Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-817/2025 12.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçıya (abonent kodu: **********00106) xx.xx.2020-ci il tarixdə qanunsuz və əsassız olaraq hesablanmış 820,80 (səkkiz yüz iyirmi manat səksən qəpik) manat və dekabr 2022-ci il tarixdə qanunsuz və əsassız olaraq hesablanmış 1038.80 (min otuz səkkiz manat, səksən qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X1 ünvan 1 ünvanında fərdi yaşayış evini etibarnamə əsasında 9 dekabr 2016-cı ildə almışdır. Hal-hazırda həmin ünvanda faktiki olaraq yaşayır. Bu barədə ərazi icra nümayəndəliyindən aldığı faktiki yaşayış haqqında arayış ərizəyə əlavə olunur. Faktiki yaşadağı ünvanda Cavabdeh İB ilə xx.xx.2020-ci il tarixdə müqavilə bağlamışdır. Həmin tarixdə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” Akt tərtib edilmiş, mexaniki sayğac quraşdırılmışdır, sayğacın quraşdırma səbəbi qeydiyyat olduğu göstərilmişdir. Hazırki vaxtadək qaz sayğacının göstəricilərinə uyğun olaraq ödənişlər edir. Cavabdeh tərəfindən sonradan, yəni xx.xx.2020-ci il tarixdə akt tərtib edilərək ona 820,80 manat məbləğində borc hesablanmışdır. Həmin aktın qeyd hissəsində yazılmışdır ki, mənzildə qaz sayğacı quraşdırılana qədər vətəndaş təbii qazdan qeyri-qanuni olaraq istifadə etmişdir. Halbuki qaz sayğacı quraşdırılana qədər yaşadığı ərazidə, qaz xətti çəkilməmişdir. Qaz xətti olmayan yerdən qeyri-qanuni istifadə etməyi mümkünsüz görünür. Qaz xətti çəkildikdən sonra 2020-ci ilin fevral ayın 28-i tarixində 820,80 (səkkiz yüz iyirmi manat səksən qəpik) manat borc yazılmağı reallığa uyğun deyildir. xx.xx.2020-ci il tarixdə bağlanan müqavilə ilə aktın qəbulu arasında cəmi 26 gün vardır. 26 günə 820,80 manat borcun yazılması düşünür ki, mümkün olan bir hadisə deyil. Bildirir ki, şadlıq evi işlətmir ki, o qədər sərfiyyat edir, kiçik ailə tərkibi ilə birlikdə fərdi yaşayış evində yaşayır. Onda belə bir sual ortaya çıxır, niyə qaz sayğacı quraşdırılan zaman deyil, üzərindən 26 gün keçdikdən sonra akt tərtib edilmişdir. Halbuki qaz sayğacı quraşdırılan zaman da akt tərtib edilərək, evi qaz ilə təmin edilmişdir. Tərəfindən sayğaca hər hansı müdaxilə edilməmişdir. Bunu cavabdehin özü də təsdiq edə bilər. xx.xx.2022-ci il tarixdə fərdi yaşayış evinə quraşdırılmış mexaniki qaz sayğacı elektron qaz sayğacı (kart) ilə əvəz edilmişdir. Əvəzetmə zamanı da sayğacda hər hansı nasazlıq olmamışdır. Bu barədə akt tərtib edilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh İB tərəfindən qaz sayğacının çıxarılması, quraşdırlması və istismarı qəbulu haqqında ******* nömrəli aktdan görünür ki, Azəriqaz İB-nin əməkdaşları mexaniki sayğacı götürdülər və təbii qazını kəsdilər. Sayğacın çıxarılması kimi səbəb olaraq, debitorun borcu kimi (820 manat) göstərilmişdir. Sayğacın quraşdırılma səbəbi isə əvəzetmə olduğu göstərilmişdir. Göründüyü kimi sayğacın çıxarılma və quraşdırma səbəbləri belə uyğun gəlmir. Məcburi qaydada borc məbləğini məhkəmə qaydasında deyil, öz bildikləri qəbul etdikləri “qayda-qanunlarla” həll etməyə çalışıblar. İstəklərinə çatmadıqda isə əlavə əsassız olaraq borc yazılmışdır. Xahiş edir bu özbaşınalığın, qanunsuzluğun qarşısını alasınız. Qeyd olunanlardan əlavə olaraq bildirir ki, 2022-ci ilin dekabr ayında 1036.80 (bir min otuz altı manat səksən qəpik) manat borc yazılmışdır. Borcun hansı əsasla necə nə zaman yazıldığı müəmma olaraq qalır. Hörmətli məhkəmə cavabdehin qanunsuz hərəkətləri onları zinhara yığmışdır. Olmayan borcu ondan tələb edirlər, vermədikdə isə qanunsuz və əsassız olaraq özlərində hardasa oturub akt tərtib edirlər. xx.xx.2024-cü il tarixdə yazılmış müayinə aktına əsasən Cavabdeh İB tərəfindən qəbul edilmiş aktda sayğacın normal işlədiyi və qaz sızmasının olmaması qeyd olunmuşdur. Cavabdeh tərəfindən təqdim edilmiş bildirişlərdə X1 tərəfindən sərf edilən qazın həcmi, əvvəlki və hazırki göstəricisi, edilmiş ödənişlər hamısı öz əksini tapmışdır. Açıq-aşkar şəkildə edilmiş haqsızlıq, qanunsuz yazılmış borc onlarda çox böyük təəssüf hissi doğurmuşdur. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, sayğacın qoyulması üçün dövlət rüsumu ödədikdən sonra ona cərimə yazılmışdır, sayğac qoyulduqdan sonra isə sayğac dəymiş ziyana görə cərimə yazıldığı sonradan ona bildirmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhəkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Qaz sayğacının çıxarılmas, quraşdırılmas və istismara qəbul edilməsinə dair xx.xx.2020-ci il tarixli ******* nömrəli aktdan görünür ki, **********00106 nömrəli abonent İddiaçı oğluna məxsus sayğac yenisi ilə əvəz edilmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli xx.xx.2020-ci il tarixli aktdan görünür ki, **********00106 nömrəli abonent İddiaçı mənzildə təbii qazdan sayğacdan kənar qeyri-qanuni stifadə etməsi aşkarlanmışdır. xx.xx.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, ******* nömrəli xx.xx.2020-ci il tarixli akta əsəsan itirilmiş qaz sərfiyyatını 90 gün hesablanmaqla 8208 kubmetr olması müəyyən edilmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, **********00106 nömrəli abonent sayğac istismara yararsız olduğu müəyyən edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ******* nömrəli, xx.xx.2022-ci il tarixli akta əsaəsn 8640 kub metr qaz sərfi müəyyən edilmişdir. **********00106 saylı abonentin saldosunun surətindən görünür ki, İddiaçı qalıq və aktlar üzrə 2020-ci ilin fevral ayında 820.80 manat, 2022-ci ilin dekabr ayında isə 1036.80 manat məbləğndə borc hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının xx.xx.2022-ci il tarixli, 486-VİQD nömrəli Qanununun 1.4.5-ci maddəsinə əsasən Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa 13.8-1-ci maddəsi əlavə edilmiş və sözügedən maddə xx.xx.2022-ci il tarixdən qüvvəyə minmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktların bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsəlsəinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısını vurulmuş zərəin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurumuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta günlük qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Məhkəmə ilk öncə iddia tələbinin xx.xx.2020-ci il tarixli ******* nömrəli akta əsasən iddiaçıya hesablanmış 820.80 manat bocun silinməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, Qaz sayğacının çıxarılmasına dair aktın xx.xx.2020-ci il tarixdə tərtib edilməsinə baxmayaraq ondan 25 gün sonra qaz xəttindən sayğacdan kənar istismar edilməsinə dair 90 gün hesablanmaqla akt tərtib edilməsi həmin aktın doğruluğuna şübhə yaradır. Beləliklə məhkəmə xx.xx.2020-ci il tarixli ******* nömrəli aktda iddiaçının imzasının olmadığını, aktın tərtib edilmə tarixi xx.xx.2020-ci il göstərilməsinə nəzərı alaraq hesab edir ki, həmin akta əsasən hesablanmış cərimə silinməlidir. Bundan sonra məhkəmə iddia tələbinin xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktı üzrə iddiaçıya hesablanmış 1036.80 manat cərimənin silinməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi qeyd edilən hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırması zamanı sayğaca məhz iddiaçı tərəfindən müdaxilə edilməsi öz təsdiqini tapmadığı üçün məhkəmə qanunvericiliyin “istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin qaz paylayıcısının üzərinə düşməsi” tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbinin xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktı üzrə iddiaçıya hesablanmış 1036.8 manat cərimənin silinməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi qeyd edilən hissədə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli xx.xx.2020-ci il tarixli və ******* nömrəli xx.xx.2022-ci il tarixli aktlara əsasən **********00106 saylı abonent İddiaçı hesablanmış 820.8 (səkkiz yüz iyirmi manat, səksən qəpik) manat və 1036.8 (min otuz altı manat, səksən qəpik ) manat cərimə borcu silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-817/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-817/2025
12.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver