Məhkəmə qərarları › İş №2(008)-817/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-817/2022

13.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-817/2022 13.04.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı İB-nin nümayəndəsi və vəkiliİ Nümayəndə iştirakları ilə, İddiaçı İB-nin Cavabdeh Müzəffər oğluna qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh Müzəffər oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Müzəffər oğlu tərəfindən İddiaçı İB-yə vurulmuş 10863,90 manat məbləğində zərərin və hüquqi yardım üçün ödənilmiş 300 manatın, iddiaçı tərəfindən ödənilmiş 122,59 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 11286,49 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İstehsalat Birliyi ilə abonent Cavabdeh Müzəffər oğlu arasında 13.06.2012-ci il tarixində 19 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh Müzəffər oğluna məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********30000 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə Natek Enerji G 4 markalı 40014091 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X2”nın tələblərinə əməl etmək) və “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında, 25.09.2017-ci il tarixli ******* saylı akt əsasında 327 manat 14.11.2017-ci il tarixli ******* saylı akt əsasında 15,40 manat 29.11.2017-ci il tarixli ******* saylı akt əsasında 97,20 manat 19.01.2018-ci il tarixli ******* saylı akt əsasında 607,20 manat 09.02.2018-ci il tarixli ******* saylı akt əsasında 199 manat 27.03.2018-ci il tarixli 0150163saylı akt əsasında 336,60 manat 23.05.2018-ci il tarixli ******* saylı akt əsasında 417,20 manat 28.06.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat 24.07.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat 29.08.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat 25.09.2018-ci il tarixli ******* saylı akt əsasında 219,60 manat 31.10.2018-ci il tarixli ******* saylı akt əsasında 109,80 manat 30.11.2018-ci il tarixli ******* saylı akt əsasında 109,80 manat 28.12.2018-ci il tarixli ******* saylı akt əsasında 109,80 manat 31.01.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat 28.02 2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat 28.06.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat 31.07.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 252 manat 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat 30.03.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat 12.04.2020-ci il tarixli ******* saylı akt əsasında 100,80 manat cəmi 4843,60 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Yuxarıda göstərilənlərə əlavə cavabdehin yuxarıda göstərilən borc məbləğindən əlavə olaraq “Azəriqaz İB”-yə 6020,30 manat məbləğində qalıq borcu olmuşdur. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını təhqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). Cavabdeh Müzəffər oğlu ilə təbii qazdan istifadə edilməsi ilə bağlı İddiaçı İB arasında 13.06.2012-ci il tarixində 19 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» bağlanmışdır. Həmin müqaviləyə əsasən, paylayıcı istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz şəkildə təmin etməyi, istehlakçı isə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi öhdələrinə götürmüşlər. Həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək vəzifəsi müəyyən edilmişdir. Müqavilədə PQ 4 və QSQ kimi qaz qurğularının abonent tərəfindən işlədilməsi qeyd edilmişdir. Cavabdeh Müzəffər oğluna İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********30000 №-li abonent kodu verilmiş və ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində Natek Enerji G 4 markalı 40014091 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh Müzəffər oğlu tərəfindən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsinə dair iddiaçı tərəfindən aşağıdakı aktlar tərtib edilmiş və dəymiş ziyan hesablanmışdır: 25.09.2017-ci il tarixli ******* saylı akt əsasında 327 manat 14.11.2017-ci il tarixli ******* saylı akt əsasında 15,40 manat 29.11.2017-ci il tarixli ******* saylı akt əsasında 97,20 manat 19.01.2018-ci il tarixli ******* saylı akt əsasında 607,20 manat 09.02.2018-ci il tarixli ******* saylı akt əsasında 199 manat 27.03.2018-ci il tarixli 0150163saylı akt əsasında 336,60 manat 23.05.2018-ci il tarixli ******* saylı akt əsasında 417,20 manat 28.06.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat 24.07.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat 29.08.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat 25.09.2018-ci il tarixli ******* saylı akt əsasında 219,60 manat 31.10.2018-ci il tarixli ******* saylı akt əsasında 109,80 manat 30.11.2018-ci il tarixli ******* saylı akt əsasında 109,80 manat 28.12.2018-ci il tarixli ******* saylı akt əsasında 109,80 manat 31.01.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat 28.02 2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat 28.06.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat 31.07.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 109,80 manat 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 252 manat 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat 30.03.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat 12.04.2020-ci il tarixli ******* saylı akt əsasında 100,80 manat Hazırda iddiaçı cavabdehdən İddiaçı İB-yə vurulmuş 10863,90 manat məbləğində zərərin və hüquqi yardım üçün ödənilmiş 300 manatın, iddiaçı tərəfindən ödənilmiş 122,59 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 11286,49 manat məbləğində pulun tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə irəli sürülən digər tələblərə müvafiq sürətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən ödənişlərin edilməməsi onun tərəfindən kənar xətdən istifadə etməsinə dəlalət edir. Lakin, məhkəmə hesab edir ki, iddiaçı olan İddiaçı İB də buna görə məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 №-li qərarı ilə təsdiq edilmiş «X2»nın 1.2-ci bəndinə əsasən bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: qaz paylayıcısı - alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanılmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxs; istehlakçı - alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxs; qaz qurğusu - istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı üçün xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan məişət və sənaye qaz qurğusu (qurğuları); Həmin qaydaların 3.1-ci bəndində qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısının (alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanılmasını, satılmasını və bu fəaliyyətlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxs) aşağıdakı vəzifələrəin yerinə yetirilməsi nəzərdə tutulmuşdur: 3.1.1. qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların qanuni göstərişlərinə əməl etməli; 3.1.2. istehlakçını qazın alqı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etməli; 3.1.3. qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalı; 3.1.4. qaz paylayıcısının illik iş planında göstərilən müddətlərdə təmirprofilaktika işlərinin aparılması ilə əlaqədar qazın verilməsinin dayandırılması barədə istehlakçını ən azı 5 (beş) gün əvvəl xəbərdar etməli; 3.1.5. istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməli; 3.1.6. bu Qaydaların 3.2.7-ci və 3.2.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallarda məlumat daxil olduqda, dərhal zəruri tədbirlər görməli, 3.2.10-cu yarımbəndində nəzərdə tutulmuş halda məlumat daxil olduqda isə istehlakçının qaz qurğularını dəmir örtüklü qapaqla və ya tıxacla xətdən ayırmalı; 3.1.7. qazpaylayıcı şəbəkədə qəza hallarının qarşısını almalı və nəticələrini aradan qaldırmalıdır. Məhkəmə hesab edir ki, iddia 25.09.2017-ci il tarixli ******* saylı, 19.01.2018-ci il tarixli ******* saylı, 31.01.2019-cu il tarixli ******* saylı və 30.01.2020-ci il tarixli ******* saylı aktlar hissəsində təmin, digər aktlar üzrə iddia rədd edilməlidir. Yəni, iddia aktlar üzrə 1339,20 manat hissədə təmin, qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı üzərinə düşən vəzifələri icra etmədən, öz imkanlarından və səlahiyyətlərindən istifadə etməklə abonent tərəfindən kənar xətdən istifadə etməyin qarşısını almadan, faktiki abonentə kənar üçün şərait yaratmaqla hər ay akt tərtib edib məhkəmədə iddia qaldırır. Eyni zamanda, bu abonentin məsuliyyəti aradan qaldırmır. Qeyd edildiyi kimi, cavabdeh tərəfindən ödənişlər edilməmişdir, bu səbəbdən məhkəmə cavabdeh tərəfindən kənar xətdən istifadə etdiyi qənaətinə gəlmişdir. Bundan başqa, iddiaçı 6020,30 manat məbləğində qalıq borcun da tutulmasını istəyir, lakin həmin borcun açıqlanmasını vermədiyindən məhkəmə hesab edir ki, iddia həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 115.0.5-ci maddəsinə əsasən nümayəndəyə ödənilmiş xərclər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 300 manat xərcin cavabdehdən tutulmasını tələb etsə də, həmin məbləğin ödənilməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Müzəffər oğlundan İddiaçı İB-yə vurulmuş 1339,20 manat məbləğində zərər və 122,59 manat dövlət rüsumu, cəmi 1461,79 manat məcburi qaydada tutularaq İddiaçı İB-nın bank hesabına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar