Məhkəmə qərarları › İş №2(008)-815/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-815/2024

16.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-815/2024 16.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs 4 saylı Bakı Maraqlı şəxsndə Notariat Ofisinə qarşı “mirasın qəbul edilmə faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi İddiaçı maraqlı şəxs 4 saylı Bakı Maraqlı şəxsndə Notariat Ofisinə qarşı “mirasın qəbul edilmə faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək X6 xx.xx.2023-ci il tarixdə vəfat etməsindən sonra Bakı şəhəri, ünvan 2, 4 saylı evin 6 saylı mənzilinin vərəsə kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, anası X12 xx.xx.2023-ci il tarixdə “Qanaxma və ya infarkt olduğu dəqiqləşməyən insult” səbəbindən vəfat etmişdir. Anasının vəfatından sonra mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2 saylı sovxoz, İsmayılbəy Şəfərəlibəyov küçəsi, 4 saylı evin 6 saylı mənzili miras qalmışdır. Anasının vəfatından sonra onun qanun üzrə birinci növbədə vərəsəsi kimi həmin miras əmlakı qəbul edərək faktiki idarə etməyə başlamışdır. Miras açılan vaxtdan göstərilən miras mənzilə sahiblik etməklə faktiki həmin mənzildə yaşayır. Qanun üzrə birinci növbəli vərəsə kimi anasının vəfatından sonra miras qalmış mənzili faktiki qəbul edib istifadə etməklə orada yaşadığından göstərilən maddələrin tələbinə görə miras mənzil onun tərəfindən qəbul edilmiş sayılır. O, anasından miras qalmış həmin mənzilə vərəsəlik şəhadətnaməsi almaq üçün 2023-cü ilin oktyabr ayında 4 saylı Bakı Maraqlı şəxsndə Notariat Ofisinə ərizə vermişdir. Notariat Ofisinin 30 iyul 2022-ci il tarixli cavabında bildirilir ki, qanunda nəzərdə tutulan üç aylıq müddəti keçirmiş və mirasın qəbulu müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət etməlidir. O, miras qalmış əmlakı faktiki qəbul etmiş lakin, vərəsəliyini rəsmiləşdirməmişdir. Onun miras mənzili faktiki qəbul edilib istifadə etməyi ərazi nümayəndəliyinin arayışı ilə təsdiq olunur. Habelə bu faktı qohumları da məhkəmədə təsdiq edə bilərlər. Qeyd edir ki, o, Qarabağ müharibəsi iştirakçısıdır, İİ qrup müharibə əlilidir. Müharibə əlili olduğundan dövlət rüsumunu ödəməkdən azaddır. Məhkəmə iclasında iştirak edən ərizəçi izahat verərək bildirmişdir ki, anasının öldüyü məqamda sağ olan 2 bacısı və bir qardaşı olmuşdur. Atası və anasının ata anası həmin tarixədək vəfat etmiş olduğunu bildirmişdir. Eyni zamanda anansında miras qalmış evdə anasının ölümündən sonra yalnız onun özünün yaşadığın, digər bacı və qardaşının orada yaşamadığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmş maraqlı şəxs məhkəməyə gəlməmiş, gəlməməsinin yeri və vaxtı barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümükün hesab etmişdir. Məhkəmə işin hallarını tam araşdıraraq və işdə olan sübutları əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan 4 saylı Bakı Maraqlı şəxsndə Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 2494 nömrəli imtina məktubundan görünür ki, Miras qəbul edildikdən sonra altı ay keçdikdən sonra mirasın qəbul yol verədiyindən, vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir.. 5 saylı “ASAN Xidmət” X1 AZ-İİ 334963 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə, 379 nömrəsi ilə qeydə alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin AZ-İ 505344 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2011-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə, 1037 nömrəsi ilə qeydə alınmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestinin çıxarışından görünür ki, Bakı şəhəri, ünvan 1, mənzil 6 ünvanında yerləşən mənzil X6 mülkiyyətindədir. AЗ ******* nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci il tarixdə doğulmuşdur. X2, anası isə X5r. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin Pirşağı qəsəbəsi İnzibati Ərazi Dairəsi Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5-18-7/2-1542-2023 nömrəli arayışından görünür ki, Əliyev X7 qəsəbəsi, Sovxoz-2, Səfərəlibəyov küçəsi, ev 7, mənzil 5 ünvanında qeydiyyatdadır. Anası mərhumə X12 AZ-İİ 334963 saylı ölüm haqqında şəhaddətnaməyə əsasən xx.xx.2023-cü ilə kimi Pirşağı qəsəbəsi, Sovxoz-2, İsmayılbəy Səfərəlibəyov küçəsii, ev 4, mənzil 6 ünvanında birlikdə qeydiyyatsız yaşamışlar və hal-hazırda İddiaçı bu ünvanda qeydiyyatsız yaşayır. İş matriallarına əlavə edilmiş X3 tərəfindən xx.xx.2023-cü il tarixdə notarial təsdiq edilmiş ərizədən görünür ki, X4 anası X6 ölümündən sonra mirasdan ona çatası payından imtina etmişdir. İş matriallarına əlavə edilmiş X10 tərəfindən xx.xx.2023-cü il tarixdə notarial təsdiq edilmiş ərizədən görünür ki, X10 anası X6 ölümündən sonra mirasdan ona çatası payından imtina etmişdir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.1019-cu il tarixli qərarının 10-cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin Qərarın 10.1-ci bəndində qeyd edilmişdir ki, Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib itirilməməsinə və sair aydınlıq gətirməlidir. Həmin Qərarın 10.2-ci bəndində qeyd edilmişdir ki, Nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Məhkəmə baxışı zaman müəyyən edilmişdir ki, ərizəçinin anası X12 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra sağ olan vərəsələr hazırki iş üzrə ərizəçi və miras qoyanın digər 3 övladı olmuşdur. ərizəçinin anası X6 ölümündən sonra ona məxsus Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 6 saylı mənzil miras əmlak kimi qalmışdır. Mülki iş üzrə arayışdan görünür ki, ərizəçi anası öldükdən sonra miras əmlakını faktiki qəbul edərək orada yaşamışdır. Və vərəsəlik haqqında şəhadətnamə almaq üçün notariat orqanına müraciət etsədə notarius bundan imtina etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçinin miras əmlakı faktiki qəbul etməsi halı mülki iş üzrə təqdim edilmiş sənədlərdən sübut olunduğundan ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi : Ərizə təmin edilsin. X6 xx.xx.2023-ci il tarixdə vəfat etməsindən sonra miras əmlakı olan Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 4 saylı evin 6 saylı mənzilinin İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar