Məhkəmə qərarları › İş №2(008)-812/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-812/2025

20.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-812/2025 20.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri 4 saylı Notariat Ofisinə qarşı “mirasın qəbul edilmə faktlarının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Bakı şəhəri 4 saylı Notariat Ofisinə qarşı “mirasın qəbul edilmə faktlarının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası X8 Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0,061 ha icarə hüququ əsasında miras qalmış torpaq sahəsi onun tərəfindən miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0,061 ha torpaq sahəsi icarə hüququ əsasında atası X9 adınadır. Bu barədə onun adına xx.xx.2014-cü il tarixli dövlət reyestrindən çıxarış vardır. Atası xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Onun vəfatınlan sonra yuxarıda qeyd olunun torpaq sahəsi miras qalmışdır. Atasından miras qalmış həmin torpaq sahəsinin vərəsəlik qaydasında mənim adıma sənədləşdirilməsi barədə mən Bakı şəhəri 4 saylı notariat ofisinə ərizə ilə müraciət etmişdir. Lakin oradan ona imtina edilərək bildirilmişdir ki, mirasın qəbul edilməsi müddəti ötürülmüşdür. Atasının vəfatından sonra başı atasının yasına qarşımış və vaxtında vərəsəliklə bağlı notariat ofisnə müraciət edə bilməmişdir. Ona görə də ona vərəsəlik haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Anası həmin torpaq sahəsinin onun adına sənədləşdirilməsinə razıdır. Atasından qalmış miras əmlaka onun vəfat etdiyi vaxtdan sahiblik edir, əmlakı idarə etməyə faktiki başlamış və bununla da mirası qəbul etdiyi şəksiz nümayiş etdirir, ona görə də miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək ərizəçinin atası X8 Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0,061 ha icarə hüququ əsasında miras qalmış torpaq sahəsi ərizəçi tərəfindən miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri 4 saylı Notariat Ofisinə məhkəmə iclasını vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxs Bakı şəhəri 4 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin hallarını tam araşdıraraq və işdə olan sübutları əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Abşeron Rayon İcra Hakimiyyətinin 5-29/2-H-193-091/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Abşeron Rayon İcra Hakimiyyəti mərhum X10 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışla icarəsində olan Abşeron rayonu. Ramana südçülük yerləşən 0.061 ha torpaq sahəsi üzərindəki icarə hüququnun kənd təsərrüfat təyinatlı torpaq sahələrinin kənd təsərrüfatı məhsullarının istehsalında əhəmiyyətli rolu olduğunu və ərzaq təhlükəsizliyi baxımından müstəsna əhəmiyyət kəsb etdiyini nəzərə alaraq həmin torpaqdan təyinatı üzrə istifadə edəcəyi təqdirdə qanunamüvafiq olaraq vərəsəlik yolu Ərizəçi adına keçirilməsinə etiraz etmir. Eyni zamanda torpaq üzərində icarə hüququ ötürülən şəxsə “Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq torpaq sahəsinə görə Abşeron RİH ilə icarə müqaviləsi bağlaması və torpaqdan təyinatı üzrə istifadə edilməsi tövsiyə olunur. İş materiallarında olan Bakı şəhəri 4 saylı Notariat Ofisinin 24 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, Azərbatcan Respublikası Konstitusiya Məhkəməsinin müvafiq qərarı nəzərə alınmaqla, AR Mülki Məcəlləsinin 1246-cı maddəsinə (mirasın qəbul edildiyi müddət) əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Yuxarıda göstərinləri nəzərə alaraq müvafiq məhkəməyə müraciət etməyinizin zəruri olduğunu Sizə bildiririk. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyətinin Sabunçu rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 69 Mənzil Kommunal İstismar Sahəsinin 412 nömrəli xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X6 oğlu Ərizəçi ilə birlikdə Bakı şəhəri Sabunçu qəsəbəsi H.B.Zərdabi (Əfəndiyev) küçəsi 22 nömrəli evin 1 nömrəli mənzilində qeydiyyatdadır. Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin Yaninda Daşinmaz Əmlakin Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı ******* nömrəli çıxarışından görünür ki, Abşeron rayonu Ramana südçülük sovxozu ərazisində yerləşən 0,061 ha torpaq sahəsi xx.xx.2008-ci il tarixli 808 nömrəli icarə müqaviləsi və xx.xx.2013- cü il tarixli 3M-3-766 nömrəli icarə hüququnun alqı-satqı müqaviləsi ilə X9 xeyrinə yüklü edilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş AZ-İİ seriyalı 458332 nömrəli ölüm haqqında şəhadətnaməsindən görünür ki, X16 xx.xx.2023-cü il tarıxdə vəfat etmişdir. İş materiallarında olan Göyçay rayon VVAQ şöbəsi tərəfindən 19 noyabr 1998-ci il tarixdə verilmiş Vİ-ЖГ seriyalı 468609 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X17 ilə X6 19 noyabr 1998-ci ildə nikaha daxil olmuşlar. Nikahdan sonra ərə Hacıyev arvada Hüseynova soyadı verilmişdir. İş materiallarında olan Göyçay rayon VVAQ şöbəsi tərəfindən 16 yanvar 2001-ci il tarixdə verilmiş AZ-İ seriyalı 040255 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.2***-ci ildə Bakı şəhərində anadan olmuş, atası X16, anası X4r. İş materiallarında olan X2 29010.2024-cü il tarixli notarial qaydada təsdiqlənmiş ərizəsindən görünür ki, X8 miras qalmış Abşeron rayonu Ramana Südçülük sovxozu ərazisində yerləşən 0,061 ha olan torpaq sahəsi üzərindəki icarə hüququqnun oğlu Ərizəçi adına sənədləşdirilməsinə etirazı yoxdur. Məhkəmə iclasında dindirilmiş şahid X6 ifadəsində bildirmişdir ki, Ərizəçi onun oğludur. O, X16 ilə xx.xx.1998-ci ildə nikaha daxil olaraq ailə qurmuşdur. Abşeron rayonu Ramana Südçülük sovxozu ərazisində yerləşən 0,061 ha olan torpaq sahəsi ərinin istifadəsində olmuşdur. Əri xx.xx.2023-cü ildə vəfat etmişdir. Abşeron rayonu Ramana Südçülük sovxozu ərazisində yerləşən 0,061 ha olan torpaq sahəsində əkin bikin işlərini oğlu davam etdirmişdir. Oğlu uşağ olan vaxtdan atası ilə birgə həmin ünvana gedərək əkin işləri ilə məşğul olmuşdur. oğlunun adına sənədləşdirilməsinə etiraz etmir. Məhkəm iclasında şahid kimi dindirilmiş X7 ifadəsində bildirmişdir ki, Abşeron rayonu Ramana qəsəbəsində yerləşən torpaq sahəsində X16 ilə qonşu olmuşdur. X5 rayonu Ramana Südçülük sovxozunda yerləşən torpaq sahəsində əkin biçin işləri ilə məşğul olurdu. X16 hərzaman gələndə oğlu oln X3 özü ilə gətirib aoarırıdı. Atası öldükdən sonra oğlu həmin torpaqda əkin işləri ilə məşğul olur. Məhkəmə baxışında tədqiq edilmiş sübutlardan və dindirilmiş şahidlərin ifadələrindən məhkəmə müəyyən etdi ki, Abşeron rayonu Ramana Südçülük sovxozu ərazisində yerləşən 0,061 ha olan torpaq sahəsi xx.xx.2008-ci il tarixli 808 nömrəli icarə müqaviləsi və xx.xx.2013-cü il tarixli 3M-3-766 nömrəli icarə hüququnun alqı satqısı müqaviləsi əsasında 99 il müddətinə xx.xx.2023-cü il tarixində vəfat etmiş X13 icarəyə verilmişdir. Atasının ölümündən sonra Abşeron rayonu Ramana Südçülük sovxozu ərazisində yerləşən 0,061 ha olan torpaq sahəsinə Ərizəçi sahiblik edir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsində deyilir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. "Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli Qərarının 10-cu bəndində deyilir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2***-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Qərarın 10.1-ci bəndində deyilir ki, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. Qərarın 10.2-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. İşdən görünür ki, ərizəçinin atası X16 vəfat etdikdən sonra torpaq sahəsinə sahibliyi Ərizəçi etmişdir. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, ərizə təmin edilməli, ərizəçinin atası X8 miras qalmış Abşeron rayonu Ramana Südçülük sovxozu ərazisində yerləşən 0,061 ha olan torpaq sahəsinin ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : Ərizə təmin edilsin. X1 miras qalmış Abşeron rayonu Ramana Südçülük sovxozu ərazisində yerləşən 0,061 ha olan torpaq sahəsinin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar