Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-8241/2022 15.12.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Əsədova Tahirə Əlif qızı, İddiaçı cavabdehlər Cavabdeh1 və X1 qəyyumu Cavabdeh2 qarşı zəbt olunmuş bağ sahəsindən çıxarılması və ərazinin boşaldılması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və X1 qəyyumu Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin sahibliyində olan 904 və 904a saylı, 19 ha bağ sahəsi ilə İddiaçı məxsus 905 saylı 0,19 ha bağ sahələrinin naturada müəyyən edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən iddiaçıya məxsus zəbt olunmuş bağ sahəsindən çıxarılması və ərazinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi verilərkən dövlət rüsumu az ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.1-ci maddəsinə əsasən iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. “X2 Azərbaycan Respublikası Qanununun” 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. İşə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi haqqında qəbzdə isə ödənilmiş rüsumun məbləği 31 manatdır. Beləliklə hesab edirəm ki, dövlət rüsumu az ödənildiyindən ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X1 qəyyumu Cavabdeh2 qarşı zəbt olunmuş bağ sahəsindən çıxarılması və ərazinin boşaldılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Şikayət qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-8241/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-8241/2022
15.12.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver