Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-811/2025 28.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Sabunçu rayon Qeydiyyat Şöbəsinə qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Sabunçu rayon Qeydiyyat Şöbəsinə qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla X6 arasında xx.xx.1994-cü il tarixdə bağlanmış və 356 nömrə ilə dövlət qeydiyyatına alınmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, X6 ilə xx.xx.1994-cü il tarixdə Sabunçu rayon Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşlar. Nikahları 356 nömrə ilə qeydə alınmışdır. Həyat yoldaşı xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. O, ailə vəziyyəti barədə arayış almaq üçün müraciət etmiş, ona imtina cavabı verilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 bildirmişdir ki, o, cavabdehlə rəsmi olaraq nikaha girsə də, cavabdehin əfv olunması üçün formal nikah bağlamışlar, aralarında heç bir ailə münasibəti olmamışdır, buna görə də iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada cavabdeh Sabunçu rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq iddia tələbini qəbul etdiyini məhkəmə iclasının isə onun iştirakı olmadan baxılaraq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikah haqqında arayışdan müəyyən edilir ki, X6 ilə İddiaçı arasında nikah xx.xx.1994-cü il tarixdə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 356 №-si ilə qeyd edilmişdir; - Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 412425 saylı ölüm haqqında arayışdan görünür ki, X6 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. - Vətəndaşlıq vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, mərhum X3 xx.xx.1988-ci ildə X5 ilə bağlanmış nikaha xitam verilmədən xx.xx.1994-cü ildə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsində nikaha daxil olduğu və nikah pozulmadan xx.xx.1998-ci ildə X4 ilə nikahının qeydə alındığı məlum olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.2-ci maddəsinə əsaən nikah məhkəmə qaydasında etibarsız sayılır. Həmin Məcəllənin 25.3-cü maddəsinə əsasən məhkəmə nikahın etibarsız sayılması barədə qanuni qüvvəyə minmiş qətnamədən çıxarışı 3 gün müddətində nikahın bağlandığı müvafiq icra hakimiyyəti orqanına göndərməyə borcludur. Həmin Məcəllənin 25.4-cü maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Həmin Məcəllənin 12.0.3-cü maddəsinə əsasən ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər arasında nikahın bağlanmasına yol verilmir; Məhkəmə iclasında iddiaçının izahatı ilə və Vətəndaşlıq vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubun surətindən müəyyən olunur ki, mərhum X6 10.02. 1988-ci ildə X5 ilə nikaha daxil olmuş, nikah pozulmadan xx.xx.1998-ci ildə X4 ilə nikahının qeydə alındığı məlum olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, nikah etibarsız sayılmalıdır. Belə ki, Ailə Məcəlləsinin 12.0.3-cü maddəsinə əsasən ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər arasında nikahın bağlanmasına yol verilmir; MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı dövlət rüsumunun tutulmasını xahiş etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə X6 arasında sabunçu rayon Qeydiyyat şöbəsində xx.xx.1994-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 356 saylı nömrə ilə dövlət qeydiyyatına alınmış nikah etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-811/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-811/2025
28.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver