Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-8156/2021 08.12.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı daxili lizinq müqaviləsinin ləğvi və pul tələbinə dair iddiası üzrə mülki işə Sabunçu rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 18.04.2019-cu il tarixli, 192/LA №-li daxili lizinq müqaviləsinə xitam verilməsi, cəmi 62198,91 manat– bundan 45150,59 manat əsas, 17028,54 manat faiz,19,78 manat cərimə və iş üzrə ödənilmiş 276,6 manat dövlət rüsumunun cavabdehdən tutularaq Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Azadlıq filialı ilə Cavabdeh arasında bağlanmış 18.04.2019-cu il tarixli, 192/LA №-li daxili lizinq müqaviləsi bağlanaraq Bank lizinq alanın sifariş etdiyi və müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində göstərilən əmlakı, yəni «Porshe Panamera» minik markalı olan avtomobili öz mülkiyyətinə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sah0ibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürmüşdür. İddiaçı ASC ilə X2 (satıcı) arasında bağlanmış 18.04.2019-cu il tarixli lizinq obyektinin alqı-satqı müqaviləsinə əsasən həmin avtomobilin Banka satılmasını, Bank avtomobilin dəyəri olan 90000 manatı satıcıya ödənilməsini və avtormobilin qəbul edilməsini öhdəsinə götürmüşdür (cavabdehə lizinqə verilməsi üçün). Lizinq müqaviləsinin ümumi məbləği 57000 manat, o cümlədən lizinq obyektinin qiyməti 90000 manat təşkil etmişdir. Lizinq obyekti lizinq alana 36 ay müddətinə lizinq ödənişi 25 faiz olmaqal verilmişdir. Cavabdeh müqaivlənin şərtlərini pozmuş, borcunu ödəməmişdir İddiaçının nümayəndəsi məhkəmə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı ASC-nin Azadlıq filialı ilə Cavabdeh arasında «Porshe Panamera» minik markalı avtomobilə dair 18.04.2019-cu il tarixli, 192/LA №-li daxili maliyyə lizinq müqaviləsi bağlanmış, əmlakın dəyəri 90000 manat müəyyən edilmişdir. Eyni tarixdə İddiaçı ASC-nin Azadlıq filialı ilə X2 (satıcı) arasında lizinq obyektinin alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X2 həmin avtomobili 90000 manata Banka satmışdır. Bank avtomobili cavabdehə lizinqə verilməsi üçün əldə etmişdir. Daxili maliyyə lizinq müqaviləsi əsasən lizinq müqaviləsinin ümumi məbləği 57000 manat, o cümlədən avadanlığın dəyəri 90000 manat, lizinq mükafatı 0 manat müəyyən edilmiş, lizinq obyekti 36 ay müddətinə lizinq ödənişi 25% olmaqla lizinqə verilmiş, 36 aylıq ödəniş cədvəli tərtib və təsdiq edilmişdir. Həmin ödəniş cədvəlinə əsasən ödənilməli əsas borc 57000 manat, faiz borcu 24623,88 manat təşkil edirdi. İddiaçı tərəfindən verilmiş 24.08.2021-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin 45150,59 manat əsas, 17028,54 manat faiz,19,78 manat cərimə, cəmi 62198,91 manat borcu yaranmışdır. Hesabdan çıxarışdan həmin borcu ödənilməsi görünmür. İddiaçı cavabdehə 23.08.20121-ci il tarixdə borcun ödənilməsinə və lizinq obyektinin mülkiyyətçiyə təhvil verilməsinə dair bildiriş göndərilmiş,dir. Hazırda iddiaçı 18.04.2019-cu il tarixli, 192/LA №-li daxili lizinq müqaviləsinə xitam verilməsi və cavabdehdən 62198,91 manat məbləğində kredit borcunun tutularaq ödənilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin təmin edilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.12 və 748-1.12.4-cü maddələrinin tələbinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləğv etmək hüququ vardır. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir (həmin Məcəllənin 748-2.1-ci maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqaviləнin şərtlərini pozmuş, müqavilə ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə borc yaranmış və bununla da cavabdeh üzərlərinə düşən öhdəlikləri tam yerinə yetirməmişlər. Bu əsasdan məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 18.04.2019-cu il tarixli, 192/LA №-li daxili lizinq müqaviləsinə xitam verilsin, 45150,59 manat əsas, 17028,54 manat faiz,19,78 manat cərimə, cəmi 62198,91 manat və iş üzrə ödənilmiş 276,6 manat dövlət rüsumu Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-8156/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-8156/2021
08.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver