edilməsi, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödədiyi 100 manat dövlət rüsumunun cavabdeh X2 tutularaq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.2006-cı il tarixli, 041622 nömrəli Qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Dadaşov küç, ev 65 onun mülkiyyətindədir. Cavabdeh X6 da ünvan 1 ünvanda onunla qonşuluqda yaşayır. X6 öz həyətində lakin onun evinin divarına kafel düzmüş, həmçinin evinin divarına dəmir dirəklər bərkidərək talvar quraşdırmışdır. O, cavabdehə bu işləri görən zaman etiraz etmiş və bildirmişdir ki ki, bu onun evinin divarıdır və həmin divar üzərində tikinti işləri görməyi qanuna ziddir. Lakin, cavabdeh onun sözünə məhəl qoymadan bu işləri görmüşdür. Onun evi qəzalı vəziyyətdə olduğuna görə o, həmin evi söküb yenidən tikmək qərarına gəlmiş, evimin bütün divarlarını sökə bilsə də, lakin X3 həyətinə tərəf olan divarı sökə bilmir. X6 həmin divarı sökməyimə imkan vermir. Çünki o, həmin divarı söksə X3 evinin divarına düzdüyü kafellər və divara bərkitdiyi talvar da söküləcək. Hesab edir ki, X3 evinin divarını söküb, evini yenidən tikməyinə mane olması qanuna ziddir. Çünki həmin divar onun evinin divarıdır və ona məxsusdur. Bundan əlavə X6 2020-ci il tarixdə öz həyətində iki mərtəbəli ev tikirmişdir. Həmin evi tikdirən zaman o, tikinti norma və qaydalarına məhəl qoymadan evi onun evinin divarına bitişik tikdirmiş və evin ikinci mərtəbəsində onun həyətinə tərəf pəncərələr qoymuşdur. Həmin pəncərələrdən onun həyəti, evinin içi görünür. Belə olan halda o, öz həyətində və evində rahat yaşaya bilmir. X1 müraciət edib, həmin pəncərələrin bağlanılmasını xahiş etsə də, lakin o, onun xahişini nəzərə almamışdır.Hesab edirəm ki, X6 tərəfindən evinin divarının sökülməsinə törədilən maneə aradan qaldırılmalı və eləcə də X3 tikdirdiyi iki mərtəməli evin onun həyətinə tərəf olan pəncərələli X6 tərəfindən tikilərək bağlanılmalıdır. Cavabdeh tərəfindən, heç bir dövlət orqanından razılıq alınmadan iki mərtəməli evin həyət divarına çox yaxın məsafədə tikililərən ikinci mərtəbəsində onun həyətimə tərəf pəncərələrin qoyulması, eləcə də evinin divarının sökülməsinə maneə törədilməsi qanun normalarına ziddir. Məhkəmə xx.xx.2022-il tarixdə əsl olmayan cavabdeh X5 əsl Cavabdeh ilə əvəz etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri (qızı) X12, (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. İddiaçı ilə cavabdeh qonşudurlar. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Dadaşov küçəsi, ev 65 İddiaçı mülkiyyətindədir (Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.2006-cı il tarixli, 041622 nömrəli Qeydiyyat vəsiqəsi). ünvan 1 Cavabdeh mülkiyyətindədir (Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.2097-ci il tarixli, 061045 nömrəli Qeydiyyat vəsiqəsi). Məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə tərəflərin iştirakı ilə mübahisəli yerə baxış keçirilmişdir. Baxış zamanı aşağıdakılar müəyyən edilmişdir. Cavabdeh tərəfindən qeydiyyat vəsiqəsində göstərilən ev sökülmüş, 2020-ci ildə yerində iki mərtəbəli ev inşa edilmiş və abadlaşdırılmışdır. Cavabdehin evinin ikinci mərtəbəsində iddiaçının həyətinə tərəf pəncərələr qoyulmuşdur. İddiaçı köhnə evinin bir hissəsini sökmüş, digər bir hissəsində yaşayır. İddiaçı ilə cavabedhin həyətlərin kəsən ortaq bir divarları var. Həmin divar cavabdeh tərəfindən armaturla bərkidilmiş və kafellə abadlaşdırılmışdır. Həmin divar iddiaçının iddia etdiyinə görə sökdüyü evin divarı olmuşdur. Ev iddiaçı tərəfindən söküldüyündən onun tərəfindən həmin divar sökülmüş vəziyyətdədir. Hazırda iddiaçı həmin divarı özü tərəfdən abadlaşdırmaq istəyir və hesab edir ki, divar sökülmədən onun abadlaşdırılması mümkün deyil. İş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 10/577 №-li ekspert rəyinə əsasən mübahisəli divarın iddiaçının evinin divarı olduğu, həmin divar sökülmədən divar boyu gücləndirmə, betonlanma işləri və müvafiq hörgü işləri aparılmaqla, həmin divarının abadlaşdırılmasının mümkün olduğu müəyyən edilmişdir. Hazırda iddiaçı faktiki olaraq divarın sökülməsini və onun həyətinə baxan pəncərələrin bağlanmasını istyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka(əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı ozünə məxsus divar barədə istədiyi kimi sərəncam vermək hüququna malikdir. Bundan başqa, cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin böyük pəncərələri iddiaçının həyətinə açıldığından və onun rahatçılığını pozduğundan həmin pəncərələr də cavabdeh tərəfindən bağlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 16.1. fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işin hallarına və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Dadaşov küç, ev 65-in divarının sökülməsinə Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılmalı, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Dadaşov küç, ev 63 ünvanda inşa etdirdiyi iki mərtəbəli yaşayış evinin cavabdehin həyətinə tərəf olan pəncərələri cavabdehin vəsaiti hesabına tikilərək bağlanması cavabdehə həvalə edilməlidir. Aparılmış ekspertiza məhkəmənin təşəbbüsü ilə təyin olunduğundan, ekspertiza tədqiqatının dəyərinin 50 manatı iddiaçıdan, 50 manatı cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101-1.2-cü maddəsinə əsasən işdə iştirak edən şəxsin sifarişi ilə ekspertiza həmin şəxslə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə eksperti arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia təmin edlidyindən ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Dadaşov küç, ev 65-in divarının sökülməsinə Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılsın, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Dadaşov küç, ev 63 ünvanda inşa etdirdiyi iki mərtəbəli yaşayış evinin cavabdehin həyətinə tərəf olan pəncərələri cavabdehin vəsaiti hesabına tikilərək bağlanması cavabdehə həvalə edilsin, 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya qaytarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinin 50 manatı İddiaçı, 50 manatı Cavabdeh tutulub X7, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-809/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-809/2023
31.07.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver