Məhkəmə qərarları › İş №2(008)-8238/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-8238/2025

11.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-8238/2025 11.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Mehtiyev Əli Fikrət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 5 saylı Bakı ASAN xidmət mərkəzinin qeydiyyat şöbəsi olmaqla “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: l. İşin mahiyyəti: Ərizəçi maraqlı şəxslər Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi və 5 saylı Bakı ASAN xidmət Mərkəzinin Qeydiyyat şöbəsi olmaqla “ölüm faktının müəyyən edilməsi” tələbinə dair məhkəməyə müraciət edərək, mərhum atası xx.xx.1951-ci il təvəllüdlü X3 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi xx.xx.2026-cı il tarixdə dəqiqləşmə barədə ərizə verərək, maraqlı şəxs kimi Bakı 5 saylı ASAN xidmət mərkəzinin qeydiyyat şöbəsinin qeyd edilməsini və ərizənin xahiş etdim hissəsində ölüm qeyd edilməsi faktının müəyyən edilməsi kimi oxunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi Bakı şəh., Sabunçu ray., Maştağa qəs., USMD- 33 məhəllə yataqxana ünvanındakı evdə qeydiyyatdadır və həmin evdə ailəsi ilə birlikdə yaşıyır. Mərhum atası xx.xx.1951-ci il təvəllüdlü X1 rayonu, Montin qəsəbəsi, ev 10 ünvanında onunla birlikdə yaşamışdır. X7 xx.xx.2025-ci il tarixində yaşadığıqları evdə ünvan 2 ünvanında vəfat etmişdir. Belə ki, atasının ani olaraq vəziyyəti pisləşmiş, onlar isə dərhal təcili tibbi yardım çağırsalar da, təcili tibbi yardım gələnədək atası vəfat etmişdir. Bu yaxınlarda İmişli rayon mərkəzi xəstəxanasına müraciət edərək, atasının ölümü barədə həkim tibbi şəhadətnamə istəyən zaman, mərhum atasının heç bir vaxt xəstəliklə bağlı müraciət etməməsini əsas gətirərək onun ölümü barədə həkim tibbi şəhadətnaməsini verilməmişdir. Daha sonra Bakı şəhəri 5 saylı Asan Xidmət Mərkəzi Qeydiyyat Şöbəsində ölüm haqqında şəhadətnamə verilməsi üçün müraciət etsələr də, ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilərək, ona məhkəməyə müraciət etməli olduğunu bildirilmişdir. Atası xx.xx.1951-ci il təvəllüdlü X7 xx.xx.2025-ci il tarixdə İmişli rayonu, Çaxırlı kənd qəbirstanlığında dəfn olunmuşdur. ll. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun ifadə verərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid X5 mərhumun onun qaynatası, yəni xalasının əri olduğunu, 2025-ci ilin noyabr ayının 2-si xəstəlikdən rəhmətə getdiyini və İmişi rayonunun Çaxırlı kəndində dəfn olunduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən şahid X6 mərhumun onun atası olduğunu, xəstə olduğunu, 2025-ci il noyabr ayının 2-si rəhmətə getdiyini və İmişli rayonu Çaxırlı kəndində dəfn olunduğunu bildirdi. Maraqlı şəxs 5 saylı Bakı ASAN xidmət Mərkəzinin Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. lll. İşin faktiki halları: İş materiallarında olan 5 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsinin xx.xx.2025-cü il tarixli, 3-16-5/8-10-3018/2025 nömrəli məktubunda Ərizəçi bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 nömrəli, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Ölümü təsdiq edən sənəd olmadığından, qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün olmamış və ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İş materiallarında olan Bakı şəhəri İmişli rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-cü il tarixli, 18-1-46/2-N-13xx-xx-1783/2025 nömrəli məktubunda Ərizəçi bildirilmişdir ki, 1951ci il təvəllüdlü, X3 adına ölüm haqqında şəhadətnamə (TQS-106) verilməsi üçün Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli 05 nömrəli qərarında göstərilən “İnsan ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları qaydası”-na uyğun olaraq, yerli stasionar və ambulator müraciətlər olmadığı üçün xəstəxana tərəfindən verilməsi mümkün deyildir. Bu məsələ ilə bağlı məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. İş materiallarında olan Respublika Təcili və X2 Mərkəzi “PHŞ” Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, X7 xx.xx.2025-ci il tarixində vəfat etmiş və həkimə qədər ölüm faktı qeyd edilmişdir. İş materiallarına X3 məzar daşının foto-şəkili əlavə olunmuşdur. lV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxılır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli Qərarının 4-cü bəndinə əsasən, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.1. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin faktın müəyyən olunması ərizəçiyə hüquqlarının həyata keçirilməsi ilə bağlı olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizə təmin edilməlidir. Yəni həmin sənədi başqa formada əldə edə bilmədiklərindən məhkəmə qətnaməsi əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. V. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1951-ci il təvəllüdlü X3 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ölümün qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar