Məhkəmə qərarları › İş №2(008)-821/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-821/2024

24.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-821/2024 24.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "Azəriqaz" İB-nə qarşı "borcun silinməsi" barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Azəriqaz" İB-nə qarşı "borcun silinməsi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Azəriqaz" İB tərəfindən tərtib edilmiş ******* nömrəli akta əsasən dəymiş zərər kimi müəyyən olunan 911,70 manat borcun slinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, döngə 4, ev 9A ona məxsusdur. Bakı Regional Qazın Satışı Departamentindən təqdim edilmiş ******* nömrəli aktın surətindən və dəymiş ziyanın bərpasına dair xx.xx.2021-ci il tarixli tələbnamədən aydın olub ki, 29 oktyabr 2021-ci il tarixdə sayğacdan kənar qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar edildiyinə görə akt tərtib edilmiş və 8640 m³ qaz itkisi müəyyən edilmişdir. Heç vaxt sayğacdan kənar qazdan istifadə etmədiyi üçün cavabdehə müraciət edərək, mənzilinə əlavə baxış keçirilməsini xahiş edib. xx.xx.2022-ci il tarixdə Cavabdeh əməkdaşları qaz sayğacına, mənzilinə gedən qaz xəttinə və mənzilinə baxış keçirib, heç bir nöqsanın olmadığını, sayğacdan kənar qaz xəttinə qoşulma haqqında tərtib edilmiş aktın ona aid olmadığını, akta tikilmiş kənar xəttin şəkilinin onun ünvanına aid olmadığını müəyyən etdilər və bu barədə akt tərtib edildi. Bundan sonra abonent hesabına yazılmış borc məbləği də silindi. Lakin 2023-cü ilin oktyabr ayında müəyyən edib ki, yenidən abonent hesabında 911,70 manat borc məbləği mövcuddur. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək və təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edərək bildirdi ki, kənar xəttin ona aidiyyatı yoxdur, əvvələrdə qoşulma olmayıb. Qonşusunun kənar xəttinə görə məsuliyətə cəlb edilir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirdi ki, kənar xəttlə bağlı akt tərtib edilib. İddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2021-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı məxsus evə baxış keçirilərkən sayğacdan kənar əlavə xətlə təbii qazdan qeyri-qanuni istifadə aşkar edilmişdir. - xx.xx.2022-ci il tarixli "İstehlakçının qaz təsərrüfatının inventar Aktı"ndan görünür ki, İddiaçı məxsus evə baxış keçirilərkən ünvanda heç bir nöqsan aşkar olunmamışdır. Tərtib edilmiş aktın İddiaçı aid olmadığı məlum olunub. Akta tikilmiş kənar xətti şəklinin həmin ünvana aid olmadığı və qazdan oğurluq ehtimalının olmadığı aşkarlanmışdır. - 16.10.2023-cü il tarixli "Abonentin saldosu"ndan görünür ki, **********10000 abonent kodu olan İddiaçı 911,70 manat məbləğində borc hesablanmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə sayğacdan kənar qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar edildiyinə görə akt tərtib edilmiş və 8640 m³ qaz itkisi müəyyən edilmişdir. Həmin aktla razılaşmadığından iddiaçı cavabdehə müraciət etmiş və mənzilinə əlavə baxış keçirilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh əməkdaşları tərəfindən iddiaçının mənzilinə, qaz sayğacına və mənzilə gedən qaz xəttinə baxış keçirilmiş. Kənar xəttin İddiaçı ünvanına aid olmadığını müəyyən edilmiş və bu barədə akt tərtib olunmuşdur. Məhkəmə hesab edir ki, iddianın qanuni əsasını Mülki Məcəllənin 1096-cı maddəsi təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanunun 6.2-ci maddəsinə əsasən, bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 6.5-ci maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının qanunsuz qaz xəttindən istifadə etdiyini bildirsə də, iddiaçı tərəfindən qaz xəttinə heç bir müdaxilə edilmədiyi və tərtib edilmiş xx.xx.2021-ci il tarixli ******* nömrəli aktın iddiaçıya aid olmadığı açıq-aşkar xx.xx.2022-ci il tarixli "İstehlakçının qaz təsərrüfatının inventar Aktı"ndan görünür. Belə olan halda məhkəmə borcun əsassız hesablandığı qənaətinə gəlir və hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh "Azəriqaz" İB tərəfindən hesablanmış 911,70 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı əsassız hesablanmış (abonent kodu **********10000 saylı) 911,70 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar