Məhkəmə qərarları › İş №2(008)-814/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(008)-814/2021

06.04.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-814/2021 06.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2 qızının, İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 3000 manat və 4200 ABŞ dolları hazırkı məzənnəyə uyğun manata ekvivalenti (7140 manat) miqdarında, ümumilikdə 10 140 manatın və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Sabunçu rayonu ərazisində fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi almaq istəmiş və bu barədə uzun müddət tanıdığı Cavabdeh müraciət etmişdir. Cavabdeh özünün faktiki olaraq yaşadığı Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Muxtarov adlanan ərazidə yerləşən evinin yanındakı 400 kv.m torpaq sahəsini satmaq istədiyini bildirmişdir. Cavabdehlə torpağın hər 100 kv.metrini 4000 manata razılaşmışlar. O, razılaşmaya əsasən cavabdehə ilkin olaraq 3000 manat, bir qədər sonra isə 4200 ABŞ dolları məbləğində pul vermişdir. Aralarında olan razılaşmaya əsasən cavabdeh torpaq sahəsini onun adına sənədləşdirməli idi. Lakin, cavabdeh ondan pul almasından uzun müddət vaxt keçməsinə baxmayaraq razılaşmalarna əməl etməmişdir. Baxmayaraq ki, onların arasında sadə formada bağlanmış razılaşma mövcuddur. O, cavabdehə verdiyi pulu qaytarmağı tələb etsə də, cavabdeh bu günə qədər hər dəfə müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınmışdır. Cavabdeh aldığı pulu qaytarmadığına görə bu barədə ərizə ilə ərazi üzrə Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə müraciət etmişdir. Aparılmış araşdırmanın nəticəsi olaraq Sabunçu rayon Polis İdarəsinin İŞ-nin müstəntiqinin qərarı ilə fakt üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi ərizəsində iş üzrə qiyabi qətnamənin çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 238.1-ci maddəsini rəhbər tutaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan zəmanətdən görünür ki, Cavabdeh oğlu İddiaçı 3000 manat və 4200 ABŞ dolları məbləğində pulun alınmasını etiraf etmişdir. İş materiallarında olan Sabunçu rayon Polis İdarəsinin İŞ-nin müstəntiqinin cinayət işinin başlanılmasının rədd olunması haqqında xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Cavabdeh oğlu İddiaçı 7200 manat məbləğində pul aldığını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı bağlana bilər. Beləliklə, iddia ərizəsindən, işə əlavə edilmiş zəmanətdən, cinayət işinin başlanılmasının rədd olunması haqqında qərardan və iddiaçının izahatından müəyyən olunmuşdur ki, cavabdeh iddiaçı ilə aralarında olan şifahi müqavilənin şərtlərini pozmuş, bununla da cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdehndən 3000 manat və 4200 ABŞ dolları hazırkı məzənnəyə uyğun manata ekvivalenti (7140 manat) miqdarında, ümumilikdə 10 140 manat pul və 30 manat dövlət rüsum alınaraq İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238-253, 244, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehndən 3000 manat və 4200 ABŞ dolları hazırkı məzənnəyə uyğun manata ekvivalenti (7140 manat) miqdarında, ümumilikdə 10 140 manat pul və 30 manat dövlət rüsum alınaraq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi ücün Bakı şəhəri Sabuncu Rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilər Qətnamədən 1 ay müddətində Sabunçu rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar